Bütün xəbərlər
8 iyul, 15:58

30 yaşlı Gülbahar Quliyeva dörd ildir ki, müəllimlik edir. O, hazırda Bakı şəhəri Nəsimi rayonu 159 nömrəli məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Bu il müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edərək ən yüksək - 100 bal toplayan Gülbahar Quliyeva bu nəticəsi ilə ətrafındakıları da sevindirib. Bu il sertifikatlaşdırma imtahanı verən Gülbahar Quliyeva həmin imtahandan da müvəffəqiyyət əldə edib - 56 bal toplayıb: “İmtahana özüm sərbəst hazırlaşmışdım. Düzünü desəm, 90-dan yuxarı bal gözləyirdim, amma nəticə 100 olanda inana bilmədim. İmtahan mənə çətin gəlmədi, sualları rahatlıqla cavablandırdım və hətta imtahanı 50 dəqiqə tez bitirdim”. 

MİQ imtahanının elektron formada təşkilini xüsusi dəyərləndirən Gülbahar müəllim elə bu amilə görə hələ imtahana girməmişdən əvvəl onun obyektiv keçiriləcəyinə inandığını söyləyib. İmtahanda iştirak etdikdən sonra isə bu inamı daha da möhkəmlənib: 

“Müsabiqənin elektron formada təşkili obyektivliyi təmin edir. Burada iştirak edərkən özüm də şahidi oldum ki, bütün namizədlər üçün eyni şərait yaradılır və qiymətləndirmə də hər kəs üçün eyni qaydada aparılır. İmtahan imkan verir ki, bilikli, bacarıqlı müəllimlər öz potensiallarını nümayiş etdirsinlər və işə qəbul edilsinlər”.

2021-ci ildə MİQ imtahanında ilk dəfə iştirak edən G.Quliyeva o zaman 60 ballıq sistemlə 48 bal toplayaraq məktəbdə pedaqoji fəaliyyətə başlayıb. Artıq 4 illik təcrübəsi olan gənc müəllim bu il həm özünü sınamaq, həm də imtahan formatı ilə daha dərindən tanış olmaq üçün yenidən imtahana girib. Amma bu dəfə məqsədi sadəcə iş yerinin dəyişdirilməsi deyildi: “Bu imtahanda iştirak etməkdə əsas məqsədim inkişaf etmək idi. Sertifikatlaşdırma imtahanından sonra düşündüm ki, MİQ-də də iştirak edim, suallarla tanış olum. Daim öz üzərimdə çalışıram. Özünü təkmilləşdirmək hər bir müəllim üçün vacibdir”.

Universitetə qəbul zamanı da 606 bal toplayan Gülbahar Quliyeva müəllimlik fəaliyyətinə Azərbaycan Dillər Universitetini bitirdikdən sonra – 2017-ci ildə başlayıb. İlk illərdə özəl tədris kurslarında və Azərbaycan Milli Elmlər Akademiyasında çalışsa da, daxili bir istək onu həmişə müəllimlik peşəsinə aparıb: “Müəllimlik mənim uşaqlıq arzum olub. Özümü yalnız sinifdə, şagirdlərə nəsə öyrədərkən və onlara ilham verərkən tam mənalı və xoşbəxt hiss edirəm. Məncə, müəllimlik təkcə peşə deyil, bir missiyadır”.

O, öyrətməyin və biliklərini paylaşmağın verdiyi enerjini heç nə ilə müqayisə etmir: “Bilik paylaşdıqca böyüyür, insan özü də bu prosesdə inkişaf edir”.

Vakant yer seçimi mərhələsində iştirak edib-etməyəcəyinə hələ tam qərar verməyən müəllim düşünür ki, əgər bu proses də ona özünü daha da təkmilləşdirməyə kömək edəcəksə, fürsəti dəyərləndirəcək.

Şərhlər

Xəbər lenti

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

30 iyul, 11:24

Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq

30 iyul, 11:17

Bu il UFAZ-a rekord sayda abituriyent müraciət edib

30 iyul, 11:10

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.