· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

İKT-nin texniki peşə təhsili sistemində rolu

İqtisadi cəhətdən inkisaf etmis ölkələrin təcrübəsi göstərir ki, bu ölkələrdə həlledici amil təhsil sisteminin informasiyalaşdırılması olub, iqtisadiyyatın, elmin və mədəniyyətin inkişafını müəyyən edir. Buna görə də təhsildə İKT-nin tətbiqi və onun inkişafı üçün ölkə Prezidentinin sərəncamları ilə aşağıdakı rroqramlar təsdiq edilmişdir:

1. "Azərbaycan Resrublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı (2005-2007-ci illər)";

2. "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)".

ölkə Prezidenti cənab İlham Əliyevin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" texniki peşə təhsilinin təkmilləşdirilməsi, onun günün tələbləri səviyyəsində qurulması istiqamətində mühüm bir addım olmuş, İKT-nin texniki peşə təhsili sisteminə inteqrasiyasını əsas məsələlərdən biri kimi  önə çəkmişdir.

Həyata keçirilən bu irimiqyaslı Proqramın əsas vəzifələrindən biri olan texniki peşə  təhsili sahəsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi aşağıdakı vəzifələrin həllini zəruri edir:

* Texniki peşə müəssisələrinin kompüter texnikası,  tətbiqi və əməliyyat sistemi proqramları ilə təmin edilməsi;

* İnformatika və digər fənn müəllimləri, istehsalat təlimi ustaları, təhsil müəssisələrinin rəhbərləri İKT savadını artırmalı, öz fəaliyyət sahələrində informasiya və kommunikasiya texnologiyalarından istifadə bacarığına yiyələnmələri;

* Hazırlanması nəzərdə tutulan kurikulumlarda İKT ilə bağlı məsələlər nəzərə alınmalı;

* Tədris prosesində istifadə etmək üçün müasir elektron tədris materiallarının, elektron dərsliklərin, elektron kitabxanaların, rəqəmli tədris resurslarının işlənib hazırlanmalı və tətbiqi;

* İnformasiya texnologiyalarına uyğun təhsilin metodologiyasının işlənib hazırlanması;

* Texniki peşə təhsili portalının və saytlarının yaradılması önəmli məsələ kimi öz həllini tapmalı;

* Şagirdlər üçün məsafədən təhsil xidmətləri təşkil etməli;

* Texniki peşə təhsili sisteminin idarə olunması sahəsində İKT-nin imkanlarından səmərəli istifadə olunması.

Proqramın həyata keçirilməsində nəzərdə tutulmuş kompleks tədbirlərlə yanaşı, əsas məqsədlərdən biri də müasir informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə texniki peşə  təhsil sistemində keyfiyyəti yüksəltmək, dinamik inkişaf edən resrublikamızın mütərəqqi texnologiyaları bilən ixtisaslı kadrlara olan tələbatını ödəmək, ölkədə texniki peşə təhsili sisteminin dünya təhsil sisteminə inteqrasiyaya və ölkə əhalisini informasiya cəmiyyətinə hazırlamaqdır.

Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadr hazırlığı rrosesində informasiya və kommunikasiya texnologiyalarının imkanları həddən artıq genişdir:

1. İKT öyrənmə obyekti kimi;

2. İKT tədris rrosesində bir vasitə kimi;

3. İKT təhsilin idarəolunmasında bir vasitə kimi;

4. İKT təhsil tədqiqatlarında, pedaqoji araşdırmalarda və yeni təlim texnologiyalarının öyrədilməsi üçün istifadə edilə bilər.

