· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə


B.e ç.a ç. C.a C. Ş. B.
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30        
 

 

Müəllim elə bir şəxsiyyətdir ki, o hansı şəraitdə olur-olsun, birinci növbədə, şərəfli müəllim adını yüksək saxlamalıdır... Bizim həyatımızda müəllimlik ən hörmətli peşədir. Müəllim cəmiyyətimizdə görkəmli yer tutur. Müəllimə hamı hörmət edir və hörmət etməlidir. çünki sizi də və keçmişdə bizi də həyata hazırlayan, böyüdən və bu günlərə çıxaran müəllimlər olubdur. Mən öz müəllimlərimə daim minnətdar olmuşam, bu gün də minnətdaram... Azərbaycan müəlliminin bir məqsədi, bir amalı olmalıdır: Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək... Orta məktəbdə, ali məktəbdə hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır.

Heydər ƏLİYEV

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

 

Prezident İlham Əliyev Füzuli və Biləsuvar rayonlarındakı iki təhsil müəssisəsində olub

 

Zobucuq qəsəbəsində orta məktəb binasının açılışı

Aprelin 18-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun vəsaiti hesabına Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbəsində olmuşdur.

Sonra qəsəbədəki 27 nömrəli orta məktəbə gələn Prezident İlham Əliyevi muğam üçlüyünün ifasında Bəhram Nəsibovun "Qarabağ" mahnısı ilə qarşıladılar.

İkimərtəbəli məktəb binasında 15 sinif otağı vardır. Burada "Qalaqayın" qəsəbəsindən köçürülmüş ailələrdən olan 360 şagird təhsil alır. Məktəbdə "Qan yaddaşı", "Milli qəhrəmanlar", habelə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya həsr olunmuş xüsusi guşələr vardır.

Milli Kurrikulum əsasında dərslik komplektlərinin hazırlanmasına həsr olunan müşavirə

Aprelin 18-də Təhsil Nazirliyində nazir Misir Mərdanovun iştirakı ilə respublikanın ümumtəhsil məktəblərinin I sinifləri üçün 2008-2009-cu dərs ilinə Milli Kurrikulum əsasında dərslik komplektlərinin hazırlanması ilə bağlı görülən işlərə həsr olunmuş müşavirə keçirildi.

Tədbirdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin şöbə müdirləri, Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri, ekspertlər və respublikadakı bir sıra nəşriyyatların direktorları iştirak edirdilər.

Türkiyənin yeni səfiri Təhsil Nazirliyində

Aprelin 18-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri cənab Hulusi Qılıncı qəbul etdi.

 

Misir Mərdanov Azərbaycana səfir təyin olunduqdan sonra Təhsil Nazirliyinə ilk dəfə gələn hörmətli qonağı səmimi salamladı və onunla burada görüşməsindən məmnun olduğunu  bildirdi. Nazir cənab səfirin Azərbaycanda çalışdığı müddətdə iki qardaş ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrini daha yüksək səviyyəyə qaldıracağına ümid etdiyini dedi.

Azərbaycan Milli Elmlər Akademiyasında Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbirdə təhsil naziri cənab Misir Mərdanovun çıxışı

Hörmətli konfrans iştirakçıları!

Hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə elm və təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olmuşdur. Bütün dövrlərdə cəmiyyətin tələbatı elmin və təhsilin inkişafını sürətləndirmiş, elmi-texniki tərəqqi isə təhsil sistemi qarşısında həlli vacib daha mürəkkəb vəzifələr qoymuşdur.

Nazir müsabiqə iştirakçıları ilə görüşdü

"Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsində 208 müəllim iştirak edəcək

Aprelin 21-də Təhsil Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsinin ikinci mərhələsinin iştirakçıları ilə müşavirə keçirildi. Tədbirdə nazirliyin  məsul işçiləri, müvafiq şöbələrin və struktur bölmələrinin, ictimai qurumların rəhbərləri və müsabiqə iştirakçılarının sınaq dərsi keçəcəkləri məktəblərin nümayəndələri iştirak edirdilər.

Müşavirəni açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamladı və müsabiqənin ikinci mərhələsinə buraxılmaları münasibətilə müəllimləri təbrik etdi.

Misir Mərdanov "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" mükafatlarının təsis edilməsinin ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan təhsilinə, bütövlükdə təhsil işçilərinə müntəzəm diqqət və qayğısının yeni bir təzahürü olduğunu vurğuladı.

Yeni dərsliklər necə olmalıdır?

