· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Müsabiqə qalibləri mükafatlandırıldı

Bir neçə ildir ki, təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı gənc idmançıları, məşqçi-müəllimləri aşkar etmək və rəğbətləndirmək məqsədilə ayrı-ayrı nominasiyalar üzrə respublika müsabiqələri təşkil olunur.

Təhsil naziri Misir Mərdanovun "Respublika müsabiqəsinin keçirilməsi haqqında" 4 dekabr 2008-ci il tarixli əmri ilə ötən ilin sonlarında keçirilən növbəti müsabiqəyə artıq yekun vurulmuş, qaliblərin adları müəyyən edilmiş və nazirin "Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması haqqında" 16 fevral 2009-cu il tarixli əmri olmuşdur.

Fevralın 17-də Təhsil Nazirliyində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Nazirliyin məsul işçilərinin, müvafiq şöbə və struktur bölmə rəhbərlərinin, millət vəkillərinin, müsabiqə qaliblərinin, bir sıra uşaq idman məktəbinin və KİV nümayəndələrinin iştirak etdiyi mərasimi açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamladı və dəvəti qəbul etdikləri üçün qonaqlara öz təşəkkürünü bildirdi. ölkəmizdə idmanın inkişafına daim ciddi fikir verildiyini qeyd edən təhsil naziri bu sahəyə göstərilən diqqət və qayğının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu dedi. Misir Mərdanov sovet dövründə, daha sonra isə müstəqillik illərində qazanılan nailiyyətlərin məhz onun xidmətləri sayəsində mümkün olduğunu, son 5 ildə isə bu işin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlət başçısı, eyni zamanda Milli Olimpiya Komitəsinin rəhbəri kimi regionlarda olimpiya mərkəzlərinin yaradılmasında, idmanın müxtəlif sahələrinin inkişafında onun rolunun danılmaz olduğunu diqqətə çatdırdı. O, qeyd etdi ki, Azərbaycanın dünya ölkələri arasında tanınmasında beynəlxalq idman hərəkatı ilə müqayisə ediləcək digər bir sahə tapmaq qeyri-mümkündür. Buna görə də Təhsil Nazirliyi olaraq mövcud imkanlardan daha artıq yararlanmaq, ölkənin müvafiq qurumları, xüsusən Azərbaycan Respubikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə yaradılmış əlaqələri davam və inkişaf etdirmək, digər təşkilatlarla da əməkdaşlıq əlaqələrinin qurulmasına çalışmaq zəruridir.

Daha sonra keçirilən müsabiqə haqqında danışan Misir Mərdanov məlumat verdi ki, ümumiyyətlə Təhsil Nazirliyi sistemində 157 idman məktəbi fəaliyyət göstərir. Onlardan 84-ü Uşaq-Gənclər İdman Məktəbi, 8- İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 62-si Uşaq-Gənclər Şahmat Məktəbi, 3-ü İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbidir. 157 idman məktəbində 27 idman növü üzrə 421 bölmədə 100511 uşaq, yeniyetmə və gənc məşğul olur. Bu məktəblərdə 4876 nəfər məşqçi-müəllim işləyir ki, onlardan 2913 nəfəri ixtisaslı, 444-ü isə müxtəlif kateqoriyalı məşqçi-müəllimdir.

Qeyd olunan müsabiqədə 148 idman məktəbi iştirak edib. Onlardan 81-i Uşaq-Gənclər İdman Məktəbi, 8-i İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 56-sı Uşaq-Gənclər Şahmat Məktəbi, 3-ü isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi olub. Müsabiqədə hər nominasiya üzrə I, II və III yerlər olmaqla münsiflər heyəti tərəfindən 18 qalib müəyyənləşdirilib.

Sonra nazir müxtəlif nominasiyalar üzrə VI respublika müsabiqəsinin qaliblərini mərasim iştirakçılarına təqdim etdi.

 

"İlin ən yaxşı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları 

Uşaq-Gənclər İdman Məktəbi" nominasiyası üzrə

I yer - "Təhsil" Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

II yer - "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

III yer - Bakı Şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi.

 

"İlin ən yaxşı Uşaq-Gənclər

İdman Məktəbi" nominasiyası üzrə

I yer - Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Məktəbi

II yer - Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbi

III yer - Bakı Şəhər 19 nömrəli Uşaq-Gənclər İdman Məktəbi.

 

"İlin ən yaxşı Uşaq-Gənclər

Şahmat Məktəbi" nominasiyası üzrə

 

I yer - Bakı Şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbi

II yer - "Təhsil" Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi

III yer - Quba Rayon Uşaq-Gənclər Şahmat Məktəbi

 

"İlin ən yaxşı idmançısı" nominasiyası üzrə

I yer - Əhmədov Sərxan Rauf oğlu, Bakı Şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

II yer - Sultanova Dilarə Sahib qızı, Bakı Şəhər 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi

III yer - Bəkirov Roman Mehman oğlu, Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbi.

 

"İlin ən yaxşı şahmatçısı" nominasiyası üzrə

 

I yer - Məmmədzadə Günay Vüqar qızı, Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbi

II yer - Kazımova Nərmin Nizami qızı, Bakı Şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbi

III yer - Sadıxov ülvi Ramin oğlu, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi.

 

"İlin ən yaxşı məşqçi-müəllimi" nominasiyası üzrə

I yer - Həsənov Rəşad Rəhim oğlu, Bakı Şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin cüdo bölməsinin məşqçi-müəllimi

II yer - Bədəlov Qırxlar Şamil oğlu, Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləş bölməsinin məşqçi-müəllimi

III yer - Ağalarov Vüqar Yusif oğlu, Bakı Şəhər 8 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin boks bölməsinin məşqçi-müəllimi.

 

Nazir qalibləri təbrik edərək onlara ən xoş arzularını bildirdi. Qaliblərə diplom və hədiyyələr təqdim olundu.

Misir Mərdanov təhsil sistemində şahmat sahəsinin inkişafında xüsusi xidmətləri olan "Təhsil" İdman Mərkəzinin direktor müavini İbrahim Məmmədovu 50 illik yubileyi münasibətilə təbrik və "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif etdi.

Azərbaycanda idmanın inkişafında əhəmiyyətli rolu olan müəssisələr, cəmiyyət və təşkilatların rəhbərlərinə təşəkkürünü bildirən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qalibləri təbrik etdi və onlara gələcəkdə yeni-yeni nailiyyətlər arzuladı.

 

Hicran ƏKBƏROVA