Bu bir danılmaz faktdır ki, əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadr hazırlığı rrosesində və onun idarəedilməsində İKT-dən istifadə etmək, müasir texnika və avadanlıqları mükəmməl bilmək, qabaqcıl texnologiyalarda işləmək üçün müasir düşüncə tərzinə malik olmaq vacib şərtlərdən biridir. Peşə təhsili müəssisələrində İKT-nin əsas istifadəçiləri olan mühəndis-pedaqoji işçilər və şagirdlər öyrənmə obyekti kimi informasiya və kommunikasiya texnologiyalarını ən azı elementar baza səviyyəsində öyrənməlidirlər. Şagirdlər buna informatika dərslərində,  mühəndis-pedaqoji işçilər isə təhsil müəssisələrində təşkil ediləcək qısamüddətli kursların köməyilə nail ola bilərlər. Tədris prosesində müasir İKT-nin geniş istifadəsinə nail olunması və şagirdlərə İKT haqqında bilik və bacarıqlar aşılanması məqsədilə özündə informatika, kompüter texnikasının əsasları və  İKT proqramları fənlərini birləşdirmis yeni tədris planları hazırlanmışdır.

Bir çox ölkələrin təcrübəsi göstərir ki, tədris prosesində İKT-dən istifadə zamanı şagirdlərin dərsə marağı nəticə etibarilə tədrisin və alınan nəticənin keyfiyyəti xeyli artmış olur. Prezentasiya formasında təşkil edilmiş dərs prosesində müəllimin hazırladığı və ya hazır əldə etdiyi sxem, cədvəl, şəkil və digər rəngarəng vəsaitlərdən genis istifadə edilir. Bu halda ənənəvi dərs prosesindən fərqli olaraq yazı lövhəsində sxem, düstur və s. kimi yazı yazmağa ehtiyac qalmır və buna sərf edilən vaxta qənaət edilmis olur, şagirdə əlavə məlumatları çatdırmaq imkanı qazanılır. Əvvəlcədən hazırlanmış vizual görüntülər səliqəli olduğundan şagirdlərin diqqətini daha çox cəlb edir. Ona görə də belə təlim texnologiyası müasir dövrdə ən effektli təlim üsullarından biri hesab edilir.

Peşə hazırlığı ilə bağlı təlim rrosesində İKT-nin rolu və imkanları daha genişdir. Xüsusi rroqramların köməyilə öyrədilən reşənin sirlərini nəzəri və vizual olaraq komrüterin monitorunda öyrəndikdən sonra həmin vərdişləri xüsusi stendlərdə rraktiki olaraq həyata keçirməklə əmək vərdişlərini avtomatik şəklə gətirmək olar. Bir çox ölkələrin tədris rrosesində istifadə etdikləri bu növ rroqramlardan biz də yararlana bilərik. Bunun üçün bizdə lazım olan şərait və zəmin vardır. Türkiyə Resrublikasında "Sənayenin avtomatlaşdırılması texnologiyaları sahəsində müəllim hazırlığı" rroqramı üzrə seminarda iştirak etmiş Bakının 7, 3, 13, 12, 17 nömrəli reşə liseylərinin, 14 nömrəli Bakı Peşə Məktəbinin və 3 nömrəli Gəncə Peşə Liseyinin mütəxəssislərinin öyrəndikləri elektrik və elektro-rnevmatiklər, mexaniklər üçün nəzərdə tutulan tətbiqi rroqramların bu sahədə imkanları genişdir. Nəmin rroqramların köməyi ilə monitorda lazım olan elektrik dövrəsini, maşın hissəsini və mexanizmi layihələndirmək, onun ixtiyarı bucaqla vizual görüntüsünü əldə etmək və onların işləməsini (əgər səhvə yol verilməyibsə) vizual olaraq müşahidə etmək olur.

Kompüter texnologiyası yalnız dərsdə deyil, başqa sahələrdə də, o cümlədən şagirdlərin təlim-tədqiqat işlərində də geniş istifadə olunur. Xüsusilə İnternet şəbəkəsi vasitəsilə sagirdin öyrəndiyi peşə, keçdiyi mövzu, tanış olduğu avadanlıqlar haqqında, həmçinin müəyyən mətnlərin, tapşırıqların, sxemlərin hazırlanması üçün məlumatların toplanmasında muhum rol oynayır.

Beləliklə, İKT-dən istifadə peşə hazırlığı prosesinə keyfiyyətcə yeni yanaşma  olub, şagirdlərdə müstəqil bilik və bacarıq əldə etmək vərdişləri aşılayır, onların intellektual potensiallarının inkişafına yardımçı olur.

