
“Artıq tələbələrimiz Xankəndidə yerləşib. Həm “Tibb (müalicə işi)”, həm də “Tibb bacısı (qardaşı)” ixtisasları üzrə 90-dan çox tələbəmiz var. Bu həftə onlar üçün xüsusi oriyentasiya proqramları həyata keçirilib. Növbəti həftədən isə dərslər başlayacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil TV-yə müsahibəsində Qarabağ Universitetinin Klinikasının rəhbəri, Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev bildirib.
“22 müxtəlif ixtisas üzrə poliklinik həkimlərimiz var. Gələn ilin fevral-mart aylarında təcili yardım və təcili əməliyyatlar, reanimasiya çarpayıları da fəaliyyətə başlayacaq. Ümumilikdə avqust-sentyabr aylarında klinikamız tam işə düşəcək və tələbələrimizin tədris prosesi xəstəxanada da davam edəcək”, – deyə o əlavə edib.
Qeyd edək ki, yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayıb. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiyalar əsaslı 6 illik tibb (müalicə işi) və 4 illik tibb bacısı (qardaşı) proqramlarının tədrisi həyata keçiriləcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər