Bütün xəbərlər
19 iyun, 18:01

Mərkəzi Aran Regional Təhsil İdarəsi, Mingəçevir şəhər 11 nömrəli tam orta məktəbin builki məzunu Arif Pərviz oğlu Hüseynli qəbul imtahanlarında topladığı 692.3 ballıq nəticə ilə təkcə regionun deyil, respublikanın da diqqətini çəkib. Arif buraxılış imtahanında 292.3, II ixtisas qrupu üzrə qəbul imtahanında isə maksimal – 400 bal toplayıb. 

Arifin uğuru təsadüfi deyil. O, ibtidai sinifdən intellektual müsabiqələrdə, fənn olimpiadalarında və idman yarışlarında aktiv iştirak edib. Riyaziyyat və fizika fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələlərinə yüksəlib, şəhər və regional mərhələlərini uğurla keçib. 2023-cü ildə Respublika fənn olimpiadalarının riyaziyyat, 2025-ci ildə isə fizika üzrə final mərhələlərinin iştirakçısı olub. Eyni zamanda 28 May – Respublika Gününə həsr olunmuş kikboksinq üzrə Azərbaycan Kuboku yarışında III yerə layiq görülüb.

Təhsildə qazandığı yüksək nəticələr, fəxri fərmanlar və sertifikatlar onun illərlə apardığı sistemli hazırlığın sübutudur. Müxtəlif bilik yarışmalarında, məktəbdaxili və məktəblərarası tədbirlərdə daim yüksək göstəricilər nümayiş etdirib.

Valideyni Pərviz Hüseynli oğlunun bu yolda göstərdiyi əzmə diqqət çəkərək bildirdi ki, “İstiqamət verməyə çalışdım, amma seçimlərində sərbəst oldu. Arif bu sahəyə marağını çox erkən yaşlarda göstərmişdi. Müəllimlərimizə dərin təşəkkür düşür – dəstəkləri daim hiss olunurdu”.

Arif isə gələcəklə bağlı hədəflərini belə ifadə edir:

“Tibb sahəsində boşluqların və sirri açılmamış mövzuların çox olduğunu görürəm. Gələcəkdə ATU-da oxuyaraq bu sahədə yeniliklər etmək, araşdırmalar aparmaq və tibb dünyasına real töhfələr vermək istəyirəm”.

Onun nəticəsi fərdi nailiyyət olmaqla yanaşı, müəllimin əməyinə, ailənin dəstəyinə və şagirdin məqsədyönlü zəhmətinə əsaslanan parlaq bir təhsil nümunəsidir.

1 /1

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.