· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Azərbaycanın və Polşanın birinci xanımlarının görüşü

İyunun 10-da "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Polşa Prezidentinin xanımı Mariya Kaçinski ilə görüşmüşdür.

Mehriban xanım dəvəti qəbul edib Bakıya gəldiyinə və beynəlxalq forumda iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirdi.

Dəvətə görə bir daha minnətdarlığını bildirən Mariya Kaçinski dedi ki, çox vacib məsələlərin müzakirə olunduğu beynəlxalq Bakı forumu maraqlı və səmərəli keçir.

AzərTAc

 

 

 

 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri ilə görüşüb

İyunun 10-da "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri ilə görüşmüşdür.

Mehriban Əliyeva forumda iştirakına və bu tədbirin təşkilində göstərdiyi böyük dəstəyə görə İSESKO-nun Baş direktoruna minnətdarlığını bildirdi.

Yüksək səviyyədə keçən Bakı forumunda maraqlı fikirlərin səsləndiyini, səmimi dialoqların aparıldığını vurğulayan Azərbaycanın birinci xanımı bu tədbirdə dünyanın bütün qitələrindən nümayəndələrin iştirak etdiyini söylədi.

Mehriban xanım Əliyeva əmin olduğunu bildirdi ki, Bakı forumu ənənə halını alacaqdır.

Beynəlxalq forumun yüksək səviyyədə təşkilinə görə Mehriban Əliyevaya minnətdarlıq edən İSESKO-nun Baş direktoru xüsusi vurğuladı ki, dünyanın bütün bölgələrindən nümayəndələrin iştirakı forumun yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi.

 

AzərTAc

 

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Almaniyadan olan qrafinya Anna Beatriça Şlik ilə görüşüb

İyunun 10-da "Gülüstan" sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan almaniyalı qrafinya Anna Beatriça Şlik ilə görüşdü.

Qrafinya Anna Beatriça Şlik özünün çəkdiyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portretini Mehriban xanıma hədiyyə etdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.

AzərTAc