Bütün xəbərlər
17 mart, 16:05

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı iştirakçılarının doktorantura səviyyəsi üzrə seçiminə dair meyarlar müəyyənləşib. Ötən həftənin əsas təhsil hadisələrindən biri bununla bağlı Nazirlər Kabinetinin verdiyi qərar olub.

“Azərbaycan müəllimi” bu qərarın mahiyyətini araşdırıb. Yeni meyarlarda hansı dəyişikliklər var və onlar nəyə əsasən formalaşıb?

Bakalavriat və magistratura ilə yanaşı, doktorantura üçün də namizədlər seçiləcək

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın sözlərinə görə, yeni meyarlar Prezident İlham Əliyevin 12 avqust 2024-cü il tarixli Sərəncamı ilə reallaşan dəyişiklikləri rəsmiləşdirib. Belə ki, həmin sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-ci illər üçün Dövlət Proqramı”nın müddəti 2028-ci ilədək uzadılıb və qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub. Sərəncama görə, 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat, 20 faizindən çox olmayan hissəsi isə doktorantura səviyyəsini əhatə edib.

Beləliklə, Dövlət Proqramı çərçivəsində doktorantura təhsili almaq istəyənlər NK-nın bu qərarı ilə təsdiq edilən yeni meyarlar əsasında seçiləcəklər: “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” 2025-2026-cı tədris ilindən etibarən bakalavriat, magistratura və doktorantura səviyyələrinə tələbə qəbulunu həyata keçirməyə imkan yaradır. Bununla əlaqədar Dövlət Proqramına aid olan normativ sənədlərdə dəyişiklik edilib. Nəticə etibarilə doktoranturaya qəbul və maliyyələşmə qaydaları təsdiqlənib”.   

Xaricdə təhsil almaq istyən doktoranlar bu meyarlarla seçiləcək

T.Topalova seçim meyarlarına diqqət çəkib. Onun sözlərinə görə, namizəd ya 2024-2025-ci tədris ilində ölkənin ali təhsil müəssisəsinin magistratura səviyyəsində sonuncu kursda olmalı, ya da magistr ali elmi-ixtisas dərəcəsinə sahib olmalıdır. Xarici ali təhsil müəssisəsinə təhsil haqqı ilə bağlı depozitin ödənilməsi, namizəd tərəfindən transkriptin və ya əvvəlki təhsil səviyyəsi üzrə diplomun təqdim edilməsi istisna olmaqla, namizədin xarici ali təhsil müəssisəsinə şərtsiz qəbul olunması da bir seçim meyarıdır. Namizədin xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisas Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısındakı ixtisaslara uyğun olmalıdır: “Dövlət Proqramına müraciət etmək üçün xarici ali təhsil müəssisəsindən şərtsiz qəbul sənədi təqdim edilir. Sənəd Elm və Təhsil Nazirliyinin ötən ilin sonlarında açıqlanan siyahısındakı ali təhsil müəssisələrindən alınmalıdır. Doktorantura təhsil səviyyəsi üzrə həmin siyahıda yer alan 221 ali təhsil müəssisəsindən 15 prioritet istiqamət üzrə qəbul əldə etmiş namizədlər Dövlət Proqramına müraciət edə bilərlər”. T.Topalova əlavə edib ki, ETN-in elan etdiyi siyahıda universitetlər üzrə reytinq cədvəllərində ilk onluqda yer alan təhsil müəssisələridir. 

Bundan başqa, namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatı (ALPT, Duolingo, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) olmalıdır. Ən önəmlisi, namizəddən Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisəsində təhsilini başa çatdırdıqdan dərhal sonra Azərbaycan ali məktəblərində ən azı 5 il müddətində fəaliyyəti üçün əmək müqaviləsi bağlamağa razılığı tələb edilir.

T.Topalova əlavə edib ki, doktoranturaya seçiləcək namizədlərin elmi tədqiqat işlərini aparmaq, məntiqi mühakimə yürütmək, kommunikasiya bacarıqlarına, həmçinin özünəinam və inandırma qabiliyyətinə diqqət ediləcək.

İdarəetmə Qrupunun rəhbəri tələblər siyahısındakı kiçik dəyişiklikdən də danışıb: “Azərbaycanda bundan əvvəl xaricdə doktorantura təhsilini nəzərdə tutan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda xaricdə doktorantura təhsili almaq istəyənlərdən 2000 sözdən ibarət tədqiqat işi istənilirdi. Lakin bu, sonradan əhəmiyyətsiz hesab edildiyindən 2022-2028-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmayıb”.

Turan Topalova doktorantura təhsil səviyyəsi üzrə indiyədək olan nəticələrə də toxunub: “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 284 nəfər doktorantura təhsili almaq hüququ əldə edib. Onların 7-si məzun olub və ölkənin ali təhsil müəssisələrində dərs keçir”.

Qəbul nə vaxt başlayır?

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində qəbul üçün seçim hər tədris ilindən 6 ay öncə başlayır. Bu da o deməkdir ki, yaxın günlərdə qəbulun tarixi ictimaiyyətə açıqlanacaq”. 

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbərinin sözlərinə görə, hər üç - bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə qəbul elektron qaydada, portal.edu.az səhifəsində şəxsi kabinet yaratmaqla həyata keçiriləcək. Sənədlərini uğurla təqdim edən namizədlər növbəti mərhələ olan müsahibəyə dəvət ediləcəklər.

Şərhlər

Xəbər lenti

2 iyun, 16:32

BSU ilk dəfə "Round University Ranking"də yer alıb

2 iyun, 16:28

Peşə təhsili üzrə milli bacarıq yarışına qeydiyyat başlayıb

2 iyun, 16:00

BANM-də "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində görüş keçirilib

2 iyun, 15:42

Bərdədə şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb

2 iyun, 15:09

Naxçıvanın təhsil naziri tələbələrlə görüşüb

2 iyun, 14:57

BMU Daşkənddə “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

2 iyun, 14:45

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi şagird qəbulu elan edir

2 iyun, 14:30

MDU tarixində ilk dəfə imtahanlar mərkəzləşdirilmiş qaydada aparılır

2 iyun, 14:06

Ağdam, Kəlbəcər və Zəngilanda yeni məktəblər istifadəyə veriləcək

2 iyun, 13:54

Ən azı 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur – Nazir

2 iyun, 13:50

Məktəbli formaları ilə bağlı YENİLİK

2 iyun, 13:43

Prezident İlham Əliyev: İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir

2 iyun, 13:42

Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib – Yenilənib

2 iyun, 13:38

Təhsil biznes sektor ilə danışmalı, birgə əməkdaşlıq etməlidir - Aydın Talıbov

2 iyun, 13:00

Bakalavrları elmi-tədqiqatlara necə cəlb edə bilərik?

2 iyun, 12:55

Musiqi və təsviri incəsənət müəllimi olmaq istəyənlərə MİQ-də bu mövzulardan suallar düşəcək

2 iyun, 12:47

Modern tədris sistemləri qlobal inteqrasiya kontekstində: 50 ildə formalaşan təcrübə – MÜSAHİBƏ

2 iyun, 12:35

BSU və Səmərqənd Dövlət Xarici Dillər İnstitutu əməkdaşlıq edəcək

2 iyun, 12:34

Koreyada təhsil alan BMU-INHA İDP tələbələri ilə görüş keçirilib

2 iyun, 12:30

“Özümü nağılların içində hiss edirəm” Kitab sərgisindən REPORTAJ

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.