Azərbaycan strateji istiqamətləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi tərəqqi yolu ilə inamla addımlayaraq ilbəil böyük nailiyyətlər qazanır, müstəqil ölkə kimi dinamik inkişaf edir. Bu mənada təhsil sahəsi də istisna deyildir. Hazırda köklü islahatlar aparılan ölkəmiz müasir dünyanın şəxsiyyətyönümlü təhsil sferasına daxil olmaq, tələbatlara uyğun inteqrativ məzmun, ən yeni təlim strategiyaları, qiymətləndirmə mexanizmləri, demokratik idarəetmə sistemi işləyib hazırlamaq üçün ənənəvi və mütərəqqi dünya texnologiyalarından yaradıcılıqla istifadə edir.

Xüsusən də yeni tədris resurslarının yaradılması üzrə islahatyönümlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Onların içərisində dərsliklərin hazırlanmasına prioritet istiqamətlərdən biri kimi yanaşılır. Təsadüfi deyil ki, İslahat Proqramında təlim və tərbiyənin məzmununun təkmilləşdirilməsi işinin mühüm amili kimi "dövlət təhsil standartlarına uyğun tədris proqramı və ... dərsliklərin hazırlanması" (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Azərbaycanın təhsil siyasəti (1998-2004), I kitab. Bakı, "Təhsil", 2005) vacib vəzifə olaraq qarşıya qoyulur.

İcbari ümumi təhsil: problemlər, vəzifələr

 

(Əvvəli qəzetimizin 13-14-cü saylarında)

 

ölkəmizdə təhsil sahəsində islahat Proqramına uyğun olaraq artıq 3-cü ildir ki, Təhsil Nazirliyi Dünya Bankı ilə birlikdə bir şəhər, iki kənd rayonunda (Əli Bayramlı, İsmayıllı, Ucar) məktəb şəbəkəsinin səmərəli qurulması ilə bağlı eksperiment aparır. Göründüyü kimi, eksperiment həm şəhəri, həm dağ, həm də aran rayonunu əhatə edir. Güman edirik ki, beynəlxalq təcrübəyə əsaslanan bu eksperimentin nəticələri məktəblərin hər bir şəhərdə, rayonda daha məqsədəuyğun yerləşdirilməsinə, məktəb şəbəkəsinin daha təkmil, daha səmərəli qurulmasına imkan verəcəkdir.

Mövcud sənədlərdə qeyd edilir ki, kənd rayonlarında məktəb şəbəkəsi qurularkən məktəblər arasındakı məsafə üç km və üçdən çox olduqda uşaqların nəqliyyatla daşınması təşkil edilməlidir. Uzun illərin müşahidəsi göstərdi ki, bütün dərs ili boyu üç km-lik məsafəni gedib-gəlmək, xüsusilə ibtidai məktəblərin məzunu olan uşaqların sağlamlığına mənfi təsir edir.

Ulu öndərin 85 illiyinə həsr olunmuş futbol çempionatı

Aprelin 18-də "Şəfa" stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş universitet tələbələri arasında futbol üzrə I respublika çempionatının açılış mərasimi keçirildi.

Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyası Assosiasiyasının birgə təşkil etdikləri yarışda 32 komanda iştirak edir. Bayram əhval-ruhiyyəsi ilə stadiona toplaşan tələbələr maraqlı açılış mərasiminin şahidi oldular. öncə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək bildirdi ki, ölkəmizdə futbolun inkişafı, kütləviliyinin artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarına uyğun olaraq AFFA tərəfindən müxtəlif layihələr gerçəkləşdirilir.

"Mədəniyyətlərarası təhsil və dini müxtəliflik"

Aprelin 24-də "Abşeron" mehmanxanasının iclas salonunda Təhsil Nazirliyi və Avropa Şurasının birgə layihəsi əsasında milli konfrans keçirildi.

Konfransın açılış mərasimində təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək öncə qonaqları salamladı. Avropa Şurasının ekspertlərini iştirakçılara təqdim edən nazir müavini mövzunun əhəmiyyəti haqqında məlumat verdi və qeyd etdi ki, məhz Avropa Şurasının 2008-ci ili "Mədəniyyətlərarası dialoq ili" elan etməsi dediklərimizə sübutdur.

Son illər dini dözümlülük leksikonumuza daxil olsa da, əslində min illərdir ki, xalqımız dini dözümlülük şəraitində yaşayır.

Fikrini iştirakçıların nəzərinə çatdıran nazir müavini qeyd etdi ki, Azərbaycanda heç vaxt millətlər və dinlər arasında problem olmamış, əksinə, digər məzhəb sahiblərinə hörmətlə yanaşılmışdır.

Həmişə ürəklərdə yaşayan yazıçı, alim, pedaqoq

Azərbaycan Dillər Universitetində keçirilən yubiley tədbirində görkəmli sənətkar belə xatırlandı

 

Xalqı dünyada tanıdan fiziki-təbii, maddi və mənəvi dəyərləridir. Bunların sırasında ədəbiyyat və incəsənət nümunələri, sərhədsiz mənəvi dəyərlər öz kütləviliyi, universallığı və obrazlı-estetik məzmunu və təsir gücü ilə seçilir. Tarixi minilliklərlə ölçülən Azərbaycan ədəbiyyatı bütün dövr və mərhələlərdə yaranmış söz inciləri ilə dünya ədəbiyyatını zənginləşdirmiş, dünya xalqlarının dillərinə tərcümə olunaraq ədəbi-mədəni əlaqələr üçün araşdırma mövzusuna çevrilmişdir.

