|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri RF Dövlət Kitabxanasına kitablar hədiyyə edib AzərTAc-ın xüsusi müxbiri
xəbər verir ki, məşhur Rusiya Dövlət Kitabxanası
(keçmiş Lenin adına kitabxana) Heydər Əliyev Fondunun
nəşr etdirdiyi Azərbaycan kitabları ilə
zənginləşmişdir. Fondun Rusiya Federasiyasındakı
nümayəndəliyinin rəhbəri Leyla Əliyeva
kitabxanaya Azərbaycan dilində kitablar hədiyyə etmişdir.
Bu kitablar Şərq ədəbiyyatı salonundakı xüsusi
Azərbaycan nəşrləri sərgisinə
əlavə olunmuşdur. Leyla Əliyevaya səmimi təşəkkürünü
bildirən Rusiya Dövlət Kitabxanasının direktoru
Viktor Fyodorov demişdir ki, bu, çox fərəhli
hadisədir və şübhəsiz, iki ölkə arasında
mədəni əlaqələrin möhkəmlənməsində
mühüm rol oynayacaqdır. O, kitabxananın
fəaliyyətindən söhbət açaraq xüsusi vurğulamışdır
ki, kitabxana Azərbaycan Milli Kitabxanası ilə sıx
tərəfdaşlıq əlaqələri saxlayır. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin
rəhbəri Leyla Əliyeva mədəniyyət,
təhsil, səhiyyə sahələrində və sosial
sahədə çox işlər görən Fondun geniş
fəaliyyətindən danışmışdır. O
bildirmişdir ki, Rusiya nümayəndəliyi artıq bir ildir
fəaliyyət göstərir və RF ictimaiyyətinin ölkəmiz
haqqında daha obyektiv məlumat alması üçün
Azərbaycan mədəniyyətinin təbliği ilə
məşğuldur. L.Əliyeva Rusiya Dövlət Kitabxanası
ilə daha sıx əməkdaşlığa,
məsələn, müxtəlif birgə tədbirlərin,
təqdimatların, tələbələrlə görüşlərin
keçirilməsinə tərəfdar olduğunu bildirmişdir.
Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin
bu aksiyasını yüksək qiymətləndirərək
tədbirin ictimaiyyət, ziyalılar, dost ölkədə yaşayan
soydaşlarımız üçün əhəmiyyətini vurğulamışdır.
O xatırlatmışdır ki, Azərbaycan və Rusiyanın
mədəniyyət nazirlikləri arasında kitabxana işi
sahəsində əməkdaşlıq haqqında müqavilə
imzalanmışdır və bu əlaqələri yeni
reallıqlar baxımından təkmilləşdirmək
lazımdır. Səfir Heydər Əliyev Fondunun və
onun Rusiyadakı nümayəndəliyinin
fəaliyyətindən söhbət açaraq xüsusi vurğulamışdır
ki, Fond çərçivəsində Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatı yaradılmışdır.
Bu təşkilatın kitabxanada keçirilən tematik
gecələrə, təqdimat mərasimlərinə, müasir
müəlliflərlə görüşlərə və digər
tədbirlərə cəlb edilməsi yaxşı olardı.
Görüş zamanı əməkdaşlığın
daha konkret yollarından danışılmış,
Azərbaycan yazıçılarının kitablarından
ibarət sərgilərin təşkilinin, müasir
Azərbaycan müəlliflərinin yaradıcılıq
gecələrinə dəvət edilməsinin vacibliyi vurğulanmışdır.
Bildirilmişdir ki, kitab mübadiləsi sahəsində daha sıx
əməkdaşlıq etmək, Rusiya kitabxanalarını
Azərbaycan kitabları ilə, xüsusilə müasir
Azərbaycan haqqında nəşrlərlə
zənginləşdirmək lazımdır. Leyla Əliyeva kitabxananın direktoru
V.Fyodorova Heydər Əliyev Fondu adından hədiyyə
təqdim etmişdir. V.Fyodorov isə L.Əliyevaya Avropada
ən böyük, dünyada isə ABŞ Konqresinin kitabxanasından
sonra ikinci sayılan Rusiya Dövlət Kitabxanası haqqında
hədiyyə nəşri təqdim etmişdir. |