Əsasən xaricdən gətirilən Hepatit A peyvəndini artıq Türkiyənin özü istehsal edəcək.

 

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “KeyVac” Peyvəndi İstehsal Mərkəzinin açılışında bildirib. Dövlət başçısı deyib ki, Türkiyə dünyada bu peyvəndi ən yüksək standartda istehsal edən dördüncü ölkə olacaq.

 

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin xaricdən peyvənd asılılığının azalacağını, Peyvənd İstehsalı Mərkəzinin ölkəyə faydalı olacağına ümid etdiyini söyləyib.