Bütün xəbərlər
30 yanvar, 17:24

Xüsusi istedadı və uğurları ilə seçilən tələbələrə yüksəkkeyfiyyətli təhsilvermə imkanının artırılması məqsədilə gerçəkləşdirilən layihələrdən biri də ali məktəblərdə SABAH qruplarının yaradılması olub. SABAH qruplarında dövrün tələblərinə uyğun kadrların hazırlanması ali təhsil sistemində atılan əhəmiyyətli addımlardandır. 

“Azərbaycan müəllimi” SABAH-ın bəzi tələbələri ilə söhbətləşərək onların bu qrupla bağlı təəssüratlarını öyrənib.

“SABAH-ın müəllimləri tələbənin potensialını ortaya çıxarmağa çalışırlar” 

Həm yerli, həm də beynəlxalq layihələrdə iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Aytac Göyüşova SABAH qrupları barədə hələ ali məktəbə qəbul olmamışdan əvvəl eşitdiyini deyib. O, buna görə ixtisas seçimində də SABAH qruplarının fəaliyyət göstərdiyi ali məktəblərə üstünlük verib: 

“SABAH qruplarında keçirilən layihələri mütəmadi olaraq izləyirdim. Tələbələrə verilən fürsət və imkanlar hər zaman diqqətimi çəkirdi. Bu üstünlükləri dəyərləndirməyim SABAH qruplarında təhsil almağımın əsas səbəbi oldu. Bu qrup mənə çox şey qazandırdı. Yenidən təhsil almağı düşünsəm, tərəddüd etmədən seçimim yenə də SABAH olardı. Burada tələbələrə fərdi yanaşma, yüksəksəviyyəli təhsil keyfiyyəti mövcuddur. Adi qruplarda 90 nəfərə bir müəllim dərs keçirsə, SABAH qruplarında bir müəllim 17-18 tələbəyə dərs keçir. Əslində, hər dərsimiz bir məşğələyə bənzəyir. İnteraktiv, qarşılıqlı fikir mübadiləsi formasında təhsilimizi davam etdiririk. Bu da təhsil keyfiyyətinin artmasına gətirib çıxarır. SABAH-ın müəllimləri hər tələbə ilə ayrı-ayrılıqda tanış olmağa, onların potensialını ortaya çıxarmağa çalışırlar. Əgər tələbənin nəyəsə marağı varsa, SABAH onu dəstəkləyir. 

Aytac Göyüşova qeyd edib ki, bir neçə yerli təşkilatda mühəndislik, şəxsi inkişafla bağlı layihələr icra edib. SABAH qruplarında 2-3 ay davam edən “Sahibkarlığa giriş” layihəsində iştirak edərək beynəlxalq sertifikat alıb. O, gələcəkdə təhsilini ABŞ-də davam etdirməyi planlaşdırır.

“Təhsil mühitində qazandığım təcrübələr məni fəaliyyətimdə irəli aparır”

Bakı Dövlət Universitetində “Tarix müəllimliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi İsmayıl Səmədli SABAH qrupları barəsində I kursda oxuyarkən xəbər tutub. Araşdırdıqda məlum olub ki, buraya qəbul şərtləri və yaradılmış təhsil imkanları onun üçün tam uyğundur: 

“Yadımdadır ki, artıq I semestrin sonuna yaxın bizə müxtəlif kurslardan SABAH qruplarına qəbula hazırlıqla bağlı təkliflər gəlirdi. Beləliklə, qərara gəldim ki, mən də bir SABAH-çı olum. Hətta bir neçə dəfə SABAH-ın tələbələri ilə həmsöhbət oldum. Hələ  söhbət anında belə buranın mühitinin  tamamilə fərqli olduğunu hiss edirdim. II semestrdə SABAH qrupları barədə keçirilən məlumatlandırıcı görüşlərə qatıldım və bundan sonra oraya qəbul olmaq mənim üçün istəkdən bir məqsədə çevrildi. Nəticədə 3 mərhələli qəbul prosesindən ibarət müsabiqəni uğurla başa vuraraq SABAH tələbəsi adını qazandım”.

