Bütün xəbərlər
3 sentyabr, 15:54

Abşeron–Xızı regionu üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, konfransda 2024–2025-ci tədris ilinin yekunlarına dair hesabatla çıxışı edən Abşeron–Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva görülmüş işlər haqqında məlumat verib. O bildirib ki, idarənin 3 illik fəaliyyəti ərzində qarşıya qoyulan məqsədlərin 60-70 faizinə nail olunub. 

Konfransın əsas məqsədi qarşıya qoyulan hədəflər, onlara çatma yolları, tədrisin keyfiyyətinin artırılması istiqamətində görülməli olan işlərin müzakirəsi olub. İdarə rəhbəri çıxışında region təhsilində olan çatışmazlıq və nöqsanlardan da söz açıb və növbəti tədris ilində bu problemlərin aradan qaldırılması üçün hər bir təhsil işçisinin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin vacibliyini vurğulayıb.

İ.Abdullayevanın sözlərinə görə, idarə yarandığı dövrdən region üzrə 33 müəssisə rəhbəri işdən çıxarılıb.

Abşeron rayonunda şagird sıxlığı məsələsinə toxunan idarə rəhbəri yeni məktəblərin tikilməsinə ehtiyac olduğunu deyib. O, Xırdalan məktəblərində şagird sayının çoxalmasına, Xızı rayonunda isə şagird sayında gedən azalmaya diqqət çəkib.

İlhamə Abdullayeva qeyd edib ki, Abşeron-Xızı regionunun şagird nəticələrinə görə ölkə üzrə yüksək yer tutmasına baxmayaraq, 2023-2024-cü tədris ili ilə müqayisədə 2024-2025-ci tədris ilində bu nəticələrdə azalma müşahidə edilib. Bununla belə, 9-cu sinif üzrə nəticələrdə artım qeydə alınıb.

İdarə rəhbəri məktəbəhazırlıq qruplarının artırılmasını da vacib sayıb. 

İdarə rəhbəri direktorlara dərs bölgüsü, dərs cədvəli, əvəzolunma məsələlərində mövcud olan problemlərin aradan qaldırılmasını, direktor müavinlərinin işlərinə daha məsuliyyətlə yanaşmasına diqqət yetirilməsini tövsiyə edib.

1 /4

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.