Bütün xəbərlər
13 iyun, 13:35

Müasir müəllim yalnız bilik ötürən deyil, həm də cəmiyyətin inkişafına töhfə verən, yenilikləri təşviq edən, şagirdlərin yaradıcılıq və tənqidi düşünmə bacarıqlarını formalaşdıran şəxsdir. “Azərbaycan müəllimi” bu dəfə oxucularına məhz belə bir pedaqoqu — şagirdlərinə texnologiya fənnini sevdirən, pedaqoji bacarıqları və geniş fəaliyyət dairəsi ilə seçilən Dünya Veysəlovanı təqdim edir.

2022-ci ildə müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərən Dünya Veysəlova Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. Müasir tədris metodları ilə texnologiya fənnini maraqlı edən Dünya müəllimin şagirdləri müxtəlif fənn olimpiadalarında uğur qazanıb, müəllifi olduğu kitablar geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. 

Onunla söhbətimiz daha çox ixtisası və tətbiq etdiyi tədris metodları ətrafında oldu.

– Texnologiya fənni şagirdlərin praktiki bacarıqların formalaşmasında mühüm rol oynayır. Bu dərsləri həm maraqlı, həm də real həyatla əlaqəli şəkildə keçmək üçün hansı üsullardan istifadə edirsiniz?

– Şagirdlərimlə səmimi münasibət qurmağa çalışıram. Onları fərdi olaraq tanımaq dərsə maraq və inam yaratmaq üçün vacibdir. Müxtəlif öyrənmə üsullarına üstünlük verir, xüsusilə yarışlar keçirirəm ki, bu da sağlam rəqabət, əməkdaşlıq, yaradıcı düşüncə və məsuliyyət hissini gücləndirir. Şagirdlər bu dərslərə böyük maraq göstərir, çünki özlərini öyrənmə prosesinin iştirakçısı kimi hiss edirlər.

– Məktəbdə tətbiq etdiyiniz yeni metodlar hansılardır və onların nəticələri necə qiymətləndirilir?

– Dərslərimdə interaktiv metodlara – videodərslərə və qrup layihələrinə yer verirəm. Real həyatla əlaqəni gücləndirmək üçün kənd təsərrüfatı, məişət və sənaye sahələrinə uyğun mini maketlər hazırlayırıq. Bu, yalnız nəzəri deyil, həm də praktiki bacarıqların inkişafına şərait yaradır.

Layihə əsaslı öyrənmə və oyun təşkil etmə əsas metodlarım arasındadır. Şagirdlər real problemlərin həlli üçün layihələr hazırlayır, texnoloji həllər irəli sürürlər. Şagirdlər layihələr üzərində işləyərkən daha fəal və məsuliyyətli olurlar. Bu, onların həm yaradıcılığını artırır, həm də real həyat bacarıqları formalaşdırır. 

Oyun isə dərsləri əyləncəli və interaktiv edir, motivasiyanı artırır. Bu metodların nəticəsi olaraq şagirdlər dərsə daha aktiv qoşulur, onların yaradıcılıq və problem həlletmə bacarıqları inkişaf edir.

– Müəllifi olduğunuz “7777 – Texnologiya nəzəriyyə və test toplusu” və “Müəllimə dəstək” kitabını yazmaqda əsas məqsədiniz nə idi?

– Əsas məqsədim müəllim və şagirdlər üçün praktik, səmərəli, proqrama uyğun tədris materialları təqdim etmək idi. Mövcud proqramları, imtahan nümunələrini və ehtiyacları təhlil edərək testlər və izahlar hazırladım. Bu kitablar müəllimlər üçün sertifikasiya və dərs hazırlığında, şagirdlər üçün isə mövzuların mənimsənilməsində faydalıdır.

- İştirak etdiyiniz qrant layihələri məktəb mühitinə necə təsir göstərib?

