· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

  

Gürcüstanda Heydər Əliyev adına Humanitar Universitet açılıb

Bu günlər Gürcüstanın Marneuli şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan Gürcüstan-Azərbaycan Humanitar Universitetinin açılışı olub. Bu ali təhsil müəssisəsinin yaradılmasında məqsəd Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycan məktəbi üçün müxtəlif ixtisaslar üzrə müəllim kadrları hazırlamaqdan ibarətdir.

 

Son məlumatlara görə, Gürcüstandakı Azərbaycan məktəblərində 35 min şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə cəmi 4 min müəllim məşğul olur. Daha 800 müxtəlif ixtisaslı müəllimə ehtiyac var. Həmin bu kadr çatışmazlığının aradan qaldırılmasında yeni açılmış universitetin mühüm rol oynayacağı şəksizdir.

Universitetin rektoru Novruz Bayramovun mətbuat üçün verdiyi məlumata görə, həmin ali təhsil müəssisəsinə bu il 80 tələbə qəbul olunub. Göründüyü kimi, bu, çox azdır. Gələcəkdə tələbələrin sayını artırmaq üçün yeni beşmərtəbəli binanın tikilməsinə böyük ehtiyac var. Eyni zamanda universitetin auditoriyalarını kompüterləşdirmək və digər tədris avadanlıqları ilə təmin etmək üçün müəyyən qədər maliyyə vəsaiti tələb olunur.

Novruz müəllimin sözlərinə görə, bu problemlər həll olunsa, Gürcüstandakı Azərbaycan məktəblərində müəllim kadrlara olan ehtiyac qısa zamanda ödənilə bilər. Rektor onu da qeyd etmişdir ki, bəzi ali məktəblərdən fərqli olaraq Heydər Əliyev adına Humanitar Universitetin diplomları dünyanın bir çox ölkələrində tanınacaqdır.

 

ƏDALƏT