|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Qanlı Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti Azərbaycan
Prezidenti İlham Əliyev şəhidlərin əziz
xatirəsini yad etmişdir 1990-cı
il yanvarın 20-si Azərbaycanın müasir tarixinə
ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın
qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Doğma
yurdunun, xalqının azadlığını, şərəf
və ləyaqətini hər şeydən uca tutan
vətənpərvər Azərbaycan oğulları
həmin müdhiş gecədə canlarından keçərək
şəhidlik zirvəsinə ucalmışlar. Sovet qoşunlarının
Azərbaycanda törətdiyi qanlı qırğından 19
il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli
günlərin ağrı-acısını unutmur, öz
vətəndaşlarına divan tutan sovet imperiyasının
o vaxtkı rəhbərlərinə və onların
Azərbaycandakı nökərlərinə dərin
nifrətini bildirir. Riyakar Mixail Qorbaçov başda olmaqla Sovet
İttifaqı rəhbərliyinin Azərbaycana qarşı
qərəzli siyasətinə, tarixi torpaqlarımıza
iddia edən erməni millətçilərinin açıq-aşkar
dəstəklənməsinə və o zamankı respublika
rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz
əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə
qarşı sovet ordusunun iri hərbi birləşmələrinin
yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş
faciəyə gətirib çıxardı, böyük
itkilərlə, günahsız insanların ölümü ilə
nəticələndi. Respublikanın o vaxtkı
qeyrətsiz, kölə psixologiyalı rəhbərlərinin
isə bu faciədən sonra da yenə də xalqla bir olmağa
cəsarəti çatmadı və onlar sovet
rəhbərliyinin ətəyindən əllərini çəkmədilər.
Onların əksinə olaraq, həmin vaxt Moskvada yaşayan
xalqımızın dahi oğlu Heydər Əliyev
xəstəliyinə baxmayaraq, faciənin ertəsi günü
Azərbaycanın daimi nümayəndəliyinə
gələrək Qanlı Yanvar qırğınını
törədənləri pisləyən kəskin bəyanatla
çıxış etdi, xalqımızın başına
gətirilən müsibəti dünyaya çatdırdı. Bununla
da ulu öndərimiz cəsarətini, mərdliyini, xalqının
sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Lakin ermənilərin fitvası ilə törədilmiş
bu cinayət Azərbaycan xalqının iradəsini qıra,
azadlıq eşqini söndürə bilmədi. Xalqımız
qanı bahasına da olsa istəyinə - azadlıq və
müstəqilliyinə nail oldu və bu nailiyyəti heç vaxt
əlindən verməyəcəkdir. Sovet İttifaqının süqutundan və dövlət
müstəqilliyinin bərpa edilməsindən sonra
Azərbaycan rəhbərləri xalqımıza qarşı
törədilmiş bu ağır cinayətin fərqinə
varmadılar, onların başları hakimiyyət uğrunda
mübarizəyə qarışdı, həmin cinayətin törədilməsinin
məsuliyyətindən qaçmaqla vəzifələrini bitmiş
hesab etdilər. Yalnız Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin ölkə rəhbərliyinə
ikinci dəfə qayıdışından sonra, 1994-cü
ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət
verildi və cinayəti törədənlərin adları
ictimaiyyətə çatdırıldı. Müstəqil Azərbaycan dövləti, onun
rəhbərliyi bütün tariximizə,
mədəniyyətimizə,
adət-ənənələrimizə olduğu kimi, 1918-ci
ilin mart, 1990-cı ilin 20 Yanvar, 1992-ci ilin Xocalı qırğınları
kimi faciəli tarixlərin anılmasına da xüsusi
həssaslıqla yanaşır və bununla bağlı müvafiq
tədbirlər görür. Azərbaycan Prezidenti İlham Əliyevin
sərəncamı ilə Şəhidlər xiyabanında
əsaslı yenidənqurma və təmir işlərinin
görülməsi bunu bir daha təsdiqləyir. Azərbaycan xalqı hər il 20 Yanvar
faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla
yad edir. Yanvar faciəsinin on doqquzuncu ildönümü
ilə əlaqədar Prezidentin Administrasiyası
tərəfindən bu il də geniş tədbirlər
planı hazırlanmış, respublikanın bütün şəhər
və rayonlarında anma mərasimləri keçirilmişdir.
çünki şəhidlər ölməzdir, bu ölməzlik müstəqilliyimizdə,
birliyimizdə yaşayır. *** Yanvarın 20-də səhər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və xanımı Mehriban Əliyeva Qanlı Yanvar
faciəsində həlak olanların əziz xatirəsini
yad etmək üçün Şəhidlər xiyabanına
gəldilər. Prezident İlham Əliyev "Əbədi
məşəl" abidəsi önünə əklil qoydu. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi
hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət
himni səsləndi. Dövlət və hökumət rəsmiləri,
respublikamızdakı dini icmaların başçıları,
xarici ölkələrin Bakıdakı səfirləri,
beynəlxalq təşkilatların nümayəndələri
də şəhidlərin əziz xatirəsini yad
etməyə gəlmişdilər. *** Şəhidlər xiyabanının
ziyarət olunması mərasimində Baş nazir Artur
Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Baş
nazirin və parlament sədrinin müavinləri iştirak
edirdilər. AzərTAc
|