· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Naxçıvan MR Təhsil Nazirliyinə*, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə nazirlik tabeliyindəki ümumtəhsil müəssisələrinə

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamını rəhbər tutaraq 2008-2009-cu dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanmışdır. Bununla əlaqədar Təhsil Nazirliyi üzrə 20 oktyabr 2008-ci il tarixli, 1154 nömrəli əmrlə Təşkilat Komitəsi yaradılmış, daxil olan sənədlərin ekspertizasını aparan işçi qrupları təşkil edilmişdir.

Bildiririk ki, müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu 2008-ci il dekabrın 10-dan başlanıb 2009-cu il fevralın 1-dək yekunlaşdırılacaqdır**. Müsabiqədə iştirak etmək istəyənlər tərəfindən Təşkilat Komitəsinə aşağıdakı sənədlər təqdim olunmalıdır:

 

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi üzrə

 

1. Müsabiqədə iştirakla bağlı məktəb direktoru və məktəb həmkarlar təşkilatı sədrinin təhsil şöbəsində (idarəsində) qeydiyyata alınmış birgə ərizəsi (forma əlavə edilir) əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin və TİAHİ rayon təşkilatı  sədrinin həmin məktəbin müsabiqədə iştirakının irəli sürülməsi haqqında Təşkilat Komitəsinə birgə təqdimatı (forma əlavə olunur)***.

2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə məktəbin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur).

3. Şərtlərlə əlaqədar məktəbin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri (məktəbin direktoru tərəfindən təsdiq edilir).

4. Son 3 ildə məktəbdə təhsil və əmək qanunvericiliyinə, təhlükəsizlik və sanitar tələblərə əməl olunması vəziyyəti barədə məktəb direktorunun arayışı (yerli həmkarlar təşkilatının rəsmi sənədləri əsasında yazılır və həmin sənədlərin kserosurətləri əlavə olunur).

5. Məktəbin fəaliyyəti haqqında R(Ş)TŞ(İ) müdirinin qısa arayışı.

2, 3, 4 və 5-ci bəndlərdə göstərilən tələblərə riayət edilməklə məktəb direktoru və məktəb həmkarlar təşkilatının sədri müsabiqədə iştirak üçün Təşkilat Komitəsinə birbaşa da müraciət edə bilər.

 

"Ən yaxşı müəllim" müsabiqəsi üzrə****

 

1. Müsabiqədə iştirak etmək istəməsi barədə müəllimin Təşkilat Komitəsinə ərizəsi***** (forma əlavə olunur).

2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə müəllimin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur).

3. Şərtlərlə əlaqədar müəllimin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri (məktəb direktoru tərəfindən təsdiq edilir).

4. Müəllim haqqında məktəb direktoru və məktəb həmkarlar təşkilatı  sədrinin  qısa  xasiyyətnaməsi.

*  Naxçıvan MR-də müsabiqələr bilavasitə muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən təşkil olunur.      

** Müəyyən olunmuş müddətdən sonra Təşkilat Komitəsinə daxil olan sənədlər qəbul edilməyəcəkdir.

*** Rayon (şəhər) tabeliyi olmayan ümumi təhsil müəssisələrinin direktorları Təşkilat Komitəsinə birbaşa müraciət edirlər.

**** Əsas iş yeri ümumtəhsil məktəbi olan və müəllim işləyənlər (Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alan müəllimlər, habelə direktor, direktor müavinləri və məktəb psixoloqları istisna olunmaqla) iştirak edə bilərlər.

***** Ərizə elektron poçt vasitəsi ilə də göndərilə bilər

([email protected]).

Müvafiq sənədlər (formalar) rayon (şəhər) təhsil şöbələrinə göndərilmişdir.

 

Təşkilat Komitəsi