Bütün xəbərlər
18 iyun, 18:12

Bu gün keçirilən sertifikatlaşdırılma imtahanında yüksək bal toplayanlar arasında Mərkəzi Aran regionunun müəllimləri də var.

“Azərbaycan müəllimi” həmin müəllimlərin imtahanla bağlı təəssüratlarını öyrənib. 
Zərdab rayonu, Körpükənd tam orta məktəbinin riyaziyyat müəllimi  Vahid Mustafayev imtahanda 57 bal toplayıb. O, yüksək bal toplamağının sevincini belə izah etdi: 

“Artıq üç ildir ki, müəllim işləyirəm. İmtahanda 51 bal gözləyirdim, amma 57 bal topladım. Məni ən çox sevindirən də bu oldu. Suallar çox yüksək  səviyyədə tərtib olunmuşdu. Həm fənn, həm də kurikulum üzrə suallar balanslı idi. Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm”.

Ülviyyə Umarova Göyçay rayon Qaraməryəm kənd məktəbinin ingilis dili müəllimidir. Deyir ki, MİQ imtahanında 53 bal toplayıb: 

“Bu dəfə diqqətimi tam cəmləyə bildim, çünki imtahan zalında sakitlik tam təmin olunmuşdu. 57 bal topladım. Bu nəticə mənə özümə inam yaratdı”.

Pərvanə Tağıyeva da yüksək bal toplayanlar arasındadır. O, Ucar şəhəri 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimidir:

"İlk 30 sual mənə daha asan gəldi. İmtahanda 55 bal topladım. Hər zaman şagirdlərimə motivasiya verməyə çalışıram. Özüm də daim öyrənirəm. Elə bu səbəbdən də uğur əldə etdim”.

Aytac İsayeva isə Mingəçevir şəhəri 5 nömrəli məktəbin ingilis dili müəllimidir. Qeyd edir ki, imtahanda ixtisas suallarını yazmaq onun üçün çətin olmayıb: 

“Çünki ilboyu çalışmışam, hazırlığıma ara verməmişəm. Daim öz üzərində işləyən müəllim həm şagirdinə, həm də cəmiyyətə faydalıdır. 51 bal topladım və buna görə çox məmnunam”.

Qeyd edək ki, Mingəçevir şəhəri 17 nömrəli tam orta məktəbdə təşkil olunan imtahan mərkəzində 131 nəfər müəllim sertifikatlaşdırmanın test mərhələsində iştirak edib.

1 /3

Şərhlər

Xəbər lenti

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

15 avqust, 13:19

İngilis dili tədrisində yeni mərhələ: BERT-LSTM platforması

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.