· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Yeni məktəblərimiz

Cəlilabad şəhərindəki akademik Zərifə Əliyeva adına 7 nömrəli orta məktəbin binası 2007-ci ilin sentyabrında istifadəyə verilib. Heydər Əliyev Fondu hesabına inşa edilmiş 1100 şagird yerlik 4-mərtəbəli təhsil ocağında 78 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter otaqları, Heydər Əliyev adına elektron kitabxana, akt və idman zalları, kitabxana, yeməkxana, emalatxana və tibb otağı vardır. Məktəbdə modul tipli müasir istilik sistemi quraşdırılıb.

Təhsil müəssisəsinin ərazisində müəllim və şagirdlərin mədəni istirahəti üçün 4 ədəd kölgəlik tikilib, həyətyanı sahə abadlaşdırılıb. Məktəbin qarşısında Zərifə Əliyevanın büstü qoyulub.

Fazil İDRİSOĞLU