· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Professor Kamal Abdullayevin 190 nömrəli məktəbdə "açıq dərs"i

ötən nömrələrimizdə xəbər verdiyimiz kimi, Bakıdakı 190 nömrəli orta məktəbdə 2008-ci ilin aprelində Bakı Slavyan Universitetinin "Ali və orta təhsilin koordinasiyası" adlı baza kafedrası yaradılmışdır. Bu təşəbbüs BSU-nun rektoru, AMEA-nın müxbir üzvi, professor Kamal Abdullayev tərəfindən irəli sürülmüşdür.

 

Baza kafedrasının yaradılmasında əsas məqsəd ali və orta məktəb arasında elm, tədris, metodik və s. əlaqələrin güclənməsi, müvafiq elm sahələri üzrə müştərək elmi tədqiqatların aparılması, orta məktəb müəllimlərinin və şagirdlərinin BSU-nun elmi, metodik və mədəni həyatına cəlb edilməsi, universitetin Humanitar Liseyi ilə 190 nömrəli orta məktəbin şagirdlərinin peşəyönümü işinin, şagird konfranslarının, elm-mədəni tədbirlərin müştərək keçirilməsi, universitetin professor-müəllim heyətinin orta məktəbdə dərslərin aparılmasına, məsləhətlərin verilməsinə və s. cəlb edilməsindən ibarətdir.

Bu kafedranın üzvləri məktəbin və universitetin müəllimlərindən ibarətdir.

BSU bu məktəbdə və universitetin özündə tez-tez müştərək tədbirlər keçirir.

Yanvarın 29-da BSU-nun rektoru, professor Kamal Abdullayevin məktəbin IX-X sinif şagirdlərinə "Kitabi-Dədə Qorqud" dastanları və dünya ədəbiyyatı" mövzusunda dediyi dərs, həmin müştərək tədbirlərdən biri idi. Rektor dərs zamanı fərqlənən şagirdlərə özünün də məzunu olduğu 190 nömrəli məktəbə həsr etdiyi kitabını hədiyyə etdi.

 

ƏDALƏT