Bütün xəbərlər
7 may, 09:57

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində mayın 6-da universitetin rektoru professor Cəfər Cəfərov Türkiyə Respublikasının Ali Təhsil Şurasının rəhbəri professor Erol Özvar ilə görüşüb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş zamanı iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub. Professor C.Cəfərov ADPU-nun beynəlxalq əlaqələrinin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib, Türkiyənin qabaqcıl universitetləri ilə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər arasındakı müzakirələrdə, xüsusən ADPU ilə Qazi Universiteti arasında həyata keçirilməsi planlaşdırılan ikili diplom proqramı diqqət mərkəzində olub. Bu proqramın həyata keçirilməsi müəllim hazırlığı sahəsində yeni imkanlar yaradacaq, eləcə də iki ölkə arasında elmi və akademik mübadiləni gücləndirəcək.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda rektor C.Cəfərov professor E.Özvara ölkələrimiz arasında ali təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə təltif edildiyi “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalını təqdim edib.

1 /1

Şərhlər

Xəbər lenti

7 may, 21:37

Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının qalibləri açıqlanıb

7 may, 19:35

Özbəkistanın rəsmi nümayəndəsi Təhsil Muzeyi ilə tanış olub

7 may, 17:49

ADMİU-nun tələbəsi Beynəlxalq Film Festivalında iştirak edib

7 may, 17:48

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

7 may, 17:30

“Əziyyətimin bəhrəsini görmək qürurvericidir” – Olimpiada qalibinin uğurlu hekayəsi

7 may, 17:26

IV, VI sinif şagirdləri üçün monitorinqlər təşkil olunacaq

7 may, 16:56

Bakı və Rabatın beş məktəbi qardaşlaşacaq

7 may, 16:53

“WorldSkills Azerbaijan” yarışına qeydiyyat davam edir

7 may, 16:49

Mərakeş Krallığının Şahzadəsi 132-134 nömrəli Təhsil Kompleksində olub

7 may, 16:47

AzMİU-da “Urban” adlı yaradıcılıq sərgisi açılıb

7 may, 16:36

UNEC-də XVI Karyera Yarmarkası keçirilib

7 may, 16:35

BMU tələbələri “Robotex”in Türkiyədə keçirilən mərhələsində I yerin qalibi olub

7 may, 16:05

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

7 may, 15:50

“Rəqəmsal Bacarıqlar” təmayül siniflərə qeydiyyat müddəti uzadılıb

7 may, 15:43

Dağlıq Şirvanda PISA tədqiqatı keçirilib

7 may, 15:20

ABŞ-nin ən böyük hakatonlarından birinin rəhbəri azərbaycanlı tələbə olub – FOTO

7 may, 15:05

Şagirdlərin ünsiyyət bacarıqlarını necə inkişaf etdirək?

7 may, 14:44

Rektor: Azərbaycanın uğurları beynəlxalq auditoriyaya çatdırılır

7 may, 14:38

Fəlsəfə doktorları professor adı üçün AAK-a birbaşa müraciət edə bilərlər

7 may, 14:01

BSU rektoru: Süni intellekt təhsil sahəsinə də təsir göstərir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.