Bütün xəbərlər
17 iyun, 11:40

Müasir dünyada uğurlu olmaq üçün tələbələr həm texniki biliklərə, həm də insanlarla işləmək bacarıqlarına sahib olmalıdır. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin SDG Akademiyasının təhsil və təlim üzrə rəhbəri Şennon Kobran “Times Higher Education” jurnalında dərc olunmuş məqaləsində bildirir.

Texnologiya təhsili üzrə fəaliyyət göstərən “General Assembly” təşkilatının son hesabatına görə, bu gün işləyən insanların çoxu düşünür ki, gənclər, xüsusilə də ali təhsil müəssisələrinin yeni məzunları iş həyatına lazımınca hazır deyillər. Onların fikrincə, əsas problem “yumşaq bacarıqlar”ın çatışmazlığıdır.

"Yumşaq bacarıqlar" (soft skills), bəzən "güc bacarıqları" (power skills) və ya "əsas bacarıqlar" (core skills) olaraq da adlandırılır və bu bacarıqlar emosional zəka və insanlarla ünsiyyətə aiddir ki, onlar bu gün iş dünyasında çox vacib sayılır. Bu bacarıqların əhəmiyyəti BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) kimi beynəlxalq qurumların çərçivələrində də tanınır. UNESCO-nun bugünkü sürətli və bir-biri ilə əlaqəli dünyada uğur qazanmaq üçün vacib saydığı səkkiz əsas bacarıq bunlardır:

– sistemli düşünmək,
– qabaqcadan düşünmək,
– dəyərlərə əsaslanan düşüncə,
– strateji yanaşma,
– birgə işləmək,
– tənqidi düşünmək,
– özünü tanımaq,
– çətin problemləri bir yerdə həll edə bilmək.

Gənclərin bu bacarıqlarda çətinlik çəkməsi təəccüblü deyil. Çünki onların bir çoxu pandemiya dövründə, yəni sosial təmasın az olduğu vaxtlarda məktəbdə oxuyub. Amma bu problem koronavirusdan əvvəl də mövcud idi. Hələ 2013-cü ildə bəzi media qurumları (The Chronicle of Higher Education) xəbər verirdi ki, tələbələrin öyrəndiyi bacarıqlarla işəgötürənlərin ehtiyacları arasında fərq var.
Süni intellektin və avtomatlaşdırmanın artması ilə, insana xas bacarıqlar daha da vacib olub. Texnologiya hər şeyi əvəz edə bilmir – məsələn, empatiya, yaradıcılıq, uyğunlaşmaq qabiliyyəti. Bu səbəbdən iş dünyası bu bacarıqlara daha çox dəyər verir.

Bəs niyə gənclər bu bacarıqlara malik deyil?

İnsan Resurslarının İdarə Olunması Cəmiyyəti (SHRM) tərəfindən 2019-cu ildə keçirilmiş sorğuda iştirak edən respondentlərin yarıdan çoxu qeyd edib ki, təhsil sistemləri bu “yumşaq bacarıqları” öyrətməkdə zəifdir. Əvvəllər humanitar fənlərə – ədəbiyyat, fəlsəfə, sosial elmlərə daha çox önəm verilirdi. Bu fənlər insanı düşünməyə, analiz etməyə, ünsiyyət qurmağa öyrədir. Ancaq son illərdə bu sahələrə maraq və maliyyə azalıb. Bu yanaşmalar hələ də mövcud olsa da, bir çox universitetlər büdcə kəsirləri və bazar tələbləri səbəbindən humanitar və sosial elmlər proqramlarını ixtisar etməyə məcbur olublar.

İndi tələbələr daha çox "əmək bazarına uyğun" hesab edilən, daha yüksək gəlir vəd edən tibb bacısı, biznes və kompüter elmləri kimi sahələri seçirlər. Bu sahələr iş tapmaq baxımından daha cəlbedici görünür. Amma bu proqramlarda yalnız texniki biliklər öyrədilir, insanlarla işləmək bacarıqları isə çox vaxt arxa planda qalır. Bu da işəgötürənlər üçün problem yaradır. Nəticədə isə işəgötürənlər həmin gənclərin bu vacib bacarıqlardan məhrum olduğunu bildirirlər.

Nə etməliyik?

Şennon Kobran qeyd edir ki, təhsil sistemləri “yumşaq bacarıqlar”ı əsas kimi qəbul etməli, bu məqsədlə ya humanitar fənləri yenidən canlandırmalı, ya da bu bacarıqları digər fənlərə inteqrasiya etməlidirlər.

Bu istiqamətdə bəzi işlər görülür. Məsələn, Mərakeşdə keçirilən bir beynəlxalq konfransda müəllimlər bu bacarıqları dərslərə necə əlavə etməyin yollarını müzakirə ediblər.

“Yumşaq bacarıqlar”ı öyrətmək texniki bacarıqları arxa plana keçirmək demək deyil. Əksinə, praktiki təcrübə, təcrübə proqramları, şirkətlərlə əməkdaşlıq kimi yollarla tələbələr həm texniki, həm də insanlara xas bacarıqları inkişaf etdirə bilərlər.

Buna yaxşı bir nümunə Almaniyanın ikili peşə təhsili və təlim sistemidir. Bu model həm dərs mühitində, həm də real iş şəraitində tədrisi birləşdirir. Şagirdlər şirkətlərdə təcrübə keçərək praktik biliklər əldə edir, eyni zamanda sinifdə nəzəri biliklər qazanaraq öyrəndiklərini analiz edirlər. Bu da həm texniki, həm də “yumşaq bacarıqlar”ın inkişafına şərait yaradır. Almaniyanın Avropada ən aşağı işsizlik səviyyəsinə malik olması bu sistemin effektivliyini göstərir.

ABŞ-nin Texas A&M Universitetinin Mays Biznes Məktəbi isə ilk kursdan tələbələrə tənqidi düşünmə öyrədir. Onlar yerli enerji şirkəti ilə birgə tələbə inkişaf ofisi qurublar. Bu ofis tələbələrə mentorluq, liderlik imkanları və peşəkar təcrübə, iş dünyası ilə əlaqə qazandırır.


Gələcəkdə dünyada davamlı enerji, iqlim dəyişikliyi və təchizat zənciri kimi sahələrdə işləmək üçün texniki biliklər vacib olacaq. “LinkedIn” hesab edir ki, 2050-ci ilə qədər "yaşıl" sahələrdə işləmək üçün lazım olan işçi sayı iki dəfə artacaq. Amma bu sahələrdə belə, insanlar yumşaq bacarıqlara sahib olmalıdırlar.

Şennon Kobrana görə, “əslində, hər iş bir növ "yaşıl" işdir, çünki hər bir fəaliyyətin cəmiyyətə və ətraf mühitə təsiri var. “Yumşaq bacarıqlar” bizə bu təsirləri başa düşməyə, dəyişiklik yaratmağa və birlikdə işləməyə kömək edir. 

İşəgötürənlər bu bacarıqları istəyir. Dünya bu bacarıqlara ehtiyac duyur. Bunun cavabı isə təhsildir.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.