Bütün xəbərlər
19 sentyabr, 13:44

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Healwith” adlı innovativ layihəsi nüfuzlu “QS Təhsili yenidən təsəvvür et 2025” (QS Reimagine Education Awards 2025) beynəlxalq müsabiqəsində “Dayanıqlı Təhsil üzrə Fəaliyyət” nominasiyası üzrə qısa siyahıya salınıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqəyə dünyanın müxtəlif ölkələrindən 1 600-dən çox layihə təqdim olunub. 800-dən çox ekspertdən ibarət beynəlxalq münsiflər heyətinin qiymətləndirməsi nəticəsində “Healwith” qlobal miqyasda ilk 20%-lik uğurlu layihələr sırasında yer alıb. Layihənin əsas məqsədi kənd təsərrüfatının dayanıqlığını gücləndirmək, fermerlərin rifahını artırmaq və Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. Layihə həmçinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi 15 – Quru ekosistemlərinin qorunması istiqamətində əhəmiyyətli addım hesab olunur.

“Healwith” fermerlər və bitki yetişdiriciləri üçün nəzərdə tutulmuş mobil tətbiqdir. İstifadəçilər sadəcə bir şəkil çəkərək 100-dək geniş yayılmış bitki xəstəliyini erkən mərhələdə aşkarlaya və müalicə üzrə tövsiyələr ala bilirlər. Bu texnologiya pestisid istifadəsini azaldır, müalicə xərclərini hər hektar üzrə 60 AZN-dən 15 AZN-ə qədər endirir və məhsuldarlığı artırır. 

Qeyd edək ki, “Təhsili yenidən təsəvvür et” müsabiqəsi nüfuzlu QS (Quacquarelli Symonds) təşkilatı tərəfindən keçirilir. QS dünyanın ən tanınmış ali təhsil reytinq agentliklərindən biridir və universitetlərin beynəlxalq reytinqlərinin hazırlanması ilə yanaşı, təhsil innovasiyalarını dəyərləndirən qlobal layihələri ilə də məşhurdur.

1 /1

Şərhlər

Xəbər lenti

19 sentyabr, 16:09

Azərbaycan 14 fələstinli tələbəni Qəzzadan təxliyə edib

19 sentyabr, 14:54

Qarabağ Universiteti Klinikasının təcili yardım şöbəsi fəaliyyətə başlayacaq

19 sentyabr, 14:25

AzMİU-nun əsaslı təmir olunan tibb məntəqəsi istifadəyə verilib

19 sentyabr, 13:08

78 yaşında tələbə oldu: 12 nəvəsi, 12 nəticəsi var... – FOTO/VİDEO

19 sentyabr, 12:31

Valideynlərini itirmiş uşaqlar təhsillərini başa vurduqda 2600 manat birdəfəlik müavinət veriləcək

19 sentyabr, 12:07

Bir sinfin 6 məzunu Hüquq fakültəsinin tələbəsi oldu – Məktəbdən reportaj

19 sentyabr, 11:24

Mingəçevirdə Regional Universitet–Sənaye Birliyi Sammiti keçiriləcək

19 sentyabr, 11:24

Bakıda keçiriləcək Avrasiya Universitetləri Sammitində hansı məsələlər müzakirə ediləcək? – Eksklüziv müsahibə

19 sentyabr, 10:54

“Maarifçi” proqramının iştirakçıları STEAM İnnovasiya Mərkəzində olublar

19 sentyabr, 10:43

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

19 sentyabr, 10:35

2026-cı ilin buraxılış imtahanlarının proqramları AÇIQLANDI

19 sentyabr, 09:49

Səs yazısı yayılan direktorla bağlı araşdırmalara başlanılıb – AÇIQLAMA

19 sentyabr, 09:46

Qəbul imtahanında 600 və daha yüksək bal toplayan gənclərin NƏZƏRİNƏ!

19 sentyabr, 09:37

AzMİU-nun yeməkxanalarına növbəti baxış keçirilib

19 sentyabr, 09:37

Ən çox vakant direktor yeri bu məktəblərdədir

19 sentyabr, 09:21

SDU nümunəsində ali məktəblərin innovasiya mərkəzinə çevrilməsi mövzusunda tədbir keçirilib – FOTO

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.