
Mingəçevir şəhərində 24 oktyabr 2025-ci il tarixində Regional Universitet–Sənaye Birliyi keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu tədbir Azərbaycanın regionlarını əhatə edən və universitet-sənaye əməkdaşlığını təşviq edən ilk genişmiqyaslı platformadır və bölgədə bu istiqamətdə həyata keçirilən ən əhəmiyyətli və strateji layihələrdən biridir.
Sammit çərçivəsində universitet–sənaye tərəfdaşlığının yeni modelləri, karyera sərgisi və vakansiyaların təqdimatı, startap layihələrinin dəstəklənməsi, panel müzakirələr və seminarların keçirilməsi, həmçinin akademik biliklərin sənaye təcrübəsi ilə inteqrasiyası kimi əsas istiqamətlər üzrə tədbirlər təşkil olunacaq. Sammitdə dövlət qurumları və böyük şirkətlər, bank və maliyyə sektoru, texnologiya və sənaye təmsilçiləri, startaplar və innovasiya mərkəzləri, universitetlər və tədqiqatçılar, həmçinin on minlərlə tələbə və gənc (100 müəssisə və 10000 ziyarətçinin iştirakı planlanılır) iştirak edəcək. Tədbir “Arena Hotel Kur” məkanında keçiriləcək və Mingəçevir Dövlət Universiteti, HBN Group və Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən birgə təşkil olunacaq.
Sammitdə iştirak edərək universitetlər və sənaye müəssisələri arasında əməkdaşlıq imkanlarını genişləndirmək, tələbə və gənclərin iş dünyası ilə birbaşa əlaqə qurmasına dəstək olmaq, regionlarda kadr potensialını gücləndirmək və innovativ təşəbbüslərin inkişafına töhfə vermək imkanına malik olacaqsınız.
İştirak etmək istəyən müəssisələr 30 sentyabr 2025-ci il tarixinə qədər careerhub.az-dan qeydiyyatdan keçə bilərlər.
Ətraflı məlumat üçün aşağıda qeyd edilən əlaqə vasitələrinə müraciət edə bilərsiniz.
İştirak üçün: mob: +994 10 411 86 86 Email: info@careerhub.az
Sponsorluq üçün: +994707408840 Email: tdovlatov@gmail.com
Instagram: https://www.instagram.com/p/DNNDol5RZA7/
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər