Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 İyul 2010 - 27

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Eyvazov Qorxmaz Abış oğlu 

1967-ci il aprelin 1-də Laçın rayonunun Güləbird kəndində anadan olmuş, 1984-cü ildə kəndlərindəki orta məktəbi bitirmişdi. O, 1985-ci ildə ordu sıralarına çağırılmış, 1987-ci ildə xidmətini başa çatdıraraq vətənə dönmüşdü. 1992-ci ilin martında Laçın Rayon Polis İdarəsində işə qəbul edilmişdi. Q.Eyvazovun erməni faşistlərinə qarşı olan döyüş yolu elə doğma yurddan - Qazdərəsi, Suarası və Mazutlu kəndlərindən başlamışdı. Onun yüksək fəaliyyəti nəticəsində Qızartı dağı uğrunda gedən döyüşlərdə ermənilərin bir tankı ələ keçirilmişdi. 1992-ci il avqustun 4-də Qızartıda gedən döyüşdə Qorxmaz qolundan güllə yarası almışdı. O, sağalan kimi yenidən döyüş bölgəsinə qayıtmışdı. Füzuli rayonu ərazisində gedən döyüşdə və Horadiz əməliyyatı zamanı əsl igidlik göstərmişdi. Onu rota komandiri təyin etmişdilər.

Qorxmaz 1994-cü il fevralın 10-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə Eyvazov Qorxmaz Abış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Laçın rayonunun Güləbird kənd xəstəxanası onun adını daşıyır.      

Əkbərov Akif Abbas oğlu 

1952-ci il fevralın 2-də Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdu. 1969-cu ildə Beyləqan şəhər 1 nömrəli orta məktəbi bitirmişdi. 1970-ci ildə ordu sıralarında hərbi xidmətə çağırılmışdı. Akif 1974-cü ildə Beyləqan Rayon Polis Şöbəsində polis nəfəri kimi işə qəbul olmuşdu.

1991-ci il avqustun 5-də Akif Əkbərov da daxil olmaqla Beyləqan Rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun "Sarı yer" yaylağındakı mülki vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə həmin əraziyə ezam olunmuşdu. Onun bir arzusu, bir istəyi vardı. Təki doğma Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqları yağı düşmən tapdağından azad olsun.

A.Əkbərov 1991-ci il avqustun 12-də işğalçı ermənilərin "Sarı yer"ə hücumu zamanı təxminən 6 saat davam edən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladi var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-cı il tarixli 264 nömrəli Fərmanı ilə Əkbərov Akif Abbas oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Beyləqan rayonunda dəfn olunub. Büstü qoyulub. Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır. 

Əkbərov Rövşən Telman oğlu 

1965-ci il iyunun 4-də Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə paytaxtdakı 42 nömrəli orta məktəbdə səkkizinci sinfə kimi təhsil almış, 1979-cu ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olmuşdur. 1982-cı ildə təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. Az sonra o, Kiyev Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Rövşən gənc zabit kimi 1986-cı ildə təyinatla Zaqafqaziya Hərbi Dairəsi Komandanlığının sərəncamına göndərilmişdir. 1987-ci ildə xidmət etdiyi ordunun tərkibində Əfqanıstana göndərilmiş, 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönmüşdür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilmişdir. 1990-92-ci illərdə Beyləqan rayonunda hərbi komissarın köməkçisi, 1992-93-cü illərdə 777 nömrəli xüsusi təyinatlı əlahiddə hərbi hissənin tabor komandirinin müavini, 1993-95-ci illərdə motoatıcı alayın komandiri, 1995-97-ci illərdə motoatıcı briqadanın komandiri vəzifəsində çalışmışdır. 1997-ci ildə Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsi rəisinin müavini, 1998-ci ilin mayında Ordu korpusu komandiri vəzifəsinə təyin edilərək general-leytenant rütbəsinə kimi yüksəlmişdir. İki dəfə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişdir.

Ailəlidir.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 nömrəli Fərmanı ilə Əkbərov Rövşən Telman oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.  

