· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrası barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını elan edirəm:

 

Azərbaycan Respublikasının  Nazirlər  Kabineti

 

Qərar N 8

Bakı şəhəri, 12 yanvar 2009-cu il

 

"Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"nın təsdiq edilməsi haqqında

 

"Azərbaycan Respublikası ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 yanvar tarixli 2643 nömrəli sərəncamının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRARA ALIR:

1. "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı" təsdiq edilsin (əlavə olunur).

3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının siyahısı" təsdiq edilsin (əlavə olunur).

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A.RASİZADƏ,

Azərbaycan Respublikasının

Baş naziri.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı

 

1. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı"nın 2.5-ci sütunları çıxarılsın.

2. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar 4 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 17 may 82 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N5, maddə 331) 1-ci bəndinin ikinci abzası çıxarılsın.

3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli və "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar 4 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 iyun tarixli 119 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N6, maddə 440) 2-ci bəndinin ikinci abzası çıxarılsın.

4. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar 4 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 yanvar tarixli 8 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N1, maddə 87) 1-ci bəndinin ikinci abzası çıxarılsın.

5. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 aprel tarixli 75 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, N4, maddə 389) 1-ci bəndinin ikinci abzası çıxarılsın.

6. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-ci il 8 aprel tarixli 102 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, N4, maddə 372) 1-ci bəndi çıxarılsın.

7. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 mart tarixli 56 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, N3, maddə 311)  1-ci bəndi çıxarılsın.

8. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" 1997-ci il 9 yanvar 4 nömrəli və "Magistr proqramlarının siyahısı haqqında" 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 10 may tarixli 72 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, N5, maddə 542) 1-ci bəndi çıxarılsın.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının siyahısı

 

1. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar 4 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 16 fevral tarixli 32 nömrəli qərarı (Azərbaycan Respublikasının  Qanunvericilik  Toplusu,  1998-ci  il,  N2,  maddə 129).

2. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar 4 nömrəli qərarına əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 noyabr tarixli 198 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N11, maddə 819).

3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı"na əlavə edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 aprel tarixli 58 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N4, (II kitab), maddə 202).

4. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar 4 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 19 mart tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, N3, maddə 170).

5. "Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar 4 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 aprel tarixli 40 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, N4, maddə 289).

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"nın təsdiq edilməsi barədə qərarının icrasını təmin etmək məqsədilə

ƏMR EDİRƏM:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"nın təsdiq edilməsi barədə 12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarı nəzərə alınsın və işdə rəhbər tutulsun.

2. Təhsil Nazirliyi Aparatının rəhbərinə (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili (İ.Mustafayev), İqtisadiyyat (H.Zeynalov) şöbələrinə və ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

- respublikanın ali məktəblərinin mütəxəssis hazırlığının strukturunu ali təhsilin bakalavr pilləsi üzrə ixtisasların (proqramların) siyahısına uyğunlaşdırsınlar;

- 2009-cu il üçün ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulu planının layihəsini yeni təsnifata uyğun müəyyənləşdirsinlər.

3. Aparatın rəhbəri (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) nazirliyin digər aidiyyəti struktur bölmələri ilə birgə ali təhsil müəssisələrinin mütəxəssislərini cəlb etməklə 01 iyun 2009-cu il tarixədək yeni ixtisaslar (proqramlar) üzrə Dövlət Təhsil Standartlarının hazırlanmasını təmin etsinlər.

4. Aparatın rəhbəri (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev), İqtisadiyyat şöbəsi (H.Zeynalov) bu əmrdən irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

26 yanvar 2009-cu il

 

 

 

 

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı

 

1.Təhsil ixtisasları qrupu

050101            Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

050102            Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

050103            Xarici dil müəllimliyi (dillər üzrə)

050104            Fizika müəllimliyi

050105            Riyaziyyat və informatika müəllimliyi

050106            Riyaziyyat müəllimliyi

050107            Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)

050108            Texnologiya müəllimliyi

050109            Musiqi müəllimliyi

050110            Biologiya müəllimliyi

050111            Kimya müəllimliyi

050112            Kimya və biologiya müəllimliyi

050113            Tarix müəllimliyi

050114            Tarix və coğrafiya müəllimliyi

050115            Coğrafiya müəllimliyi

050116            İnformatika müəllimliyi

050117            Təsviri incəsənət müəllimliyi

050118            İbtidai sinif müəllimliyi

050119            Korreksiyaedici təlim

050120            Məktəbəqədər təlim və tərbiyə

050121            Təhsildə sosial-psixoloji xidmət

 

2. Humanitar və sosial ixtisaslar qrupu

 

