Bütün xəbərlər
13 iyun, 19:44

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələri uşaqlarının təqdimatında konsert proqramı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bununla bağlı təşkil olunmuş tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova, Elm və Təhsil Nazirliyi və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şuranın üzvləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) nümayəndəsi, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, məktəb direktorları, müəllimlər, uşaqlar, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konsert proqramında uşaqlar Vətənə, bayrağa, təbiətə həsr olunan şeirlər, mahnılar söyləyib, maraqlı kompozisiyalar, rəqs nümunələri nümayiş etdiriblər.

MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova maraqlı və yaddaqalan çıxışlara görə uşaqlara, onların müəllimlərinə təşəkkürünü bildirib. N.Hüseynova Azərbaycanda dövlət səviyyəsində uşaqlara göstərilən diqqət və qayğıdan, onların təlim-tərbiyəsi, təhsili üçün yaradılmış imkanlardan danışıb. Uşaqlara göstərilən qayğını gələcəyə qoyulan sərmayə kimi dəyərləndirən N.Hüseynova balaca fidanların mənəvi tərbiyəsi, saf ideyalarla yetişməsinin vacibliyindən söz açıb.

MÜTDA-nın şöbə müdiri İlahə Rəsulova səhnədə rəngarəng və məharətli çıxışlar nümayiş etdirən uşaqlara təşəkkür edib, sabahın qurucuları kimi onların sağlam, xoşbəxt və milli dəyərlər ruhunda yetişməsində cəmiyyət olaraq hər kəsin məsuliyyət daşıdığını söyləyib.

1 /26

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.