İsmayıl Səmədli burada təhsil almağın hər şeydən əvvəl bir şans və təcrübə olduğunu vurğulayıb: “10 ildir ki, SABAH qrupları dövlətimizin həyata keçirdiyi kadr siyasətinə töhfə verir. Əmək bazarında SABAH məzunlarına tələbatın yüksək olması buradakı təhsilin yüksək keyfiyyətindən xəbər verir. Burada təhsil almağın ən üstün cəhətlərindən biri odur ki, xüsusi meyarlarla seçilmiş həm müəllimlərin, həm də tələbələrin əhatəsində olursan. Hazırda iki dövlət qurumunda təcrübə keçirəm. Mənsub olduğum təhsil mühitində qazandığım təcrübələr məni fəaliyyətimdə irəli aparan əsas amillərdən biridir. Hər il SABAH qrupları kontingentinin iş və təcrübə imkanlarının genişləndirilməsi məqsədilə SABAH karyera sərgiləri keçirilir, bundan əlavə, tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün mədəni tədbirlər, həmçinin SABAH mədəniyyət festivalları baş tutur. Eyni zamanda, müxtəlif sahələri əhatə edən yarış və müsabiqələr keçirilir ki, bunlar da tələbələrin şəxsi inkişafı üçün faydalıdır. Düşünürəm ki, SABAH qrupları bir layihə olaraq tələbələrə olduqca geniş imkanlar təqdim edir. Prezident İlham Əliyevin ötən il SABAH qruplarının təhsil imkanlarının genişləndirilməsinə dair imzaladığı sərəncam dövlətimiz tərəfindən SABAH tələbələrinə göstərilən diqqət və qayğının təzahürüdür”.

O bildirib ki, universitet dönəmində bir neçə yerli və beynəlxalq elmi layihələrdə, eləcə də yarış və konfranslarda iştirak edib. Təhsil aldığı dövr ərzində universitetdə aktiv tələbə kimi fəaliyyət göstərib: “Ötən il “II Qarabağ münaqişəsindən sonra Cənubi Qafqazda Rusiya və Türkiyənin fəaliyyətləri” mövzusunda analitik məqalə yazmışdım. Həmin yazı ilə Qazaxıstanda keçirilən müsabiqədə iştirak edib “MDB-nin ən yaxşı gənc alimi" adı, ordeni ilə mükafatlandırıldım”. İ.Səmədli əlavə edib ki, gələcəkdə magistratura təhsili almaq fikrindədir. O, peşə fəaliyyətini akademik fəaliyyətlə birgə dövlət qulluğu sahəsində davam etdirməyi düşünür.

“SABAH-da daha müstəqil fəaliyyət göstərməyi öyrəndim”

Azərbaycan Texniki Universitetinin “İnformasiya texnologiyaları” ixtisası üzrə oxuyan IV kurs tələbəsi Sübhan Hüseynli SABAH qruplarının yüksək keyfiyyətli təhsilinin dil biliklərinin, praktiki bacarıqların inkişafına mühüm təsir etdiyini bildirib: 

“Universitetə daxil olmamışdan əvvəl dost və tanışlarım mənə SABAH qrupları barədə məlumat veriblər. Universitetə daxil olduqdan sonra SABAH qruplarına qəbul barəsində məlumatlar topladım. Müsabiqədən uğurla keçərək SABAH tələbəsi adını qazandım. SABAH qruplarında tələbə sayı az olduğu üçün müəllim-tələbə münasibətləri daha yaxın olur. SABAH-da daha müstəqil fəaliyyət göstərməyi, daim araşdırmağı, özünüinkişafın  faydalarını öyrəndim”.

S.Hüseynli İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” təqaüd proqramının qalibi olub. Bir çox yerli və beynəlxalq layihələrin iştirakçısı olan Sübhan Hüseynlinin təhsillə bağlı planlarına gəldikdə, deyib ki, gələcək hədəflərinə magistratura təhsili almaq, bilik və bacarıqlarını ölkənin inkişafına yönəltmək, dil biliklərini artırmaqdır.

Şərhlər

Xəbər lenti

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.