YUNESKO-nun Azərbaycan ədəbiyyatı və mədəniyyəti nümayəndələrinin yubileylərini görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına daxil etməsi bu fikrin təsdiqidir. YUNESKO-nun həmin proqramı çərçivəsində 2008-2009-cu illərdə Mir Cəlal Paşayevin 100 illik yubileyinin keçirilməsi qərara alınmışdır.

Aprelin 27-də onbirinciləri sonuncu sınaq gözləyir

Buraxılış imtahanlarını mərkəzləşdirilmiş qaydada verəcək XI sinif şagirdləri iki gündən sonra sonuncu yoxlama imtahanında öz qüvvələrini sınayacaqlar. Sayca üçüncü olacaq bu yoxlama imtahanına nə kimi hazırlıq işləri aparılıb? Hansı yeniliklər edilib? Həmin suallarla Təhsil Nazirliyi Şagird  nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi müdirinin müavini Təranə Hacıyevaya müraciət etdik.

 

T.Hacıyeva bildirdi ki, aprelin 27-də keçiriləcək mərkəzləşdirilmiş yoxlama imtahanlarına nəzarətçi qismində cəlb edilən müəllimlərlə təlimati işlər aparılıb. Bu məqsədlə həm Bakı şəhərində, həm də rayonlarda treninqlər təşkil olunub. Mətbuatda məlumat verildiyi kimi, Bakı şəhərində həmin treninqlər aprelin 5 və 12-də şənbə günləri keçirilib. ötən həftə isə analoji treninqlər Gəncə, Mingəçevir, Sumqayıt, Əli Bayramlı şəhərlərində, İmişli, İsmayıllı, Ucar rayonlarında  təşkil olunub.

Fəaliyyəti dayandırılmış "Loğman" tibb məktəbinin direktoru hökumət qərarına məhəl qoymaq istəmir...

O, bu günə kimi qeyri-qanuni qəbul etdiyi "275 tələbənin təhsil haqqını köz kimi geri qaytarmışam", - deyir

 

Söhbət Təhsil Nazirliyinin bu günlər qeyri-qanuni fəaliyyət göstərən təhsil müəssisələrində başladığı reyddən gedir. Nazirlik əməkdaşlarının KİV nümayəndələri ilə birlikdə ilk reydi "Loğman" Respublika Təsərrüfat Hesablı Tibb Məktəbindən başlandı. Nazirlər Kabinetinin bu məktəbin qeydiyyatını hələ keçən ildən ləğv etməsinə baxmayaraq, təhsil müəssisəsində dərslər keçilirdi. Nazirliyin əməkdaşlarını ümumi işlər üzrə direktor müavini Nizami Abdullayev qarşıladı. Bütün cəhdlərə, təkidlərə baxmayaraq, müavin heç kimi auditoriyalara buraxmayacağını bildirdi. Bundan sonra müəssisənin direktoru Rəmziyyə Abdullayeva ilə təcili telefon əlaqəsi yarandı.

Qafqaz Universitetində növbəti seminar

Aprelin 23-də Qafqaz Universitetinin 2007-2008-ci tədris ilində təşkil etdiyi aylıq seminarlar silsiləsinin növbəti məşğələsi keçirilmişdir. Ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş seminarın məruzəçisi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, millət vəkili, əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmov idi.

Seminar işinə başlamazdan öncə iştirakçılar məruzəçinin bioqrafiyası ilə tanış edildilər. Sonra Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç qısa açılış nitqi söylədi. çıxışında böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən söz açan Ahmet bəy 90-cı illərdə onun yerinə yetirdiyi xilaskarlıq missiyasını M.K.Atatürkün, 20-ci illərdəki xilaskarlıq missiyası ilə müqayisə etdi, hər iki lideri türk dünyasının böyük şəxsiyyəti kimi səciyyələndirdi. Rektor Heydər Əliyevin 85 illik yubileyinin ölkəmizdə geniş miqyasda və təntənə ilə qeyd olunmasını ulu öndərə ümumxalq məhəbbəti kimi dəyərləndirdi. A.Saniç BDU-nun rektoru, millət vəkili, akademik A.Məhərrəmovu universitetlərində görmələrindən məmnun olduğunu vurğulayaraq son illər BDU ilə Qafqaz Universiteti arasında işgüzar əlaqələr yarandığını diqqətə çatdırdı.