.jpeg)
"STEAM Azərbaycan"ın təşkilatçılığı ilə sualtı və suüstü texnologiyalara əsaslanan "Azerbaijan ROV Challenge 2025" (AROVC 2025) yarışının final mərhələsi keçirilir.
“Azərbaycan müəllimi“ xəbər verir ki, AROVC mühəndislik, innovasiya və komanda işi bacarıqlarını inkişaf etdirməyə yönəlmiş milli səviyyəli texnoloji müsabiqədir.
Tapşırıqların çətinlik səviyyəsi və mövzu uyğunluğu nəzərə alınaraq yarışlar 13–17 və 13–18 yaş qrupları üzrə iki kateqoriyada təşkil olunur.
Sabah da davam edəcək yarış 2 kateqoriya üzrə keçirilir. Burada iştirakçılar real həyatı əks etdirən ssenarilər əsasında robot sistemləri dizayn edir, proqramlaşdırır və müxtəlif çətinlik dərəcələrində tapşırıqları yerinə yetirirlər. Müsabiqə iştirakçıların texniki bilik və bacarıqları ilə yanaşı, onların yaradıcı və tənqidi düşünmə, planlaşdırma, problem həll etmə və liderlik bacarıqlarını da təşviq edir.
Final mərhələsində 18 komandada ölkənin müxtəlif bölgələrini təmsil edən 102 məktəbli və tələbə yarışır.
Qeyd edək ki, yarış Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Təlim Tədris Mərkəzi və “SOCAR-Dalğıc” MMC-nin dəstəyi ilə həyata keçilir.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər