· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

İstedadlı uşaq və gəncləri tanıyaq və tanıdaq!

Elməddinin də adı "Qızıl kitab"a yazıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin V sinif şagirdi  Elməddin İbrahimovun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına yazıldı.

Elməddin Samux rayonu İnstitut qəsəbəsində fəhlə ailəsində anadan olub. O, beşinci sinfə qədər həmin qəsəbənin orta məktəbində oxumuş, bu ildən isə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin  Dostları Fondunun təşəbbüsü ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təhsilini davam etdirməyə başlamışdır.

Müasir Təhsil Kompleksinin tədris hissə müdiri Nasim Abışov söhbətində bildirdi ki, Elməddin məktəbdə V sinifdə oxumaqla bərabər, kompleksin nəzdində fəaliyyət göstərən Musiqi məktəbinin muğam şöbəsinin III sinfində oxuyur. Ona respublikanın xalq artisti Mənsum İbrahimov dərs keçir. Elməddin musiqi sənətinə yiyələnməklə yanaşı, rus və ingilis dilləri,  idman fənlərinə də çox böyük maraq göstərir.

Biz də Elməddini adının Azərbaycanın  gənc istedadlarının "Qızıl kitab"ına yazılması münasibətilə təbrik edir, ona gələcək sənət yollarında böyük uğurlar arzulayırıq.

Şakir CƏFƏROV