Əliyev Vasili Əhməd oğlu 

1959-cu il yanvarın 15-də Qubadlı rayonunda anadan olmuşdu. 1976-cı ildə doğma kəndlərində orta təhsilini başa çatdırmış, 1977-ci ildə ordu sıralarına çağırılmışdı. V.Əliyev ordudan tərxis olunaraq, mühafizə bölməsində gözətçi, 1980-ci ildə isə rayon polis şöbəsində polis nəfəri kimi işə qəbul olunmuşdu.Nümunəvi xidmətinə görə DİN tərəfindən "Polis əlaçısı" döş nişanı ilə təltif edilmişdi. O, 1988-ci ildən başlayaraq mütəmadi olaraq döyüş bölgələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında xidmət göstərmişdi. 1989-cu ildə Qafan rayonunun Novruzlu kəndi yaxınlığında qurulmuş düşmən toplarının məhv edilməsində Vasilinin də böyük xidməti olmuşdu. Bu cəsur döyüşçü 1992-ci il oktyabrın 19-da Qaraqaya yüksəkliyi uğrunda gedən gərgin döyüşdə xüsusi rəşadət nümayiş etdirərək erməni təcavüzkarlarının xeyli canlı qüvvəsini məhv etmişdi. V.Əliyev elə bu döyüşdə də qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 nömrəli Fərmanı ilə Əliyev Vasili Əhməd oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qubadlı rayonundakı Şəhidlər xiyabanında dəfn olunub. Qubadlı rayon mədəniyyət evi və Diləli-Müskanlı kənd orta məktəbi onun adını daşıyır. 

Əliyev Etibar Böyükağa oğlu 

1955-ci il iyulun 11-də Lənkəran şəhərində anadan olmuşdu. Şəhər 5 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmiş, 1969-cu ildə 34 nömrəli texniki peşə məktəbində dülgərlik sənətinə yiyələnmişdi. O, 1973-cü ildə hərbi xidmətə çağırılmışdı. E.Əliyev 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa çatdırıb doğma yurda qayıtdıqdan sonra Lənkəran Şəhər Əhaliyə Məişət Xidməti İdarəsində əmək fəaliyyətinə başlamışdı. 1993-cü ilin avqustun 23-də "Talış-Muğan Respublikası" yaratmaq iddiası ilə çıxış edən Əlikram Hümbətov və onun kimi vətən xainlərinə, nankorlara qarşı bir vətənpərvər oğul kimi mübarizə aparmışdı.

E.Əliyev elə həmin mübarizədə əsl igidlik göstərərək həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 nömrəli Fərmanı ilə Əliyev Etibar Böyükağa oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Lənkəran şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Adına Lənkəran şəhərində küçə var. Şəhərin "23 avqust" meydanında büstü qoyulub. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

16 İyul 2010 - 27

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarı ilə təsdiq olunmuş �Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı�nın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq olunmuş � Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları�nın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
�Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların� siyahısı
 
Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları
 
Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
 
Heydər Əliyev Fondu Yunanıstan səfirliyi ilə birgə internat-məktəblərdə alternativ enerji mənbələrindən istifadə ilə bağlı layihə həyata keçirəcək
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 4200 müraciət daxil olub
 
Qars Universitetindəki Heydər Əliyev Tədris Mərkəzi gənc nəsillərin maariflənməsinə işıq salır
 
Azərbaycan məktəblilərinin növbəti uğuru
 
ARDNŞ ali təhsil müəssisələrinin tələbələrinə təqaüdlərin verilməsi üzrə növbəti müsabiqə elan edib
 
Birinci sinif müəllimləri üçün təlim kursları keçirilir
 
Vyana Dövlət Universitetinin professoru Volfqanq Vislozil Bakı Dövlət Universitetində mühazirə oxuyacaq
 
"Fəal təlim üsulları və kredit sistemində biliyin qiymətləndirilməsi" mövzusunda "dəyirmi masa"
 
Həsən bəy Zərdabi - xalq yaradıcılığının bilicisi
 
BDU-nun Elmi Şurasının iclası keçirilib
 
"Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimatı oldu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
"Əlvida, bağça, salam, məktəb"
 
Azərbaycanın Milli Qəhrəmanları
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov