Bütün xəbərlər
1 iyul, 11:22

“Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisi yalnız qaydaların əzbərlədilməsi ilə məhdudlaşmamalı, şagirdə dildəki canlılığı, ədəbiyyatdakı dərinliyi hiss etdirməlidir. Müasir texnologiyalardan, interaktiv üsullardan istifadə etməklə dərsləri maraqlı və yaddaqalan etmək mümkündür. Tədris prosesində şagirdə həm  qrammatik biliklər öyrədilməli, həm də düşünmək, fikirlərini aydın ifadə etmək aşılanmalı, onun bədii-estetik zövqü inkişaf etdirilməlidir”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə Bakı şəhəri 220 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru, bir necə dərslik və metodiki vəsaitin müəllifi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Xanım Qasımova deyib.

O bildirib ki, Azərbaycan dili və ədəbiyyatın tədrisi milli kimliyin, dilin qorunması və ədəbi düşüncənin formalaşdırılması baxımından çox vacibdir: “Azərbaycan dili şagirdlərin ana dilində düzgün danışma, yazı yazma və ünsiyyət qurma bacarıqlarını inkişaf etdirmək üçün tədris olunur. Nitq mədəniyyəti, üslub, mətnin struktur quruluşu və fikir ardıcıllığı şagirdin həm gündəlik həyatında, həm də gələcək peşəsində mühüm rol oynayır. Dərslər müasir pedaqoji texnologiyalara əsaslanaraq interaktiv və yaradıcı mühitdə təşkil olunmalıdır. Ədəbiyyat dərslərində təkcə əsərin məzmunu deyil, müəllifin yaşadığı dövr, onun mövqeyi, dəyərləri də şərh edilməli, şagirdin estetik qavrayışı inkişaf etdirilməlidir”.

Müəllimin sözlərinə görə, bu dərslər şagirdin düşüncəsini oyatmalı, onu düşündürməli və danışdırmalıdır: “Biz bilirik ki, dil yalnız ünsiyyət vasitəsi deyil, düşüncənin özüdür. Ana dilini düzgün bilən şagird fikrini daha məntiqli və sərbəst ifadə edir, özünü düzgün təqdim edir. Məşhur filosof Sokrat deyib: “Bir səsini çıxar, deyim ki, sən kimsən?” Azərbaycan dili fənni də bu məqsədə xidmət edir. Eyni zamanda, şagirdin emosional dünyasını formalaşdıran ədəbiyyat fənni ona ədəbi obrazlarla düşünməyi, hiss etməyi və empatiya qurmağı öyrədir. Yəni bu fənlər şagirdi təkcə savadlı yox, həm də duyğulu və düşüncəli bir şəxsiyyət kimi yetişdirir”.

Xanım Qasımova əlavə edib ki, tədris müasir metodlarla - interaktiv dərs, təqdimat və yaradıcı yazılarla zənginləşdirilməlidir. O, Təhsil İnstitutunun 2023-cü ildə apardığı araşdırmaya istinadən deyib ki, ədəbiyyat dərslərində müasir texnologiyaların tətbiqi şagirdlərin mövzuya marağını 42% artırıb. Bu baxımdan müəllimlər şagirdləri dərs prosesinə aktiv cəlbi üçün interaktiv təlim metodlarından istifadə etməlidirlər: “Bu sıraya layihə əsaslı öyrənmə, debatlar, beyin həmləsi, qrup işi, rol oyunu, müzakirə, təqdimat və oyun metodları daxildir. Həmçinin vizual materiallardan - təqdimat, videoçarx, diaqram və cədvəllərdən istifadə şagirdlərin yaddaşında mövzunun daha yaxşı qalmasına kömək edir. Ədəbi əsərlərin səhnələşdirilməsi, müasir yazıçılarla görüşlər də dərslərə motivasiya yaradır”.

35 illik təcrübəsi olan X.Qasımova vurğulayıb ki, müasir dərs artıq “tədqiqat otağı” kimi düşünülməlidir. Dərslərdə "balanslaşdırılmış tədris", "kritik düşünmə texnikaları", "düşüncə xəritələri" kimi metodlardan istifadə şagirdin dərsə marağını artırır: “2021-2022-ci illərdə Bakıda aparılan pilot layihələr çərçivəsində bəzi siniflərdə bu metodlardan istifadə edilib. Nəticədə həmin siniflərdə dərsə davamiyyət və fəallıq 30%-dən çox artıb. Əsərlərin səhnələşdirilməsi, video təqdimatlar və "canlı kitab" formatında müzakirələr tədrisi daha maraqlı və yaddaqalan edir. Qeyd edim  ki, bu tədris ilində 10-cu sinif şagirdləri ilə birgə tədris proqramına uyğun M.F.Axundzadənin "Hekayəti-Müsyö Jordan həkimi - nəbatat və dərviş Məstəli şah caduküni- məşhur" komediyasını məktəb zalının səhnəsində geniş auditoroya üçün səhnələşdirmişik. Nəticədə, şagirdlərdə yaradıcı təfəkkür inkişaf edib, əsər geniş şəkildə mənimsənilib”.

Xanım Qasımova nəzərə çatdırıb ki, o,  ədəbiyyat dərslərində, əsasən, interaktiv və şagirdyönlü yanaşmalara üstünlük verir: “Mətnlərin bədii dəyərini birlikdə təhlil edir, personajların xarakterlərini araşdırır, həyatla əlaqələndirərək dərindən müzakirə edirik. Həftəsonu və tətil üçün müəyyən səhifə həcmində mütaliə tapşırığı verirəm. Davamlı mütaliədən sonra 5-ci sinif şagirdlərimin hekayələrindən ibarət olan "Qoca palıdın hekayələri" adlı kitab nəşr etdirdim”.

Xanım Qasımova qeyd edib ki, Azərbaycan dili dərslərində dinləmə, danışma, oxu və yazı bacarıqlarını balanslı şəkildə inkişaf etdirir. Mövzuya uyğun təqdimatlar, video materiallar və qrup tapşırıqları ilə dərsə marağı artırmağa çalışır. Əsas məqsədi odur ki, şagird dərsdə iştirakçı, düşünən və yaradıcı tərəf olsun.

Şərhlər

Xəbər lenti

1 iyul, 18:13

Uşaq mərkəzli öyrənmə

1 iyul, 17:47

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

1 iyul, 13:00

Quba-Xaçmaz regionundakı liseylərin VII siniflərinə qəbul üzrə müsabiqə elan olunur

1 iyul, 12:56

ABŞ-də Akademiya və İnnovasiya Forumu keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.