
İyulun 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 38 607 vətəndaş müraciəti daxil olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, müraciətlərin 21 987-si çağrı mərkəzləri, 8 937-si elektron, 1 370-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 313 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin işə qəbulu, sertifikatlaşdırma imtahanı, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarına qeydiyyat, tələbələrin köçürülməsi, xarici diplomların təsdiqi və digər məsələlərlə bağlı olub.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər