Heydər Əliyev Fondu Xəzər rayonunun məktəbliləri
ilə "Ekologiya ili" çərçivəsində tədbir
keçirib. Xəzər sahilində 156, 230 və 237 nömrəli
məktəblərin şagirdləri arasında keçirilən
tədbirdə əvvəlcə onlarla ekologiyaya aid
söhbətlər aparılıb. Sonra 3 komandaya ayrılan
məktəblilər arasında bilik yarışı təşkil
edilib. Verilən suallara 156 nömrəli məktəbin
şagirdləri daha dolğun və düzgün cavablar
veriblər. Nəticədə 156 nömrəli məktəbin
şagirdləri I, 230 nömrəli məktəbin şagirdləri
II, 237 nömrəli məktəbin şagirdləri isə III
yeri tutublar. Qaliblərə qiymətli hədiyyələr
verilib.
Sifai SƏFƏROVA |