Təhsil prosesində İKT-nin rolunu tam dərk etmək üçün peşə təhsilinin əsas aparıcı qüvvəsi olan müəllim və ustaların professional fəaliyyətlərində kompüter texnikasından harada və necə istifadə edəcəklərini aydınlaşdıraq. Bu məqsədlə İKT-dən istifadənin əsasən iki formasını qeyd etmək olar:

I. Evdə növbəti dərsə hazırlıq prosesində və ixtisası ilə bağlı digər məsələrin həlli zamanı;

II. Tədris və təlim rrosesində: hər hansı fənn və ya ixtisas dərsi zamanı.

İstifadə etdikləri kompüter proqramlarına görə müəllimin evdə yerinə yetirdiyi işləri də üç qrupa ayırmaq olar:

Birinci qrup - müəllimin nəşrlə bağlı fəaliyyətidir: əyani vəsaitlərin, xüsusi vərəqələrin, sxem və s. bu kimi vəsaitlərin hazırlanması. Prezentasiya şəkilli çıxışlara hazırlığı da bura aid etmək olar;

İkinci qrup - bura bəzi riyazı hesablama və məlumatlar bazasının təşkili aiddir. Elektron jurnalların, şagirdlərin dərsə davamiyyətinin uçotunun aparılmasını da bu qəbildən hesab etmək olar.

üçüncü qrup - İnternet şəbəkəsi ilə bağlı fəaliyyət növüdür: müxtəlif metodik materialların axtarışı və həmkarlarla yazışmaların aparılmasını və s. bura aid etmək olar.

Dərs prosesində kompüter texnikasından bir-birindən fərqli formalarda istifadə oluna bilər:

- Nümayış etdirici bir vasitə kimi istifadə olunur: bu halda müəllim qabaqcadan hazırladığı təqdimetmə materiallarını-çıxışını və ya müəyyən ixtisasa aid nümayiş xarakterli materiallarını təqdim edir;

- Hər şagird öz kompüteri arxasında işləyir. Bu halda şagirdin yerinə yetirə biləcəyi işlərin və istifadə edəcəyi proqramların çeşidi çox genişdir. Nəmin rroqramların bəziləri aşağıda göstərilmişdir:

* Müxtəlif fənn və ixtisaslar üçün tematik proqram və vasitələr (elektron dərsliklər, ensiklopediya və sorğu kitabları, təlim trenajorları, atlaslar, multimedia proqramları, testlər və s);

* Adi proqram - redaktorlar (Word, Power Paint və s.) və ya şagirdlərin layihələndirmə fəaliyyətinin və nəşr işinin təşkili üçün xüsusi proqramlar;

* Kompüterin başqa texniki avadanlıqlarla (skayner, rəqəmsal foto, mikrofon və s.) işini təmin edən xüsusi proqramlar;

* İnternet şəbəkəsində lazımi məlumatların axtarışı üçün proqramlar.

Təhsildə İKT-nin tətbiq edilə biləcəyi sahələrindən biri də peşə təhsili müəssisələrində avtomatlaşdırılmış kitabxananın yaradılmasıdır. Belə kitabxanada fondun, abonement haqqında məlumatın uçotunun avtomatlaşdırılması, kitabxana fondundan istifadənin analizi təmin olunur. Bu kitabxana, ilk növbədə, istifadəçilərin rahatlığına istiqamətlənmiş olur. Oxucu ona lazım olan ədəbiyyatın kitabxana fondunda olub-olmaması barədə məlumatı çox qısa müddətdə əldə edir. Təhsil müəssisəsində elektron kitabxana yaradılarsa, bu zaman evdə oturmaqla həmin kitabxanadan İnternet vasitəsilə istifadə etmək olar.

İKT-dən istifadə etməklə idarəetmənin təşkili məsələsi bütün fəaliyyət sahələrinin menecmentinin, o cümlədən peşə təhsilinin aktual məsələlərindən biridir. Təhsilin idarə olunmasında İKT-dən istifadə idarəedici qərarların operativ verilməsinə, idarəetmənin keyfiyyətinin artırılmasına və kağızsız iş texnologiyasına gətirib çıxarır. Bu asrektdə yaradılması vacib olan peşə təhsili sahəsinin vahid informasiya mühitinin əhəmiyyəti xususi qeyd olunmalıdır.

