|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
A.M.Paşayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycanda elmin və təhsilin inkişafında
böyük xidmətlərinə görə Arif Mir Cəlal oğlu
Paşayev "Şərəf" ordeni ilə təltif
edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2009-cu il
B.M.Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi xalq şairi Bəxtiyar Mahmud oğlu
Vahabzadənin xatirəsini əbədiləşdirmək
məqsədi ilə qərara alıram: 1. Bakı Şəhər İcra
Hakimiyyəti Bakı şəhərində küçələrdən
birinə Bəxtiyar Vahabzadənin adının
verilməsini və Bəxtiyar Vahabzadənin yaşadığı
binaya (İstiqlaliyyət küçəsi, 9) xatirə lövhəsinin
vurulmasını təmin etsin. 2. Şəki Şəhər İcra
Hakimiyyəti Şəki şəhərində küçələrdən
birinə Bəxtiyar Vahabzadənin adının
verilməsini və Şəki şəhərində
Bəxtiyar Vahabzadənin büstünün ucaldılmasını
təmin etsin. 3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti: 3.1. təhsil sistemində filologiya ixtisası
üzrə təhsil alan tələbələr üçün
Bəxtiyar Vahabzadə adına təqaüdün təsis
edilməsini təmin etsin; 3.2. Şəki şəhərinin orta
məktəblərindən birinə Bəxtiyar
Vahabzadənin adının verilməsini təmin etsin; 3.3. bu Sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2009-cu
il Y.M.Mahmudovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı Azərbaycanda tarix elminin tədqiqi və
tədrisində böyük xidmətlərinə görə Yaqub
Mikayıl oğlu Mahmudov "Şərəf" ordeni
ilə təltif edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2009-cu
il Z.M.Yusifzadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında milli təhlükəsizlik
sahəsi üzrə kadrların yetişdirilməsində
xidmətlərinə görə Ziya Məmmədiyyə oğlu
Yusifzadə "Şöhrət" ordeni ilə təltif
edilsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2009-cu
il "2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə bağlı tədbirlər planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"2009-cu ilin "Uşaq ili" elan
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 22 dekabr tarixli 103 nömrəli
Sərəncamının icrasını təmin etmək
məqsədi ilə qərara alıram: 1. "2009-cu ilin "Uşaq ili"
elan edilməsi ilə bağlı Tədbirlər planı"
təsdiq edilsin. 2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin. 3. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 fevral 2009-cu
il *** Azərbaycan Respublikası Prezidentinin 2009-cu
il 18 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş
"2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə
bağlı Tədbirlər planı"nda Azərbaycan uşaqları
haqqında məlumat bankının və İnternet saytının,
xüsusi portalın yaradılması, müasir ailə
modelinə dair müvafiq tövsiyələrin hazırlanması,
respublika uşaq yaradıcılıq festivalının,
habelə Beynəlxalq Bakı uşaq rəsm müsabiqəsinin
və "Şərq-Qərb" beynəlxalq uşaq
rəqs festivalının keçirilməsi, eləcə
də BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyası
ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi,
uşaqların intellektual inkişafına, onların
vətənpərvərlik, milli mənəvi
dəyərlərin qorunması və tolerantlıq ruhunda
tərbiyə edilməsinə yönəldilmiş müxtəlif
tədbirlərin təşkil edilməsi, xaricdə yaşayan
azərbaycanlı uşaqlara ana dilinin öyrədilməsi
istiqamətində tədbirlərin həyata keçirilməsi,
"Uşaq ili" ilə bağlı yeni teatr tamaşalarının
hazırlanması, dövlət uşaq müəssisələrində
tamaşaların və konsert proqramlarının təşkili
nəzərdə tutulur. Tədbirlər planına əsasən,
"Uşaq ili" çərçivəsində uşaqların
sağlamlığı və təhsili ilə bağlı
uşaq müəssisələrində kütləvi tibbi müayinələr
aparılacaq, sağlamlaşdırıcı
tədbirlərin və sağlam həyat tərzinin
təbliğinə diqqət yetiriləcək, uşaqlarda
yoluxucu xəstəliklərin immunprofilaktikası işinin
təkmilləşdirilməsi tədbirləri gücləndiriləcək,
irsi qan xəstəliklərinə düçar olmuş uşaqlar
üçün qanvermə aksiyaları keçiriləcək, sağlamlıq
imkanları məhdud uşaqların təhsili ilə bağlı
standartlar təkmilləşdiriləcəkdir. Tədbirlər planında müasir tipli ümumtəhsil
müəssisələri şəbəkəsinin genişləndirilməsi,
məktəbdənkənar təlim-tərbiyə müəssisələrinin
maddi-texniki bazasının müasir standartlara uyğun inkişaf
etdirilməsi və təkmilləşdirilməsi, uşaqlar
arasında intellektual yarışların keçirilməsi
və sair nəzərdə tutulmuşdur.
|