· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində mətbuat konfransı

Martın 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində paytaxtın təhsil müəssisələrində  fevral ayı ərzində görülmüş işlərə həsr olunmuş mətbuat konfransı keçirildi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva rəhbərlik etdiyi idarənin  başa vurduğumuz fevral ayında fəaliyyət istiqamətlərindən, həyata keçirilmiş  tədbirlərdən söz açaraq, bu haqda media nümayəndələrinə geniş məlumat verdi.

ümumtəhsil məktəblərinin onbirinci sinif şagirdləri arasında mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən ikinci sınaq imtahanına toxunan N.Rzaquliyeva  həmin istiqamətdə Bakı şəhərinin ümumtəhsil məktəblərində görülən tədbirlərdən, əldə olunan nəticələrdən danışdı.Qeyd etdi ki, Təhsil Nazirliyinin rəsmi İnternet saytında şagirdlər kodlarını daxil etməklə öz cavab kartlarının nəticələri ilə tanış olduqdan sonra  həmin məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsində geniş təhlil,araşdırma işləri aparılıb. Məlum olub ki, Bakı şəhər məktəblərinin onbirinci sinif şagirdləri  ilk sınaqdan fərqli olaraq bu dəfə 62,42 faiz nəticə əldə ediblər.

Paytaxt rayonlarının göstəricilərinə toxunan Nailə xanım onların hər biri haqqında jurnalistlərə məlumat verdi. O, daha sonra  Bakının ümumtəhsil müəssisələrinin IV sinif şagirdləri arasında aparılan sınaq yoxlamalarından danışdı. 31 minə yaxın IV sinif şagirdinin iki fəndən-ana dili və riyaziyyatdan sınaq yoxlamalarına cəlb olunduğunu dedi.

Nailə xanım həyata keçirilən tədbirlərdən danışarkən  "Biz Heydər Əliyev irsini öyrənirik"   mövzusunda müsabiqəyə də artıq start verildiyini söylədi.Bildirdi ki, müsabiqə müxtəlif nominasiyalar üzrə keçirilir.İnşa müsabiqəsinin son mərhələsi martın 15-də Bakıdakı 23 nömrəli məktəbdə olacaq.Müsabiqəyə isə 6 may 2008-ci ildə yekun vurulacaq.Bütün bunlar və digər məsələlər barəsində konfransda geniş açıqlama verən Nailə Rzaquliyeva sonda jurnalistləri maraqlandıran suallara da cavablar  verdi.

 

Samirə KƏRİMOVA