· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Xocalı soyqırımının on yeddinci ildönümünün keçirilməsi barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xocalı soyqırımının on yeddinci  ildönümünün təhsil müəssisələrində qeyd olunması məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Xocalı soyqırımının on yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil  Nazirliyinin tədbirlər planı təsdiq edilsin.

2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, texniki peşə təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının  icrasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4.  Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsın.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

16 fevral 2009-cu il

 

 

 

 

 

 

Mehdi Hüseynin 100 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin "Mehdi Hüseynin 100 illik yubileyinin keçirilməsi haqqında" 2009-cu il 6 fevral tarixli 127 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətər göstərmiş yazıçı Mehdi Hüseynin 100 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin.

2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, texniki peşə təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planını "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.

4. ümumi şöbə (İ.Mirzəyev) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsın.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

19 fevral 2009-cu il

 

 

 

 

 

 

Azərbaycan Respublikası

Təhsil Nazirliyi

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar

İttifaqı Respublika Komitəsi

 

QƏRAR

Bakı şəhəri                                                                                                   "30"   yanvar  2009-cu il

 

ümummilli lider Heydər Əliyevin anadan olmasının

86-cı ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin

bədii yaradıcılıq festivalının keçirilməsi barədə

 

 

 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli mənəvi dəyərlərimizə xüsusi diqqəti və ona böyük önəm verməsi ölkəmizdə milli özünüdərk prosesinin uğurla getməsinə geniş rəvac vermişdir. Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında əbədi liderimiz Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri olmuşdur. 10 may 2009-cu ildə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü tamam olur. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti ulu öndərin anadan olmasının 86-cı ildönümü münasibətilə və onun xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli  adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda musiqi sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə

Qərara alır:

1. ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə  həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilsin.

2. Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.

3. Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı 2009-cu ilin mart-aprel aylarında keçirilsin.

4. 2009-cu ilin may ayının 2-də festival qaliblərinin yekun konserti keçirilsin.

5. Bədii yaradıcılıq festivalının Əsasnaməsi, Təşkilat Komitəsi  və Münsiflər Heyəti üzvlərinin siyahısı təsdiq edilsin.

6. Respublika Təşkilat Komitəsi, ali təhsil müəssisələrinin rəhbərləri, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri:

- bu qərarla təsdiq edilmiş "Əsasnamə"nin şərtlərinə uyğun olaraq festivalın keçirilməsini;

- festivalın ali məktəb və respublika üzrə qaliblərinin yekun konsertlərinin ölkənin televiziya kanallarından birində işıqlandırılmasını təmin etsinlər.

7. Bədii yaradıcılıq festivalının keçirilməsi ilə bağlı tərəflər öz üzərinə götürür:

7.1. Təhsil Nazirliyi

- Festivalda 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülənlərə hədiyyələrin alınmasını;

7.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi

- Diplomların, dəvətnamələrin hazırlanmasını;

- Münsiflər heyətinin (5 nəfər) hər bir üzvü üçün 200 AZN məbləğində pul mükafatının ayrılmasını;

- Festival qaliblərinin yekun konsertinin keçirilməsi üçün Azərbaycan Dövlət Musiqili Komediya Teatrının icarəyə götürülməsini.

8. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi qərar və əlavələrin "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

9. Tərəflər festivalın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.

10. Qərarın icrasına nəzarət nazir müavini E.Qasımova və sədr müavini Ş.Əsgərova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

Səttar MEHBALIYEV,

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar

İttifaqı Respublika Komitəsinin sədri