Bütün xəbərlər
4 sentyabr, 15:17

Sentyabrın 4-də  Qarabağ Regional Təhsil İdarəsi üzrə ənənəvi hesabat xarakterli sentyabr konfransı keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, 34 il sonra Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil edilən konfransın ilk günündə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, idarənin əməkdaşları və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Konfransda çıxış edən Sənan Mənsimli 2024-2025 ci tədris ilinə dair nəticələrin təhlili, qoyulan  hədəflərin hansı dərəcədə yerinə yetirilməsi, eyni zamanda qarşıdan gələn  2025 - 2026-cı tədris ilində qarşıya qoyulan hədəflər barədə söz açıb. 

Sonra tədrisin keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev çıxış edib. A. Şəfiyev çıxışında məktəblərdə zəif nəticə göstərən şagirdlərin mütəmadi olaraq diqqətdə saxlanılmasından, nəticəni yüksəltmək üçün şagirdlərin hansı standart üzrə zəif olduğunu müəyyən etməyin vacibliyindən danışıb. 

Sonra Füzuli-Xocavənd rayonları üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova, Şuşa rayon 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova, Əhmədalılar kənd tam orta məktəbin direktoru Arzu Məmmədova çıxış ediblər. Onlar tədrisin keyfiyyətinin artırılması, şagirdlərlə diaqnostik müşahidələrin aparılması, müəllimlərin mütəmadi olaraq siniflər üzrə şagirdlərin nəticələrini təhlil etməsinin vacibliyi iştirakçıların diqqətə çatdırılıb.

Konfransların əsas məqsədi ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, eyni zamanda 2025–2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaqdan ibarətdir. Konfrans zamanı həmçinin ötən tədris ilinin nəticələri təhlil olunur və əldə olunan nəticələr dəyərləndirilir.
Qeyd edək ki, konfransın gündəliyində rəqəmsal bacarıqların artırılması, dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, valideyn iştirakının təlim-tərbiyə prosesində rolunun artırılması kimi mövzulara da toxunulub.

1 /6

Şərhlər

Xəbər lenti

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin əsaslı təmirdən sonra açılışı olub

15 sentyabr, 15:50

BSU təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

15 sentyabr, 13:08

“Bilik günü”nü yeni məktəblərində qeyd etdilər

15 sentyabr, 13:07

Firudin Qurbanov: Təhsil sahəsində dövlətin siyasəti lazımi səviyyədə həyata keçirilir

15 sentyabr, 13:01

Məleykə Abbaszadə "Bilik günü" münasibətilə təbrik ünvanlayıb

15 sentyabr, 12:43

Nazir Şuşada “Bilik günü”ndə iştirak edib 

15 sentyabr, 12:19

Qusarın Cibir kəndində yeni məktəb binası istifadəyə verilib 

15 sentyabr, 12:07

İdris İsayev: İstərdik ki, özəl şirkətlərimiz məktəb tikintisində aktiv iştirak etsin

15 sentyabr, 11:56

Nazir müavini: Son 20 ildə 3 500-dən çox məktəb yenidən inşa olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.