Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

18 Noyabr 2010 - 45

 

Bakı Slavyan Universitetində beynəlxalq forum keçirilib

Bookmark and Share

Noyabrın 9-10-da Bakıda "XXI əsrdə Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrində mədəniyyətlərin və dillərin dialoqu" mövzusunda VI Beynəlxalq forum keçirilib. Forum MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Moskva Dövlət Linqvistik Universiteti  (MDLU) və Bakı Slavyan Universiteti (BSU) tərəfindən təşkil olunmuşdur.

Müstəqil Dövlətlər Birliyinin 20 illik yubileyinə və MDB ölkələrinin dil və mədəniyyətlər üzrə Baza Təşkilatının yaradılmasının 10 illiyinə həsr olunmuş tədbir plenar və sessiya iclasları şəraitində keçib.

Bu forum MDB və ŞƏT ölkələri humanitar mühitinin siyasi, hüquqi, iqtisadi, sosial və mədəni aspektləri, çoxdilli humanitar mühitində dillərin və mədəniyyətlərin dialoqu; rus dili millətlərarası ünsiyyət vasitəsi kimi; ədəbi tərcümələr - mədəniyyətlər və dillər arasında qarşılıqlı təsir vasitəsi kimi; dini təhsil - MDB və ŞƏT ölkələrinin dünyəvi və dini tədris müəssisələri arasında dialoq vasitəsi kimi məsələlərin müzakirəsinə həsr olunub.

Noyabrın 9-da BSU-da forumun açılışı olub. Mərasimdə MDLU-nun rektoru, professor İ.İ.Xalayeva, MDB-nin İcra Komitəsinin sədri S.N.Lebedev, MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət və İnformasiya Daimi Komissiyasının katibi K.A.Pşenko, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı N.Məhəməliyev, Azərbaycan Respublikası təhsil nazirinin müavini İ.Hüseynova, Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor N.P.Baranova, Kiyev Milli Linqvistik Universitetinin rektoru, professor R.V.Vasko və başqaları çıxış ediblər. Çıxışlarda xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə keçirilən forumun əhəmiyyətindən söz açılıb.

Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor K.Abdullayev çıxış edərək BSU-nun belə bir möhtəşəm tədbirə ev sahibliyi etdiyindən məmnunluğunu bildirib. Qeyd edib ki, Bakı Slavyan Universiteti Azərbaycanda rus, slavyan və Avropa mədəniyyəti ocağı kimi Rusiyanın və digər MDB ölkələrinin elmi-mədəni mərkəzləri ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında və genişlənməsində böyük xidmət göstərir. Biz bu görüşə çox şadıq və əminik ki, bu forum MDB məkanında humanitar əlaqələrin möhkəmlənməsinə, təhsil ocaqlarımız, tələbə və müəllimlərimiz arasında birbaşa münasibətlərin qurulmasına yardım edəcəkdir.

Forumda xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri də Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Azərbaycanın tədbirdə iştirak edən universitetləri arasında MDB-nin iştirakçı dövlətlərinin humanitar təhsil sahəsində əməkdaşlığın gələcək inkişafı barədə memorandumun imzalanması olub. Eyni zamanda Bakı Slavyan Universiteti ilə Kiyev Milli Linqvistik Universiteti, Minsk Dövlət Linqvistik Universiteti və Rusiya-Tacikistan (Slavyan) universitetləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, adları çəkilən universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması nəzərdə tutulur.

Forumun gedişi zamanı Birlik ölkələrində dil və mədəniyyətlərə dair MDLU tərəfindən hazırlanmış tədris materiallarının sərgisi təşkil olunub. Noyabrın 10-da Moskva Dövlət Linqvistik Universiteti mütəxəssisləri tərəfindən BSU-da videokonfrans formatında ustad dərsləri keçilib. Dil və mədəniyyətlərin öyrənilməsində yeni maarifləndirici texnologiyaların səmərəli istifadəsinə dair elmi-metodoloji seminarlar aparılıb. Regionşünaslıq, dilçilik, tərcümə və mədəniyyətlərarası ünsiyyət mövzusunda mühazirələr oxunub. 

Şakir CƏFƏROV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

18 Noyabr 2010 - 45

Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbədə məktəbin açılışında iştirak edib
 
Bakı Slavyan Universitetində beynəlxalq forum keçirilib
 
İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin 5-ci konfransı
 
Bakı məktəblərində bilik yarışı keçirilib
 
Tələbələr üçün yeni yataqxana
 
Gəncə Dövlət Universitetində tələbələr imtahanları kompüterlə verəcəklər
 
ADMİU beynəlxalq əlaqələrini genişləndirir
 
Hüseyn Cavidin xatirəsi anılıb
 
"Həyati bacarıqlara əsaslanan təhsil"lə bağlı seminar
 
 Tələbələrin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans 
 
Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarının açılışı olub
 
"Uşaq hüquqları" aylığı
 
TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatları
 
Pedaqoji təcrübə və məktəb rəhbərliyinin nəzarəti
 
Dayaq məntəqələrinin fəaliyyətinin gücləndirilməsi zamanın tələbidir
 
Lənkəran təhsili uğurlu inkişaf yollarında
 
"Qaraca qız" hekayəsinin tədrisi təcrübəsindən
 
İnnovativ universitet
 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov yad edilir
 
Şair tələbələrin qonağı oldu
 
Metodik işlərə geniş yer verilir
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Nərminin idman uğurları
 
Sumqayıt peşə liseyinin şagirdi ikiqat dünya çempionudur
 
Dünya universitetləri: Pekin Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov