· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Xalq yazıçısı Anarla görüş

Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Rzayevlə anadan olmasının 70 illik yubileyi münasibəti ilə görüş keçirildi. ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov hörmətli yazıçını və tədbir iştirakçılarını salamladıqdan sonra bildirdi ki, həqiqi insan, parlaq şəxsiyyət, gözəl sənətkar olan Anar Rzayev respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən ziyalılarımızdan biridir. O, 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edir. 1998-ci ildə "Xalq yazıçısı" fəxri adına layiq görülüb. Elə həmin ildə də ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə müstəqil respublikamızın ən ali mükafatı olan "İstiqlal" ordeni ilə təltif edilib. Professor Y.Məmmədov çıxışının sonunda rəhbərlik etdiyi ADPU-nun kollektivi adından yubilyara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayaraq tər çiçək dəstəsi və xatirə hədiyyəsi təqdim etdi.

Sonra söz universitetin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilova verildi. O, Anar Rzayevin həyat və yaradıcılığı barədə geniş çıxış etdi. Universitetin müəllimləri, şair Oqtay Rza "Anara məktub" şeirini, professor Həsən Mirzəyev isə yazıçıya ürək sözlərini söylədilər.

çıxışlardan sonra universitetin tələbələri yazıçının qələm məhsulu olan "Beşmərtəbəli evin altıncı mərtəbəsi","Keçən ilin son gecəsi", "Ağ liman", "Mən, sən, o və telefon", "Adamın adamı", "Otel otağı", "Anlamaq dərdi" və s. əsərlərindən parçalar göstərdilər, şeirlərindən nümunələr söylədilər.

Sonra yazıçı ilə birbaşa dialoq da tələbələr tərəfindən böyük maraqla qarşılandı. 

ƏDALƏT