Bütün xəbərlər
24 iyun, 16:02

Müəllimlərin sertifikasiya imtahanlarının 4-cü günü Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbdə də yüksək həyəcan və coşqu ilə davam edir. 

“Azərbaycan müəllimi” Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdə imtahan prosesinin gedişini izləyib. Sertifikasiya imtahanında iştirak edən müəllimlərin üzündə həyəcan və sevinc dolu təbəssüm bir-birini əvəz edirdi.

İlk olaraq imtahan zalından çıxan Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar təmayüllü liseyin (TRHTL) biologiya müəllimi Fəridə Yusifova ilə qarşılaşdıq. İmtahanda 56 bal topladığını deyən Fəridə müəllim sevincini gizlətmədən "Suallar olduqca rahat idi. 30 dəqiqədə imtahanı bitirdim, imtahan zalını tərk edə bilməzdim deyə 30 dəqiqə də oturub gözlədim. Metodikanı bilən müəllim üçün bu imtahan çətin deyil. Əsas məsələ sakitliyi qorumaq və suallara diqqətlə yanaşmaqdır," - deyərək təəssüratlarını bizimlə bölüşdü. 

Liseyin kimya müəllimi Sevda Babayeva isə 59 ballıq yüksək nəticə ilə fərqləndi. "Bu, 25 illik təcrübəmin gözəl yekunu oldu. İmtahanı belə uğurlu vermək mənim üçün çox qürurvericidir," – deyərək fikirlərini ifadə etdi.

Mingəçevir şəhər Milli Qəhrəman Natiq Qasımov adına 4 nömrəli tam orta məktəb və İnteqrasiya təlimli internat tipli Gimnaziyanın kimya müəllimi Sevgili İbrahimli isə 55 bal topladı. O, iki məktəbdə dərs keçdiyini vurğulayaraq, "Şagirdlərimlə bərabər hər zaman öyrənir, yenilikləri birlikdə tətbiq edirik. Bugünkü nəticəm də bu birgə əməkdaşlığımızın gözəl sübutudur",- deyərək sevincini ifadə etdi.

Yevlax rayonunun Varvara kənd tam orta məktəbinin biologiya müəllimi Günay Rüstəmova və 10 nömrəli məktəbin müəllimi Qönçə Xudiyeva da hər ikisi 57 bal toplayaraq bu imtahanda uğurun sevincini yaşadılar. 

Onlar imtahanın şəffaf və rahat keçdiyini vurğulayaraq, bu nəticənin əldə olunmasında məktəbdə qazanılan təcrübənin mühüm rol oynadığını ifadə etdilər.

Mingəçevir şəhər Texniki Humanitar fənlər Liseyinin (THL) müəllimi Mehriban Çələbiyeva 56 ballıq nəticəsi ilə həmkarlarının sevincinə qoşuldu: "İmtahan atmosferi çox rahat idi, nəzarətçilər və təşkilatçılar olduqca peşəkar davrandılar. Bu da bizə öz biliklərimizi daha rahat şəkildə nümayiş etdirməyə imkan yaratdı".

Ağdaş rayon Müşfiq İsayev adına tam orta məktəbin müəllimi Günel Ağalarova da 57 ballıq uğurunu bizimlə paylaşaraq qeyd etdi ki, imtahan həm metodikaya, həm də kurikuluma mükəmməl uyğunlaşdırılmışdı.

Mingəçevir şəhər 1 nömrəli tam orta məktəbin 30 illik təcrübəyə malik kimya müəllimi Elnarə Həsənova isə "Suallar çox rahat idi. Hər bir müəllimin bilməli,  həmçinin, dərs prosesində tətbiq etməli olduğu metodika və kurikulum olduqca açıq və aydın suallarla tərtib olunmuş,  suallar dərs prosesi ilə çox uyğun idi",- deyərək 56 ballıq nəticəsinin sevincini dilə gətirdi.

Şərhlər

Xəbər lenti

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

15 avqust, 13:19

İngilis dili tədrisində yeni mərhələ: BERT-LSTM platforması

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.