050201            Filologiya

050202            Fəlsəfə

050203            Tərcümə (dillər üzrə)

050204            Jurnalistika

050205            Kitabşünaslıq

050206            Tarix

050207            Antropologiya

050208            Politologiya

050209            Psixologiya

050210            Sosiologiya

050211            Regionşünaslıq (regionlar üzrə)

050212            Hüquqşünaslıq

050213            Beynəlxalq münasibətlər

050214            Dinşünaslıq

050215            Kitabxanaçılıq və informasiya 

3. Mədəniyyət və incəsənət ixtisasları qrupu

 

050301            Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

050302            Sənətşünaslıq

050303            İnstrumental ifaçılıq

050304            Solo oxuma

050305            Dirijorluq

050306            Bəstəkarlıq

050307            Musiqişünaslıq

050308            Xoreoqrafiya sənəti

050309            Estrada sənəti

050310            Xalq çalğı alətləri ifaçılığı

050311            Aktyor sənəti

050312            Dekorativ sənət

050313            Teatrşünaslıq

050314            Bədii yaradıcılıq və ekran dramaturgiyası

050315            Rejissorluq

050316            Kinoşünaslıq

050317            Operator sənəti

050318            Rəngkarlıq

050319            Qrafika

050320            Heykəltəraşlıq

050321            Dizayn

4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu

 

050401            Dünya iqtisadiyyatı

050402            Mühasibat uçotu və audit

050403            Maliyyə

050404            İqtisadiyyat

050405            Sənayenin təşkili və idarəolunması

050406            Statistika

050407            Menecment

050408            Marketinq

050409            Biznesin idarəedilməsi

050410            Dövlət və bələdiyyə idarəetməsi

050411            Kommersiya

 

5.Təbiət ixtisasları qrupu

 

050501            Riyaziyyat

050502            Mexanika

050503            Fizika

050504            Kimya

050505            Biologiya

050506            Coğrafiya

050507            Hidrometeorologiya

050508            Geologiya

050509            Kompüter elmləri

050510            Ekologiya

 

6. Texniki və texnoloji ixtisaslar qrupu

 

050601            Materialşünaslıq mühəndisliyi

050602            Geologiya mühəndisliyi

050603            Hidrogeologiya mühəndisliyi

050604            Geofizika mühəndisliyi

050605            Dağ-mədən mühəndisliyi

050606            Neft-qaz mühəndisliyi

050607            Neft-qaz qurğuları mühəndisliyi

050608            Elektroenergetika mühəndisliyi

050609            İstilik energetikası mühəndisliyi

050610            Enerji maşınqayırması mühəndisliyi

050611            Metallurgiya mühəndisliyi

050612            Maşın mühəndisliyi

050613            Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi

050614            Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi

050615            Hava nəqliyyatının hərəkətinin idarəolunması mühəndisliyi

050616            Uçuş mühəndisliyi

050617            Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi

050618            Dəniz texnikası və texnologiyası mühəndisliyi

050619            Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi

050620            Gəmiçilik və gəmilərin hərəkətinin idarəedilməsi

050621            Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi

050622            Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

050623            Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

050624            Cihazqayırma mühəndisliyi

050625            Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

050626            Elektrik mühəndisliyi

050627            Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

050628            Proseslərin avtomatlaşdırılması mühəndisliyi

050629            Mexatronika və robototexnika mühəndisliyi

050630            Mexanika mühəndisliyi

050631            Kompüter mühəndisliyi

050632            İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

050633            Memarlıq

050634            İnşaat mühəndisliyi

050635            Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi

050636            Nəqliyyat tikintisi mühəndisliyi

050637            Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

050638            Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi

050639            Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

050640            Geodeziya və xəritəçilik mühəndisliyi              

050641            Kimya mühəndisliyi

050642            Qida məhsulları mühəndisliyi

050643            çoxişlənən malların texnologiyası mühəndisliyi

050644            İstehlak mallarının ekspertizası və marketinqi

050645            Poliqrafiya mühəndisliyi

050646            Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi

050647            Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi

050648            Biotibbi texnologiya mühəndisliyi

050649            Ekologiya mühəndisliyi

 

7.Kənd təsərrüfatı ixtisasları qrupu

 

050701            Torpaqşünaslıq və aqrokimya

050702            Aqronomluq

050703            Zootexniklik

050704            Baytarlıq

050705            Yer quruluşu, torpaq və şəhər kadastrı

050706            Aqromühəndislik

050707            Balıqçılıq və balıqçılıq təsərrüfatı işi

050708            Meşəçilik

050709            Su bioehtiyatları və akvabitkilər

 

8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu

 

050801            Müalicə işi

050802            Pediatriya

050803            Hərbi həkim işi

050804            Tibbi profilaktika

050805            Stomatologiya

050806            Əczaçılıq

050807            Həkim yardımçısı

050808            Tibbi biologiya

050809            Bədən tərbiyəsi və idman

050810            Turizm və otelçilik

050811            Nəqliyyat servisi (nəqliyyat növləri üzrə)

050812            Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi

050813            Sosial iş