– İlk layihəm “Məktəblilərimizdə STEAM bacarıqlarının yaradılması və inkişaf etdirilməsi” olub. Bu layihə vasitəsilə şagirdlər elmi yanaşma, yaradıcılıq və komanda işi bacarıqları əldə etdilər. İkinci layihəm isə “Məktəblilərin yaşıl dünyası” divar-rəsm müsabiqəsinin təşkili ilə bağlı idi. Burada şagirdlərdə ekoloji düşüncə formalaşdırmaq və estetik zövqü inkişaf etdirmək əsas məqsəd idi. Hər iki layihə məktəbdə böyük maraqla qarşılandı.

– Dərs prosesində çətinlik çəkən şagirdlərlə necə işləyir və onlara necə dəstək olursunuz?

– Belə şagirdlərə fərdi yanaşma tətbiq edirəm. Əvvəlcə çətinliyin səbəbini müəyyən edir, sonra uyğun metodlar seçirəm: sadələşdirilmiş izah, fərdi tapşırıqlar və motivasiyaedici söhbətlər. Onlara daim inandığımı hiss etdirirəm. Kiçik uğurlarını belə qeyd edərək özünəinamlarını artırıram.

Dərsdənkənar hansı əlavə fəaliyyətlərlə şagirdlərin inkişafına töhfə verirsiniz?

– Dərsdənkənar təqdimatlar, fərdi söhbətlər və xüsusi layihələr həyata keçirirəm. Hər sinif üçün xüsusi təqdimatlar hazırlayır, fərdi yanaşma tətbiq edir, zəif və güclü tərəfləri müəyyən edirəm. Praktik bacarıqları inkişaf etdirmək üçün əlavə məşğələ və müsabiqələr təşkil edirəm. Bu fəaliyyətlər onların həm akademik, həm də şəxsi inkişafına böyük təsir göstərir.

– Gələcək planlarınız və texnologiya fənnini inkişaf etdirmək üçün atmaq istədiyiniz addımlar hansılardır?

– Əsas məqsədim sevərək öyrənən, potensialını kəşf edən və real bacarıqlara sahib olan şagirdlər yetişdirməkdir. Layihə əsaslı öyrənməni daha da inkişaf etdirmək, müasir tədris resurslarından daha effektiv istifadə etmək planlarım arasındadır. Öz bilik və bacarıqlarımı daima artıraraq şagirdlərə daha güclü dəstək göstərməyi qarşıma məqsəd qoymuşam.

– Texnologiya dərslərində şagirdlərə sadə materiallardan qeyri-adi məhsullar hazırlamaq və gündəlik həyat üçün texnoloji həllər dizayn etmək tapşırıqları verirsiniz? Bu tapşırıqlar onların düşüncə tərzinə necə təsir edir?

– Bəli, bu tip tapşırıqlara dərslərimdə tez-tez yer verirəm. Belə tapşırıqlar vermək onların yaradıcı düşüncə tərzini inkişaf etdirir. Bu fəaliyyətlər sayəsində şagirdlər yalnız nəzəri bilikləri deyil, həm də praktiki bacarıqları mənimsəyir, real problemlərə innovativ yanaşmalar axtarırlar. Bu cür dərslər onların texnologiyaya münasibətini dəyişir, düşüncə çevikliyini və özünəinamlarını gücləndirir.

– Müasir dövrdə texnologiya fənninin STEAM təhsili ilə inteqrasiyası vacib sayılır. Bu yanaşmanı dərslərinizdə necə tətbiq edir və şagirdlərinizin yaradıcılıq potensialını necə inkişaf etdirirsiniz?

– STEAM yanaşmasını dərslərimdə geniş şəkildə tətbiq edirəm. Texnologiya fənnini elmi yanaşma, riyazi ölçmələr, estetik dizayn və mühəndisliklə birləşdirirəm. Şagirdlərə elə tapşırıqlar verirəm ki, həm funksional, həm də yaradıcı məhsullar ortaya çıxarsınlar. Bu, onların həm analitik düşüncə, həm də əllə işləmə bacarıqlarını inkişaf etdirir. Məqsədim hər bir şagirddə “yeni fikir yaradan və onu reallaşdıran” düşüncə modelini formalaşdırmaqdır.

1 /4

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.