Bütün xəbərlər
23 iyul, 12:22

27 iyul 2025-ci il tarixində musiqi sənəti istiqaməti üzrə ixtisas imtahanlarında uğur qazanan abituriyentlər üçün nəzəriyyə fənləri üzrə test imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, imtahanlar harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə keçirilir. Test imtahanı Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmır.

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və s. elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.

Qeyd edək ki, ixtisas imtahanlarında uğur qazanan 1074 abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanıb. Harmoniya və solfecio fənni üzrə 75, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 877, həm harmoniya və solfecio, həm də musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə 122  abituriyentin imtahanda iştirakı nəzərdə tutulub.

İxtisaslar üzrə nəzəriyyə fənləri və müsabiqə balları burada təqdim olunub.

İmtahan müddəti harmoniya və solfecio fənni üzrə 1 saat 30 dəqiqə, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə isə 1 saatdır. Hər iki fənn üzrə imtahanda iştirak edən abituriyentlərə 2 saat 30 dəqiqə vaxt veriləcək.

Hər bir fənn üzrə abituriyentlərə 30 qapalı tipli test tapşırığı təqdim edilir. Musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə verilmiş 30 tapşırıqdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir (test tapşırığı nümunələri Abituriyent jurnalının Xüsusi buraxılışı olan Musiqi sənəti adlı vəsaitdə verilmişdir). Eşitmənin təyininə aid tapşırıqlar dinləmə qurğusu vasitəsilə təqdim ediləcək.

Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Səhv cavablar sıfır balla qiymətləndirilir və yekun nəticəyə təsir göstərmir. Nəticələr yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olur. Aşağıdakı cədvəldə test imtahanında doğru cavabların sayına görə qiymətləndirmə şkalası verilib (10 ballıq şkala üzrə):

Doğru cavablandırılan tapşırıqların sayı

Qiymətləndirmə (balla)

28-30

10

25-27

9

22-24

8

19-21

7

16-18

6

13-15

5

10-12

4

7-9

3

4-6

2

1-3

1

0

0

Şərhlər

Xəbər lenti

23 iyul, 19:24

Təhsil proqramları mərhələli şəkildə təsdiqlənəcək

23 iyul, 17:10

Dual təhsil həyatını dəyişdi – Manikürçü idi, indi bölmə şefidir

23 iyul, 16:22

Məktəbəhazırlıq yeni ünvanlarda: Beynəlxalq təcrübə Azərbaycana gətirilir

23 iyul, 16:19

İkili diplom proqramları təhsilimizə nə vəd edir...

23 iyul, 15:34

Sabahdan magistraturaya qəbul olunanların elektron sənəd qəbuluna start verilir

23 iyul, 14:31

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli oldu 

23 iyul, 14:14

BSU müəllim olmaq istəyən oğlan tələbələrinə təqaüd verəcək

23 iyul, 14:01

Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

23 iyul, 13:50

İdris İsayev: İkili diplom proqramlarının tətbiqi universitetlərimizin reytinqlərdəki mövqeyini yüksəldəcək

23 iyul, 12:44

Abşeron–Xızı RTİ tabeliyindəki müəssisələrdə yoxlama: nöqsanlar aşkarlandı

23 iyul, 12:34

Sabahın hava proqnozu açıqlanıb

23 iyul, 11:17

DİM təsviri sənəti seçən abituriyentlərin müraciətlərinə baxacaq

23 iyul, 10:25

Zəhmətin bəhrəsi: Qızıl nişanlı məzunlar danışırlar

23 iyul, 09:18

ADA Universiteti DİM balı ilə müraciət edənlərə hansı təqaüd imkanları yaradır?

23 iyul, 09:09

Məktəblilərimiz Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıblar

22 iyul, 21:43

Prezident media nümayəndələrinə müraciət edib

22 iyul, 19:45

Magistratura üzrə ixtisas seçiminin nəticələri açıqlandı

22 iyul, 17:49

Ali təhsildə “LinkedIn”dən istifadə imkanlarının artırılması müzakirə edilib

22 iyul, 17:10

6 ayda EATDA-ya 39 mindən çox müraciət daxil olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.