· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Xüsusi istedada malik şagirdlər  üçün yay təlim-istirahət düşərgəsinin təşkili haqqında

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə əlaqədar nazirliyin Fəaliyyət Planına əsasən (17.1-ci bənd)

ƏMR EDİRƏM:

1. Bakı şəhəri Əzizbəyov rayonundakı 16 nömrəli internat məktəbin bazasında ümumtəhsil məktəblərinin xüsusi istedada malik şagirdləri üçün 04 avqust 2008-ci il tarixdən 2 (iki) həftəlik yay təlim-istirahət düşərgəsi təşkil olunsun.

2. Düşərgəyə cəlb olunan şagirdlərin adlı siyahısı və düşərgənin xərclər smetası təsdiq edilsin.

3. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbələri (A.Muradov, A.Əhmədov) düşərgədə uşaqlar üçün maraqlı gün rejiminin qurulmasını, onların tanınmış alimlərlə görüşlərinin, təlim məşğələləri və mədəni-kütləvi tədbirlərin təşkilini təmin etsinlər.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

5.  Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

24 iyul 2008-ci il