· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

1. XXIX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

- birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə isə 200 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə isə 100 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə isə 50 min manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 iyul 2008-ci il

 

 

 

 

Azərbaycan Prezidenti Qars Qafqaz Universitetindəki Heydər Əliyev Tədris Mərkəzində olub

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də Qars Qafqaz Universitetindəki Heydər Əliyev Tədris Mərkəzi ilə tanış olmuşdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2007-ci ilin noyabrında açılmış mərkəz vaxtilə ulu öndərin fəxri doktoru adına layiq görüldüyü Qars Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinin tələbələri üçün tədris bazası rolunu oynayır. Heydər Əliyev Fondu mərkəzi əyani vəsaitlərlə təmin etmişdir. Burada ümummilli lider Heydər Əliyevin fəaliyyətini, ulu öndərin Türkiyəyə, eləcə də Qarsa səfərlərini əks etdirən fotoguşə yaradılmışdır.

Tədris mərkəzində Azərbaycanın tarixinə, ədəbiyyatına dair nəşrlərdən ibarət zəngin kitabxana, oxu və kompüter salonları fəaliyyət göstərir.

Prezident İlham Əliyev tədris mərkəzi ilə tanış oldu, xatirə kitabına ürək sözlərini yazdı. Dövlətimizin başçısına xatirə hədiyyələri, o cümlədən ulu öndər Heydər Əliyevin fotoşəkli təqdim edildi. Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi:

- çox sağ olun, təşəkkür edirəm. Mən çox şadam ki, qardaş torpaqdayam. Qars şəhərində çox gözəl tədbir keçiriləcəkdir. Bakı-Tbilisi-Qars dəmiryolunun Türkiyə hissəsinin tikintisinin başlanması çox tarixi bir gündür. Bu yol Türkiyəni Azərbaycanla daha da sıx birləşdirəcək, qardaş xalqlarımızı bir-birinə daha da yaxın edəcəkdir. Biz bütün dövrlərdə bir yerdə olmuşuq, bir yerdə yaşamışıq. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə - Azərbaycan münasibətləri çox sürətlə inkişaf edib və bu gün ən yüksək zirvədədir. Heydər Əliyev Tədris Mərkəzində nümayiş etdirilən fotoşəkillər də bunu göstərir. Burada "ümid körpüsü"nün - Naxçıvanla Türkiyə arasında tikilmiş körpünün fotoşəkilləri var. Digər şəkillər də var. Bu, böyük tarixdir və bu tarix bizi irəliyə aparır. İrəlidə isə bizi daha da böyük işlər gözləyir. Bütün türk xalqına cansağlığı, xoşbəxtlik və rifah arzulayıram.

 

AzərTAc