Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 Aprel 2010 - 14

 

"Mənim ömür nəğmələrim"

Bookmark and Share

Bir nəğmə səslənirdi. Bu nəğməni dinlədikcə insan  sanki körpə olur, özünü  qayğısız bir dünyada hiss edirdi. Bu, Oqtay Zülfüqarovun uşaqlar ücün bəstələdiyi mahnı idi. Mahnının ifaçısı elə gözəl oxuyurdu ki, uşaqlar ona diqqətlə qulaq asırdılar. O, ömrünün  45 ilini bax beləcə qayğısını çəkdiyi körpələrə gözəl nəğmələr öyrətməklə keçirmişdir.

Haqqında söhbət açacağımız insan Bakıdakı 38 nömrəli uşaq bağçasının musiqi müəllimi Zemfira Nuriyevadır. O, 1940-cı ildə Bakı şəhərində anadan olub.

1965-ci ildə orta musiqi məktəbini bitirərək 38 nömrəli bağçada fəaliyyətə başlamışdır. Z.Nuriyeva respublikanın müxtəlif rayonlarında olmuş, məktəbəqədər təlim-tərbiyə proqramı üzrə  musiqi müəllimlərinə mühazirələr söyləyib, seminarlar keçirmişdir. O, təhsildə göstərdiyi xidmətinə görə müxtəlif fəxri fərman və diplomlarla mükafatlandırılmışdır.

Zemfira müəllim 45 illik təcrübəsi olmasına baxmayaraq, həmişə axtarışda olur, yeni təlim metodlarından istifadə etməyə çalışır.

Bütün varlığı ilə uşaqlara bağlı olan Z.Nuriyeva  xalq və bəstəkar mahnılarımızı onlara sevə-sevə öyrədərək milli ruhun formalaşmasına, vətənpərvərlik hissinin aşılanmasına xidmət edir. O həm də elə mahnılar seçir ki, uşaqlar onu asanlıqla mənimsəyir, yaddaşlarına  həkk edirlər. 

Z.Nuriyevanın dediklərindən:

- Mənim nə qədər ömrüm varsa, hamısını uşaqlarla keçirmək istərdim. Bu günlərdə 70 yaşım tamam olur. Ömrümün 45 ilini burada keçirmişəm və bununla fəxr edirəm. Fəxr edirəm ona görə ki, bu uzun illər ərzində, az da olsa, uşaqlara nəsə öyrədə bilmişəm. Musiqi aləmində ilk addımını atmağa kömək etdiyim Fidan Hacıyeva İtaliyada opera səhnəsində oxuyanda sevincimin həddi-hüdudu yox idi. Hazırda bağçamızın yetirmələrindən Musiqi Akademiyasında və orta ixtisas musiqi məktəblərində təhsil alanlar da var. Onlar tez-tez mənimlə əlaqə saxlayır və bizi unutmurlar.

Biz müəllimlər çalışmalıyıq ki, uşaqlar həyata açıq gözlə baxsınlar və haqqı, ədaləti hər şeydən üstün tutsunlar. Hər bir uşağı öz xarakterinə görə tədricən müsbətə doğru tərbiyə etmək lazımdır. Allahdan arzum odur ki, Yer üzərində sülh olsun  və  bütün uşaqlar kimi mənim ömür nəğmələrim olan  nəvələrim də həmişə əmin-amanlıq, xoşbəxtlik içərisində yaşasınlar. Qoy onlar zəhmətsevər, qayğıkeş, Vətənini sevən şəxsiyyət olsunlar.

Bəli, biz də Zemfira müəllimə bu şərəfli, nəcib işində uğurlar arzulayaraq ona cansağlığı və uzun ömür diləyirik. 70 yaşınız mübarək.

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
16 Aprel 2010 - 14
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
İnşa müsabiqəsinin yekun mərhələsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Yaponiya hökuməti azərbaycanlı tələbələrə təqaüd ayıracaq
 
"Mən fransızca danışıram" müsabiqəsinin birinci seçmə turu keçirilib
 
Türkiyənin ölkəmizdəki səfiri Bakı Dövlət Universitetində olub
 
Koreya Respublikasının təhsil ocağında Azərbaycana həsr olunmuş tədbir
 
Moskva Dövlət Universitetində gənclərin "Lomonosov-2010" elmi forumu açılıb
 
Şərurda uşaq bağçası istifadəyə verilib
 
Azərbaycan Dillər Universitetində bədii yaradıcılıq festivalı
 
Auditoriyadan sınaq meydanına
 
İnformatika üzrə olimpiadanın birinci mərhələsi başa çatdı
 
Qambiya Respublikası ölkəmizlə təhsil sahəsində əlaqələr yaradılmasında maraqlıdır Aprelin 13-də təhsil naziri Misir Mərdanov Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyində görüş
 
Nazir Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının rəhbərliyini cəzalandırdı
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında" mövzusunda konfrans
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq sərgisi keçirildi
 
ABU-da elmi-praktik konfrans
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan məktəbi doğru yoldadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ilə söhbət
 
ADPU-nun pedaqoji fakültəsinin yarıməsrlik salnaməsindən
 
Respublika fənn olimpiadaları qaliblərinin siyahısı
 
"İngilis dilini öyrənirik" mövzusunda "açıq dərs"
 
Həmyerlimizə Avropa Təbiət Elmləri Akademiyasının akademiki adı verilib
 
"Mənim ömür nəğmələrim"
 
"İstedadlı şagirdlərin üzə çıxarılmasında müəllimlərin rolu"
 
Dünya universirtetləri: Şimal-Qərb Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov