Bütün xəbərlər
19 iyun, 18:45

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırmanın test imtahanı mərhələsi davam edir. İmtahan Beyləqan şəhəri Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilir. 

"Azərbaycan müəllimi" bir neçə müəllimlə həmsöhbət olub, imtahanın gedişi ilə bağlı onların fikirlərini öyrənib. 

Beyləqan rayonu Şəfəq qəsəbə H.İsmayılov adına tam orta məktəbin coğrafiya müəllimi Aysel Məmmədova imtahanda 58 bal toplayıb. 
O, imtahan təəssüratlarını bizimlə bölüşdü: "İmtahana məktəb dərsliklərindən istifadə etməklə hazırlaşmışam, əlavə test topluları, sınaqlar üzərində işləmişəm. Metodika suallarına isə fərqli sınaqlar, testlər işləyərək hazırlaşmışam. İmtahan şəffaf keçdi, 60 maksimum baldan 58 bal topladım. Suallar gözlədiyimiz çərçivədən kənara çıxmamışdı. Bütün səviyyələr gözlənilmişdi. İmtahan verəcək müəllimlərə özlərinə inanmalarını, dərs vəsaitlərini yaxşı mənimsəməyi tövsiyə edirəm. Sertifikasiyanın əhəmiyyətini bütün müəllimlərin öz üzərində işləmələri və daha yüksək təhsil vermək üçün can atmalarında görürəm. Hər bir müəllimə uğurlar arzu edirəm".

Kəmalə Məmiyeva İmişli rayon Gövhərli kənd tam orta məktəbinin coğrafiya müəllimidir. Kəmalə müəllim sertifikasiya imtahanından 58 bal əldə edib:

"İmtahana özüm hazırlaşmışdım. Kurikulumla bağlı təlimçi müəllimdən bəzi dəstəklər almışdım. İmtahan prosesi yaxşı keçdi, hər şey qaydalara uyğun, suallar rahat idi. ⁠İmtahan verəcək bütün müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Həyəcanlanmağa əsas yoxdur. Təbii ki, sertifikasiya imtahanının müəllimlərin inkişafı baxımından bizə çox faydası var. Hər birimiz öz üzərimizdə çalışmalıyıq".

Saatlı rayon Heydərabad kənd ibtidai məktəbinin ibtidai sinif müəllimi Əsmər Muradova imtahandan 55 bal toplayıb.  O da öz təəssüratlarını bizimlə bölüşür:

"Yutubda videolara baxır, sınaq toplusunu işləyirdim. İmtahan çox rahat keçdi. Nəzarətçilərimiz də gülərüz və diqqətcil idilər. Suallar asan, mətnlər düşündürücü idi”. 

Ə.Muradova qeyd edir ki, insanın məqsədi olmalıdır: “Məqsəd olduqdan sonra ona doğru irəliləmək çox rahatdır. Bu imtahanların xeyiri odur ki, müəllim öz üzərində işləyir, daim yeniliklərlə tanış olur. İmtahanda yüksək bal toplayırıq, nəticədə maaşımız artır və bu da bizə stimul verir".

Qeyd edək ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 1071 nəfər müəllimin sertifikatlaşdırma prosesində iştirak edəcəyi gözlənilir.

Şərhlər

Xəbər lenti

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.