Bütün xəbərlər
2 iyul, 14:40

Naxçıvan məktəbliləri Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan “Gənc xilasedici və yanğınsöndürən” XII ümumrespublika yarışının qalibi olublar. 

"Azərbaycan müəllimi" gərgin mübarizə şəraitində keçən yarışda birinci yerə layiq görülən Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəbin komanda heyətinin uğurunu işıqlandırmaq üçün  həmin təhsil müəssisəsində olub. 

İlk olaraq yarış haqqında məlumat verən Naxçıvan Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev bildirib ki, 23–30 iyun tarixlərində Fövqəladə Hallar, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən yarışda Naxçıvanı 7 nəfərlik komanda təmsil edib. Builki yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Belarus və Rusiyanın komandaları da iştirak edib. Naxçıvan komandası bu yarışda ilk dəfə 2023-cü ildə iştirak edib və o vaxt Ordubad rayonu Sabirkənd tam orta məktəbi birinci yerə layiq görülüb.
Yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin, fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və milli-vətənpərvərlik ruhunun aşılanması, müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin formalaşdırılmasıdır.

Məktəbliləri yarışa hazırlayan müəllimin fikirlərini də öyrənirik.

Naxçıvan şəhəri İslam Səfərli adına 1 nömrəli tam orta məktəbin hərbi hissə müəllimi Coşqun Əliyev 2013-cü ildən bu fənni tədris edir. Yarışda qalib olduqları üçün çox həyəcanlı və sevinclidir. Deyir ki, nəticənin belə olacağını gözləyib: "Çünki şagirdlərim hədsiz dərəcədə güclü idi. Biz Naxçıvan şəhər mərhələsində birinci yerə layiq görüldük, sonra Muxtar Respublika üzrə birinci yerə layiq görüldük və Qəbələdə keçirilən yarışda da Azərbaycan məktəbləri arasında birinci yerin qalibi olduq. Müntəzəm olaraq şagirdləri dərsdən sonra bu yarışlara hazırlayırdım.

Gənclərimizin, demək olar ki, hər biri güclüdür. Lakin onlar arasından daha güclü olanları seçdik və onların həmin yarışda iştirakını təmin etdim".

Deyir ki, məktəbin hərbi müəllimi olaraq əsas vəzifə borclarından biri şagirdlərə vətəni sevdirmək, onları vətənpərvər ruhda yetişdirməkdir: "Bu yarışdan əlavə bir çox yarışlarda da iştirak etmişik. “Şahin” hərbi-idman oyunlarında dəfələrlə Naxçıvanımızı təmsil etmişik, hətta 2019-cu ildə “Heydər Əliyev Kuboku”nu Naxçıvana gətirməyə nail olmuşuq.

Həmin yarışda o həyəcanı yaşayıb gözəl hisslər keçirən şagirdlərimiz bizə müraciət edirlər ki, hərbi sahəyə necə yönələ, necə FHN-nin əməkdaşı kimi fəaliyyət göstərə bilərik. Biz növbəti illərdə şagirdlərimizi həmin istiqamətdə hazırlamağa başlayacağıq".

Komanda heyəti olan məktəblilərlə də söhbət edirik. Söhbətləşdikcə görürük ki, doğrudan da heyət olduqca həvəsli və mübarizdir. Komandanın qrup rəhbəri Sadiq Bayramlı adını çəkdiyimiz məktəbin 9-cu sinfini bitirib, yeni tədris ilindən 10-cu sinif şagirdi olacaq. Yoldaşlarının bəziləri ondan böyük olsa da, kapitanlıq etməyi bacarır. Deyir ki, yanğın estafeti, maneələr zolağı və meşə maneələri çox çətin idi: "Yanğın estafetində 56 saniyə ilə birinci yeri tutduq, maneələrdə bəzi zəifliklərimiz var idi, ona görə 2-ci yer tutduq. Meşədə isə Quba komandasını 4 saniyə ilə üstələyib 1-ci yeri tutduq. Bu yarışlar arasında ən çətini meşə mərhələsi oldu. Çox yorulsaq da, fikrimizdən dönmədik, bütün maneələri qısa müddətdə keçərək yarışın qalibi olduq".

Sadiq deyir ki, komanda olaraq bu yarışı çox sevib və yaxşı dostlar qazanıblar. Yarış ona mənəvi olaraq nə qazandırdı sualına gəlincə, əlavə edir ki, uşaqlıqdan hərbçi olmaq istəyib: "Bu yarışdan sonra hərbi sahəyə həvəsim daha da çoxaldı, gələcəkdə hərbçi olub vətənimi qoruyacağam".

Biz də məktəblilərə uğurlar arzulayıb oradan ayrılırıq. İnanırıq ki, gələcəkdə hər biri öz yerini tutacaq, istər silahı, istərsə də beyin gücləri ilə Vətənin keşiyində dayanacaqlar.

Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Yarışın ümumrespublika birinciliyində ikinci yerə Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbi, üçüncü yerə isə Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəbin komandası layiq görülüb.

1 /8

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.