|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə |
Qafqaz Universitetində növbəti seminar Aprelin 23-də Qafqaz Universitetinin 2007-2008-ci
tədris ilində təşkil etdiyi aylıq seminarlar
silsiləsinin növbəti məşğələsi keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə
həsr edilmiş seminarın məruzəçisi
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
millət vəkili, əməkdar elm xadimi, Bakı Dövlət
Universitetinin rektoru, professor Abel Məhərrəmov idi. Seminar işinə başlamazdan öncə iştirakçılar
məruzəçinin bioqrafiyası ilə tanış
edildilər. Sonra Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç
qısa açılış nitqi söylədi. çıxışında
böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin
Azərbaycan xalqı və dövləti qarşısındakı
tarixi xidmətlərindən söz açan Ahmet bəy 90-cı
illərdə onun yerinə yetirdiyi xilaskarlıq missiyasını
M.K.Atatürkün, 20-ci illərdəki xilaskarlıq missiyası
ilə müqayisə etdi, hər iki lideri türk dünyasının
böyük şəxsiyyəti kimi səciyyələndirdi.
Rektor Heydər Əliyevin 85 illik yubileyinin ölkəmizdə
geniş miqyasda və təntənə ilə qeyd olunmasını
ulu öndərə ümumxalq məhəbbəti kimi
dəyərləndirdi. A.Saniç BDU-nun rektoru, millət
vəkili, akademik A.Məhərrəmovu
universitetlərində görmələrindən məmnun
olduğunu vurğulayaraq son illər BDU ilə Qafqaz
Universiteti arasında işgüzar əlaqələr yarandığını
diqqətə çatdırdı. Sonra hər iki rektor əlaqələri daha
da möhkəmləndirmək və inkişaf etdirmək
üçün BDU ilə Qafqaz Universiteti arasında əməkdaşlıq
haqqında müqavilə imzaladılar. Seminarda professor A.Məhərrəmov
"Xalqımızın ümummilli lideri Heydər Əliyev
- Azərbaycan elminin və təhsilinin böyük qayğıkeşi"
mövzusunda geniş məruzə etdi. Məruzədə
Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu
30 ildən artıq müddət ərzində ölkəmizin
inkişafı naminə gördüyü işlər, təhsil
sahəsində atılan addımlar geniş təhlil
olundu. Məhz Heydər Əliyevin yeritdiyi uğurlu
siyasət nəticəsində hələ ötən
əsrin 70-80-ci illərində Azərbaycanın SSRİ
məkanında aqrar ölkədən sənaye ölkəsinə
çevrildiyi vurğulandı. Böyük öndərin milli kadrların
hazırlanması, intellektual bazanın, insan kapitalının
yaradılması istiqamətində gördüyü misilsiz işlər,
təhsilə, təhsil işçilərinə göstərdiyi
gündəlik diqqət və qayğı yüksək
qiymətləndirildi. Məruzəçi böyük öndərin siyasi
kursunun, əsasını qoyduğu böyük işlərin bu
gün onun layiqli varisi, ölkə Prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini
diqqətə çatdırdı. Seminarın sonunda A.Məhərrəmov
tələbələrin çoxsaylı suallarını
cavablandırdı. Qonağa universitetin plaketi təqdim
olundu. Oral ƏLİYEV, çelebi
öZGüR, BDU-nun jurnalistika fakültəsinin IV kurs
tələbələri
|