Bütün xəbərlər
5 may, 14:27

Qısa videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan “TikTok”, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ilk dəfə #AzərbaycanMüəllimləri adlı milli müsabiqəyə start verir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqədə həm məktəb müəllimləri, həm də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər: bunun üçün onlar tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayıb platformada paylaşmalıdırlar. Müsabiqənin üç qalibi dəyərli hədiyyələr – iPhone 16 Pro smartfonları qazanacaq.

“TikTok” platforması böyük və daim artmaqda olan maarifləndirici kontent müəlliflərini bir araya gətirir. Belə ki, ötən il platforma Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkədə maarifləndirici kontentin inkişafına yönəlmiş #TikTokdanÖyrən təşəbbüsünü başladıb. Layihə çərçivəsində istifadəçilər tərəfindən təxminən 22 min maarifləndirici video çəkilərək paylaşılıb.

Platforma bütün dünyada, xüsusilə müəllimlər arasında geniş populyarlıq qazanır, çünki onlar burada öz fənlərini geniş auditoriyaya maraqlı şəkildə təqdim etmək imkanı əldə edirlər. “TikTok”un #AzərbaycanMüəllimləri təşəbbüsü ölkə üzrə müəllimlərə özlərini ifadə etməyin yeni yollarını kəşf etməyə və sadə, hər kəsə anlaşılan qısa video formatında müxtəlif fənlər üzrə biliklərini paylaşmağa imkan verəcək. “TikTok”da fəaliyyətə yeni başlayan müəllimlər üçün isə platformanın imkanları ilə tanış olmaq və izləyicilərin diqqətini çəkəcək videolar yaratmağı öyrənmək məqsədilə xüsusi təlim vebinarı keçirilib.

Müsabiqədə iştirak üçün artıq “TikTok”da kontent yaradan və ya platformada hesab açmağa hazır olan məktəb müəllimləri, ali məktəb və kollec müəllimləri dəvət olunur.

  • 5 maydan 1 iyuna qədər müəllimlərdən tədris etdikləri fənn üzrə mövzu ilə bağlı maarifləndirici videolar paylaşmaları xahiş olunacaq.

  • Videoların müddəti minimum 30 saniyə olmalı və paylaşım zamanı müsabiqənin rəsmi həştəqi – #AzərbaycanMüəllimləri istifadə edilməlidir.

  • Müsabiqənin şərtlərinə uyğun maarifləndirici videoları ilə ən çox izlənmə sayı qazanan müəllimlər qalib seçiləcəklər. Onlara daha keyfiyyətli və peşəkar məzmun yaratmaqda dəstək olmaq üçün iPhone 16 Pro smartfonları hədiyyə olunacaq.

“Biz, Azərbaycanda “TikTok” istifadəçiləri arasında maarifləndirici kontentə olan marağın davamlı olaraq artdığını görürük. Eyni zamanda, ölkədə artıq “TikTok”u mənimsəyən bir çox istedadlı müəllimlər olduğunu müşahidə edirik və əminik ki, burada hələ də platformada inkişaf etmək üçün böyük potensiala sahib çoxlu müəllimlər var. Biz #AzərbaycanMüəllimləri adlı ilk müsabiqəni təşkil edirik ki, müəllimlər öz istedadlarını ortaya qoysun və biliklərini geniş auditoriya ilə paylaşmağa başlasınlar. Əminik ki, yerli icmamız bu yeni təşəbbüsdə fəal iştirak edəcək və TikTok-da daha çox keyfiyyətli, faydalı kontent yaranacaq”, – deyə “TikTok”un Azərbaycandakı, Türkiyədəki, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyat rəhbəri Melis Çağlar şərh edib.

“TikTok” haqqında

“TikTok” aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

1 /1

Şərhlər

Xəbər lenti

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.