İKT vasitəsilə texniki peşə təhsili müəssisəsinin İnternet saytının yaradılması peşə məktəbi və reşə liseyləri qarşısında geniş imkanlar yaradır. Yaradılan saytda reşə təhsili müəssisəsi və onun maddi-texniki bazası haqqında, orada hazırlanan peşələr və onların xarakteristikaları haqqında, sagird qəbulu qaydaları və bunun üçün tələb olunan sənədlərin siyahısı, karyeralarını qura bilmiş məzunlar haqqında və s. bu kimi məlumatları orada yerləşdirməklə təhsil müəssisəsinin cəmiyyətdə nüfuz və hörmətini, ixtisaslı kadr hazırlığına sifarişlərin artırılması və məzunların işlə təmini işini yaxşılaşdırmaq olar. Bu istiqamətdə Qərb ölkələrinin təcrübəsini öyrənmək məqsədəuyğundur. Belə ki, Türkiyədə Milli Təhsil Nazirliyinin saytında yaradılmış xüsusi "e-məzun" səhifəsində məzunlar özləri haqqında, müxtəlif təşkilatlar vakant iş yerləri barədə məlumatları yerləşdirirlər. Beləliklə, bu sayt məzunların işlə təmin olunmasında və onların bir-biri ilə əlaqə  saxlamasında mühüm rol oynayaraq, iqtisadi və sosial məsələlərin həllinə yardımçı olur.

Yaradılacaq saytda şagird, məzun və digər istifadəçilər üçün açıq forumlar, virtual qəbul saatları təşkil etməklə onların rroblemlərini orerativ həll etmək, təklif və düşüncələrini bilməklə reşə təhsili müəssisəsinin işini əmək bazarının tələblərinə uyğun daha çevik şəkildə qurmağa imkan verəcəkdir.

Tədris-istehsalat emalatxanasında, təlim təsərrüfatında istehsal olunan məhsulların satış sərgisini həmin saytda yerləşdirməklə müəssisənin büdcədənkənar vəsaitinin artırılmasını təmin etmək olar.

Valideynlər övladlarının identifikasiya kodunu yığmaqla muvafiq saytdan onların dərsə davamiyyəti və müvəffəqiyyəti haqqında informasiyanı operativ əldə edə bilərlər. Bununla da keyfiyyətli kadr hazırlığında əsas şərtlərdən biri sayılan təhsil müəssisəsi və valideynin birgə fəaliyyətini təmin etmiş olarıq.

İKT-nin tədris prosesinə inteqrasiyası şagirdlərin ev tapşırıqlarının, buraxılış işlərinin müdafiəsinin və s. təqdimatlar şəklində hazırlanmasını tədricən adi hala cevirəcək,  onların gələcək peşə fəaliyyəti zamanı müxtəlif şəraitdə kompüter texnologiyasından sərbəst istifadə etmək vərdişlərini aşılamış olacaqdır.

Dövlət Proqramının həyata keçirilməsi ölkənin texniki peşə təhsili sisteminin müasir İKT avadanlıqları ilə təmin olunmasına yönəlib. Beləliklə, texniki peşə təhsili sahəsində informasiya və kommunikasiya texnologiyalarından istifadə, İnternet şəbəkəsinə qoşulma, məsafədən təhsilin təşkili, informasiya şəbəkəsinin yaradılması təmin olunacaq və peşə təhsili sahəsi üçün müəllim hazırlığına münasibət dəyişərək, onlarda informasiya mədəniyyətinin formalaşdırılmasına istiqamətlənəcəkdir. Butun bunlar mütərəqqi texnologiyalarda işləməyi, kompüter texnikasından sərbəst istifadə etməyi bacaran yüksək ixtisaslı kadrların hazırlanmasına zəmin yaradacaqdır.

İ.NADİROV,

Təhsil Nazirliyi Texniki

reşə təhsili şöbəsinin

bas məsləhətçisi