· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Qubada üç məktəb binası tikilir

Qubada Heydər Əliyev Fondunun təşəbbüsü ilə 16, dövlət vəsaiti və digər mənbələr hesabına 17, Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə 1 məktəb binası tikilib istifadəyə verilmişdir. Hazırda Susay, Güləzi və Söhüb kəndlərində dövlət vəsaiti ilə yeni məktəb binaları tikilir. Dövlət əsaslı vəsait qoyuluşu hesabına 3 şəhər, 2 qəsəbə məktəbinin, texniki təmayüllü liseyin binaları əsaslı təmir olunmuşdur.

Digər kəndlərdəki 30 məktəb binası yerli icra nümayəndəlikləri, bələdiyyələr və iş adamlarının hesabına cari təmir olunmuşdur.

 

 

 

Təhsil müəssisələrinə noutbuk və proyektorlar verilir

Təhsil Nazirliyindən bildirmişlər ki, ilin sonunadək 100-dən çox məktəbə əlavə noutbuk və proyektorlar veriləcəkdir.

Xatırladaq ki, ümumilikdə 1000-dən artıq təhsil müəssisəsi qeyd edilən texniki avadanlıqla təchiz olunmuşdur.

 

AzərTAc