Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 Aprel 2010 - 14

 

"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında" mövzusunda konfrans

Bookmark and Share

Aprelin 10-da 1 nömrəli orta məktəbdə "Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında" mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunan konfrans keçirildi.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, respublikanın tanınmış alim və pedaqoqları, paytaxt məktəblərinin şagirdləri iştirak edirdilər.

Konfransı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə əlaqədar təhsil müəssisələrində silsilə tədbirlərin keçirilməsinin rəhbərlik etdiyi qurum tərəfindən daim diqqətdə saxlanıldığını söylədi. Qeyd etdi ki, son illər məktəblilər arasında müxtəlif mövzularda bilik yarışlarının, olimpiadaların, inşa, rəsm, plakat müsabiqələrinin, baxış-sərgilərin, idman yarışlarının keçirilməsi artıq bir ənənəyə çevrilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyət planına əsasən cari dərs ilində də bu istiqamətdə xeyli işlər görülüb. Həyata keçirilən tədbirlər haqqında geniş məlumat verən Nailə Rzaquliyeva bugünkü konfransın da növbəti tədbirlərdən biri olduğunu dedi. Bildirdi ki, konfransda şagirdlər  13 bölmə üzrə ayrı-ayrı fənlər, o cümlədən Azərbaycan tarixinin müxtəlif dövrləri, respublikamızın beynəlxalq aləmdə mövqeyi, onun siyasi-iqtisadi, sosial-mədəni həyatı, görkəmli tarixi şəxsiyyətləri, ədəbiyyat, incəsənət xadimləri, cəmiyyətdə gənclərin rolu, dünya dövlətləri, ekoloji problemlər və digər məsələlərlə bağlı hazırladıqları yaradıcılıq işlərinin təqdimatını edəcəklər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tədbirin keçirilməsində əsas məqsədin xüsusi istedada və yaradıcılığa malik şagirdləri aşkar etmək, bu istiqamətdə aparılacaq işlərin səmərəli yollarını müəyyənləşdirmək, forma, məzmun və innovasiya fəaliyyəti baxımından daha da təkmilləşdirməkdən ibarət olduğunu dedi.

Çıxışının sonunda Nailə Rzaquliyeva konfransda iştirak edən şagirdlərə uğurlar dilədi.

Sonra çıxış üçün söz  təhsil naziri Misir Mərdanova verildi. Nazir  iştirakçıları salamlayaraq onları bu  konfransda görməyindən məmnunluq hissi keçirdiyini bildirdi. Müstəqil  Azərbaycan dövlətinin banisi və  qurucusu  ümummilli liderimiz Heydər Əliyevin hər zaman təhsilə, gənclərə xüsusi diqqət və qayğı göstərməsindən danışan nazir hazırda onun layiqli davamçısı, ölkə Prezidenti  cənab İlham Əliyev tərəfindən də bu məsələlərə həssaslıqla yanaşıldığını qeyd etdi. Ölkə başçısı cənab İlham Əliyevin  elmin, təhsilin inkişafı, istedadlı gənclərin aşkar edilməsi istiqamətində gördüyü işləri yüksək dəyərləndirən nazir bu haqda ətraflı söz açdı. Qeyd olundu ki, ölkə başçısı tərəfindən təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" çərçivəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəmizin orta ümumtəhsil məktəblərində kifayət qədər istedadlı və qabiliyyətli uşaqların olduğunu deyən təhsil naziri Misir Mərdanov onlarla aparılan işlərin davamlı olacağını qeyd etdi.

İstedadlı və bacarıqlı uşaqların üzə çıxarılmasında, onların yaradıcılıq potensialının inkişaf etdirilməsində belə tədbirlərin müstəsna rolundan danışan nazir bütövlükdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətini də müsbət qiymətləndirdi. Konfrans iştirakçılarına bir sıra tövsiyələr verən təhsil naziri Misir Mərdanov sonda şagirdlərə müvəffəqiyyətlər arzuladı.

Konfransda iştirak edən millət vəkili Məlahət İbrahimqızı son illər ölkə təhsilinin, elminin uğurla inkişaf etdiyini, bu sahədə müsbət nəticələrin əldə olunduğunu bildirdi. Millət vəkili ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açdı.

Sonra konfrans öz işini bölmələrdə davam etdirdi. Paytaxtın 110 məktəbindən 180-ə qədər şagird 13 bölmə üzrə  müxtəlif mövzularda  hazırladıqları məruzə və təqdimatları etmək üçün xüsusi ayrılmış sinif otaqlarına getdi.

Bölmələr üzrə müəyyənləşdirilmiş ayrı-ayrı sinif otaqlarında olan  nazir Misir Mərdanov məktəblilərin hazırlıq səviyyəsi ilə maraqlandı,  onlara  nailiyyətlər  arzu etdi. 

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
16 Aprel 2010 - 14
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
İnşa müsabiqəsinin yekun mərhələsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Yaponiya hökuməti azərbaycanlı tələbələrə təqaüd ayıracaq
 
"Mən fransızca danışıram" müsabiqəsinin birinci seçmə turu keçirilib
 
Türkiyənin ölkəmizdəki səfiri Bakı Dövlət Universitetində olub
 
Koreya Respublikasının təhsil ocağında Azərbaycana həsr olunmuş tədbir
 
Moskva Dövlət Universitetində gənclərin "Lomonosov-2010" elmi forumu açılıb
 
Şərurda uşaq bağçası istifadəyə verilib
 
Azərbaycan Dillər Universitetində bədii yaradıcılıq festivalı
 
Auditoriyadan sınaq meydanına
 
İnformatika üzrə olimpiadanın birinci mərhələsi başa çatdı
 
Qambiya Respublikası ölkəmizlə təhsil sahəsində əlaqələr yaradılmasında maraqlıdır Aprelin 13-də təhsil naziri Misir Mərdanov Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyində görüş
 
Nazir Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının rəhbərliyini cəzalandırdı
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında" mövzusunda konfrans
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq sərgisi keçirildi
 
ABU-da elmi-praktik konfrans
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan məktəbi doğru yoldadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ilə söhbət
 
ADPU-nun pedaqoji fakültəsinin yarıməsrlik salnaməsindən
 
Respublika fənn olimpiadaları qaliblərinin siyahısı
 
"İngilis dilini öyrənirik" mövzusunda "açıq dərs"
 
Həmyerlimizə Avropa Təbiət Elmləri Akademiyasının akademiki adı verilib
 
"Mənim ömür nəğmələrim"
 
"İstedadlı şagirdlərin üzə çıxarılmasında müəllimlərin rolu"
 
Dünya universirtetləri: Şimal-Qərb Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov