Bütün xəbərlər
23 iyul, 10:25

Bu il şimal-qərb bölgəsi də istedadlı gəncləri ilə qürur duyur. Bu il Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 12 nəfər 11-ci sinif məzunu qızıl, 3 nəfər isə gümüş nişanla təltif edilib. "Azərbaycan müəllimi" bu gənclərin bir neçəsi ilə həmsöhbət olaraq uğur hekayələrini onların öz dillərindən dinləyib.

Beynəlxalq arenada robototexnika uğurları

Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyi qızıl nişanla başa vuran Hacı Hacıyev deyir:

"2023-cü ildə Azərbaycanda keçirilən Dünya Robot Olimpiadasında komandamızla birinci yerə çıxdıq. Həmin ilin noyabrında Panamada keçirilən dünya turunda isə ikinci yer tutduq. Bu, həqiqətən də inanılmaz bir təcrübə idi! 2024-cü ildə isə “Sabahın alimləri” yarışmasında “Ekologiya və ətraf mühit” kateqoriyasında komanda yoldaşımla birlikdə birinci yer qazandıq və bu bizi ABŞ-nin Los-Anceles şəhərinə - növbəti tura apardı. Bütün bu uğurlu fəaliyyətimə görə 2023-cü ildə Gənclər Günündə Gənclər və İdman Nazirliyi tərəfindən təltif olunmaq böyük qürur verdi.

Başqalarına deyə biləcəyim tək şey budur ki, həmişə çalışmaq lazımdır. Nə qədər çox sahədən məlumatlı olsaq, o qədər yaxşıdır. İmkan düşdükcə müxtəlif müsabiqə və yarışlarda iştirak etmək vacibdir. Gələcəkdə kompüter sahəsində özümü inkişaf etdirməyi düşünürəm. Təhsilimi xaricdə davam etdirmək niyyətindəyəm".

Əziyyət və inamın bəhrəsi

Eyni liseyin qızıl nişanla bitirən digər şagird Nurlan Qurbanovdur. O deyir ki, 9-cu sinifdə Respublika Fənn Olimpiadasında (RFO) biologiya fənni üzrə üçüncü, 10-cu sinifdə isə ikinci yeri tutub. IV qrup üzrə qəbul imtahanı verən Nurlan Azərbaycan Tibb Universitetində oxumaq istəyir: “Həmişə deyirəm ki, uğur əziyyətlə qazanılır. Əziyyət, inam və dəstək ilə istəklərin çoxuna çatmaq mümkündür.
Bu uğurda müəllim və valideynlərimin zəhməti mənimkindən daha çoxdur. Onlara, xüsusilə biologiya müəllimim Gülnar İbrahimovaya və ibtidai sinifdən hər zaman dəstək verən Naira İmanovaya minnətdaram".

Uğurlu şagirdin həkimlik arzusu

Sözügedən liseyin digər qızıl nişanlı məzunu Banu Musayeva öz hekayəsini belə danışır:

"2014-cü ildə Zaqatala rayon akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyə qəbul oldum. İlk müəllimim anam olub. Məktəb illərində olimpiada və inşa müsabiqələrində fəal iştirak etmişəm. 2022-ci ildə “Əziz Şuşa, sən azadsan” adlı inşa müsabiqəsində üçüncü yerin qalibi oldum. Məktəbi əla qiymətlərlə bitirdim.

Arzum Azərbaycan Tibb Universitetində təhsil almaq və gələcəyin savadlı həkimi olmaqdır. Üzərimdə əməyi olan ibtidai sinif müəllimim - anam Sevinc Loğmanovaya və digər müəllimlərimə minnətdarlığımı bildirirəm. Gənc dostlarıma tövsiyəm odur ki, olimpiada, müsabiqələrdə iştirak etsinlər, dərslərinə səylə çalışsınlar, ruhdan düşməsinlər".

Robototexnikadan beynəlxalq zəfərlərə

Zaqatala şəhər Əliabad qəsəbə 4 nömrəli tam orta məktəbin şagirdi Əlibali Əlibəyov da sevincini belə dilə gətirir:

"Robototexnikaya marağım uşaqlıqdan başlayıb, oyuncaqları söküb yığmaq və nələrisə düzəltməyə çalışmaq mənə əyləncəli gəlirdi. 7-ci sinifdə müəllimlərimin yönləndirməsi ilə Azərbaycan Robotexnologiya və Mühəndislik Akademiyasında robototexnika təhsilinə başladım. Sadə bir maraq zamanla inkişaf edərək beynəlxalq arenada uğurlara çevrildi.

Bu müddətdə ölkəmizi beynəlxalq arenada təmsil etmək qürurverici olub.

Ümid edirəm ki, bu yoldakı uğurlarıma qətiyyətlə davam edəcəyəm. Məktəb dərslərinə də daim əhəmiyyət vermiş, valideyn və müəllimlərin etimadını doğrultmağa çalışmışam. Böyük məmnuniyyətlə deyə bilərəm ki, buraxılış və qəbul imtahanlarından ümumilikdə 646 bal toplamışam. 

Gələcəklə bağlı xəyallarıma gəlincə, xaricdə texnologiya sahəsində daha irəlidə olan ölkələrdə təhsil alıb oradakı yenilikləri mənimsəmək istəyirəm. Məqsədim isə bu bilikləri ölkəmizə gətirib bizdən sonra gələnlərlə bölüşməkdir. Ümid edirəm ki, bir gün biz də bu sahədə dünyanın qabaqcıl ölkələrindən biri olacağıq. Mədəniyyət və gözəllik beşiyi olan Azərbaycanımız həm də texnologiya beşiyinə çevriləcək".

Biologiyaya olan sevgi və xaricdə təhsil arzusu

Şəki şəhər 11 nömrəli tam orta məktəbin məzunu Sultan Paşazadə bildirir ki, biologiya fənninə qarşı böyük sevgisi olduğu üçün özünü mikrobiologiya üzrə inkişaf etdirmək istəyir: “Araşdırmaçı olmaq və təhsilimi xaricdə davam etdirmək arzum var. Bakı Dövlət Universitetində oxumaq və daha sonra İsveçdə təhsilimə davam etmək niyyətindəyəm. Məktəbdə də tərbiyəli və əlaçı şagird olmuşam, bütün müəllimlər tərəfindən sevilmişəm. Biologiya müəllimim Elşad Abbasov və sinif rəhbərim Mehriban Hacıyeva mənim təhsilimdə və şəxsi inkişafımda çox böyük dəstək olublar. Məqsədə çatmaq üçün iradəli olmaq, özünə güvənmək lazımdır”.

Şərhlər

Xəbər lenti

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

15 avqust, 13:19

İngilis dili tədrisində yeni mərhələ: BERT-LSTM platforması

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.