Bütün xəbərlər
20 fevral, 15:47

Adını idman tarixinə yazdıran və uğurları ilə seçilən gənclərimizin sayı az deyil. Onlardan biri 20 yaşlı idmançı-tələbə Qənbər Ağayevdir. Əzmi, qərarlılığı ilə fərqlənən, idman və təhsil həyatını düzgün idarə edən Qənbərlə söhbət edərək maraqlı məqamları yazıya köçürdük. 

2005-ci ildə Ağdamda anadan olan Qənbər Ağayev orta təhsilini də bu rayonda alıb. 7 yaşından idmanla peşəkarcasına məşğul olmağa başlayan,  ilk vaxtlar özünü cüdo və digər idman növlərində sınayan gənc 2016-cı ildən Alpaqut Turan döyüş sənətinə maraq göstərir:

“Hazırda Alpaqutla məşğulam. Bu sahədə 4 qat dünya çempionu, 2 dəfə dünya kubokunun sahibi, 7 qat Azərbaycan çempionu, Prezident Kubokunun sahibiyəm. Tezliklə idman ustalığına namizədliyim təsdiq ediləcək. Qara kəmərim var. Alpaqut Turan döyüş sənəti Azərbaycanın ilk milli döyüş sənətidir və hazırda 25-dən çox ölkə tərəfindən tanınır. Bütün uğurlarıma görə anama borcluyam”.

“Anam hər zaman uğur qazanacağıma inanıb”

Qənbər idmana ailəsinin təşəbbüsü, özünümüdafiə məqsədilə başladığını deyir. Zaman keçdikcə idman onun həyatının ayrılmaz bir hissəsinə çevrilib. O, uğurlarında anasının rolunun mühüm olduğunu vurğulayır:

“Anam hər zaman mənim enerji mənbəyim olub. Uğur qazanacağıma inanıb, mənə dəstək verib və çox güvənib. Bəlkə də buna görə yarışlarda inamla çıxış etmişəm”.

O, 2022-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Tarix müəllimliyi” ixtisasına qəbul olub:

“Tələbə adını qazanmaq mənim üçün böyük uğur idi. Hər bir nailiyyət insanı növbəti qələbəyə hazırlaşdırır. Universitetdə çətinlik yaşamadım, çünki uşaqlıqdan dərs və idman arasında balans qurmuşdum. Yarış və dərslər üst-üstə düşəndə Gənclər və İdman Nazirliyindən “icazə” kağızı təqdim olunur. Müəyyən çətinliklər yarananda isə müəllimlər mənə dəstək olurlar. Bəzən çəkimi azaltmaq üçün günlərlə ac qalıram, bu da idmanın bir parçasıdır.”

“İnanıram ki, idman fəaliyyətim müəllimlik həyatımı kölgədə qoymaz”

Qənbər tələbə olmasına baxmayaraq, məşqçi köməkçisi kimi fəaliyyət göstərir. O, 2017-ci ildən iştirak etdiyi döyüşləri məğlubiyyətsiz başa vurub:

“İnanıram ki, idman fəaliyyətim müəllimlik həyatımı kölgədə qoymaz. Hər iki sahəni sevirəm. Ailəm də müəllim ailəsidir, nənəm əməkdar müəllimdir”.

“Rəqibimi ilk dəqiqədə nokaut etdiyim vaxtlar olub”

Qənbər unudulmaz döyüşlərindən birini belə xatırlayır:

“Türkiyənin Bursa şəhərində olan döyüşlərdən biri yaddaqalan idi. 4 döyüşün 3-nü vaxtından əvvəl bitirdim. İranlı olan 5-ci rəqibim isə mənimlə döyüşə çıxmaqdan imtina etdi. Rəqibimi ilk dəqiqədə nokaut etdiyim vaxtlar da olub”.

O, gənclər və idman naziri Fərid Qayıbovla bir neçə dəfə görüşdüyünü və bundan qürur duyduğunu bildirir:

“Sonuncu dəfə fevral ayında görüşmüşük. Nazir hər görüşdə bizə dəstəyini və səmimiyyətini hiss etdirib. Düşünürəm ki, daha böyük nailiyyətlərim hələ qarşıdadır”.

Şərhlər

Xəbər lenti

10 iyul, 21:34

SABAH qruplarına qəbulun formatı dəyişdirilir

10 iyul, 17:03

Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

10 iyul, 17:00

"Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

10 iyul, 16:49

BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10 iyul, 16:11

Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

10 iyul, 15:07

Böyük Britaniyanın professoru idman təbabətinə dair təlim keçib

10 iyul, 15:00

Nazir müavini Burkina Fasonun Türkiyədəki səfiri ilə görüşüb

10 iyul, 13:42

10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb

10 iyul, 13:28

Gələn tədris ilində müəllimlərin 45%-i 1000 manatdan çox maaş alacaq

10 iyul, 13:24

Emin Əmrullayev: Sertifikatlaşdırma peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir

10 iyul, 13:09

Riyaziyyat müəllimlərinin 47 faizinin maaşı 35 faiz artacaq

10 iyul, 12:19

İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılacaq

10 iyul, 12:01

Özəl bağçalarda qrantla təhsil alan uşaqların sayı 5000 nəfərə çatdırılacaq

10 iyul, 11:59

40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib

10 iyul, 11:51

Sertifikatlaşdırma imtahanının formatı dəyişdirilə bilər

10 iyul, 11:44

Nazir kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib

10 iyul, 11:39

“Rus bölmələrinin bağlanması gündəmdə deyil” – Emin Əmrullayev 

10 iyul, 11:17

1300-dən çox müəllim 2000 manat və daha artıq maaş alır

10 iyul, 11:13

Azərbaycan dili və ədəbiyyat imtahanındakı 3 sual qiymətləndirmədən çıxarılıb - Nazir

10 iyul, 11:12

Müəllimlərin ümumi dərs yükü artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.